1news.az

“Sözün düzü”: Karaqanda hadisələrinin analizi 1newsTV-nin efirində - VİDEO

14 Yanvar saat 17:45 ~ 2 dəqiqəlik oxu 192
“Sözün düzü”: Karaqanda hadisələrinin analizi 1newsTV-nin efirində - VİDEO

1newsTV-nin efirində “Sözün düzü” rubrikasının növbəti buraxılışı yayımlanıb. Verilişin qonaqları isə tanınmış politoloq Tofiq Abbasov və jurnalist Elşən Rüstəmov olub.

1news.az-ın məlumatına görə, verilişdə Qazaxıstanın Karaqanda vilayətində ermənilərin törətdiyi qətl hadisəsi müzakirə edilib.

Xatırladaq ki, yanvarın 1-i gecə saatlarında Karaqandada yerləşən restoranların birində bir qrup gənc arasında dava olub. Nəticədə davanın iştirakçılarından biri aldığı bıçaq yarasından dünyasını dəyişib. Qətldə erməni diasporunun üç nümayəndəsi günahladırılır.

Politoloq Tofiq Abbasov bildirib ki, baş verən hadisə ilə əlaqədar proseslərin arxasında müəyyən maraqlar dayanır:

“Bu yalnız siyasi deyil, eyni zamanda sosial, ictimai və biznes maraqları da ola bilər. Karaqandada baş verən qətl hadisəsi ilə bağlı diqqət çəkən məqam ondan ibarətdir ki. həmin hadisə şişirdildi və ona siyasi qiymət verildi. Biz cinayət törədən ermənilərə İrəvandan dəstək verilməsinin şahidi olduq. Bunu necə başa düşmək olar?”.

Politoloqun sözlərinə görə, erməni siyasi elitası baş verənlərin günahını azərbaycanlıların üzərinə atmaqla bu hadisədən özləri üçün dividendlər qazanmağa çalışdı.

“Bu hadisədə azərbaycanlıların əl izi görünmürdü, niyə? Çünki 30 azərbaycanlı heç vaxt iki və ya üç nəfərə hücum etmir. Əgər azərbaycanlıların kiminləsə mübahisəsi varsa, o zaman təkbətək münasibətləri aydınlaşdırmağa çalışırlar. Burada tam olaraq ermənilərin izi var. Əminəm ki, burada siyasi asöekt də var. Qazaxıstanın prezidenti Nursultan Nazarbayevin prinsipial mövqeyinin erməni elitasının bəzi məsələlərdə qıcıqlandırması təsadüfi deyil”.

Öz növbəsində 1news.az-ın jurnalisti Elşən Rüstəmov hadisədən dərhal sonra ermənilərin nəzarət etdiyi mətbuatın heç bir sübut təqdim etmədən azərbaycanlıların cinayətə görə günahkar olması ilə bağlı məlumatlar yaymasına diqqət çəkib:

“Bu hadisənin Azərbaycanla və azərbaycanlılarla heç bir əlaqəsi olmadığı halda ermənilər xüsusi olaraq azərbaycanlılara göstərdilər. Bu işi tamamilə fərqli bir istiqamətə yönəltmək istəyən xüsusi qüvvələr var idi. Ancaq Qazaxıstan cəmiyyəti hadisəni düzgün qiymətləndirdi”.

E.Rüstəmov vəziyyətin sakitləşməsinə və etiraz aksiyalarının olmamasına baxmayaraq Qazaxıstan cəmiyyətində ermənilərə qarşı düşmənçiliyin olduğunu deyib və əlavə edib ki, sosial şəbəkələrdə çoxsaylı şərhlər bunu deməyə əsas verir:

“Hadisədən sonra erməni diasporunun nümayəndələri bəyanatla çıxış edərək qazaxlarla ermənilərin qardaş xalqlar olduğunu dedilər. Lakin bunun cavabında qazaxlar bunun qardaşlıq münasibəti ola bilməyəcəyini söylədilər”.

Verilişin tam versiyasına aşağıda baxa bilərsiniz:

1news.az

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Cəmiyyət BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2019 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net