Sosioloqdan “dərs”: Kişi arvadını belə döyməlidir – VİDEO | 1news.az | Xəbərlər
Dünya

Sosioloqdan “dərs”: Kişi arvadını belə döyməlidir – VİDEO

15:44 - 18 / 04 / 2019
Sosioloqdan “dərs”: Kişi arvadını belə döyməlidir – VİDEO

Müsəlman kişisinin həyat yoldaşını necə cəzalandırması ilə bağlı maraqlı video yayılıb.

Verilən məlumata görə, Qətərin tanınmış sosioloqu Abd əl-Əziz əl-Xazrac bu barədə müsəlman kişilərə video dərs keçib.

Yayılan videoda sosioloq qadınla davranış və onun cəzalandırılması üsullarını öyrədir.

"İlk növbədə biz anlamalıyıq ki, ailənin başçısı kişidir. Onun ailədə böyük səlahiyyətləri var. O, ailəni idarə etmək üçün bütün vasitələrdən istifadə edə bilər”, - deyə Abd əl-Əziz əl-Xazrac bildirib.

Sosioloq deyir ki, qadını döyən zaman ona az xəsarət yetirmək lazımdır. Qadını elə vurmaq lazımdır ki, o, kişinin gücünü hiss etsin, lakin ağır xəsarət almasın.

"Peyğəmbər qadının üzünə vurmağı qadağan edib. O, kişinin qadının üzünə sillə vurmağın xoş olmadığını bildirib. Qadının başına, burnuna zərbə vurmaq olmaz”, - deyə mütəxəssis bildirib.

Sosioloq videoda oğlan uşağının üstündə qadının cəzalandırılması üsulunu göstərir. O, uşağa qışqırır: "Mən sənə dedim ki, evdən çölə çıxma! Neçə dəfə sənə demək olar?”.

Sosioloq həmçinin bildirib ki, kişi qadını bir halda möhkəm döyə bilər: "Əgər qadın kişinin hörmətini aşağı salırsa, o zaman onu döymək olar”.

 

S.Xankişiyeva

 

Paylaş:
625

Son xəbərlər

Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - FOTOBu gün, 14:45Bakı aeroportu yenidən “Skytrax” mükafatına layiq görülübBu gün, 14:41"Təfəkkür” Universitetinin prorektorunun qətlində təqsirləndirilən şəxslərdən ikisi son söz deyibBu gün, 14:35Zərərçəkmiş şəxsin razılığı olmadan onun fotosunu mediaya təqdim edənlər cəzalandırılacaqlarBu gün, 14:12Xəzər dənizində tikinti üçün süni torpaq sahələri yaradılacaqBu gün, 13:51Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulması barədə əmr imzalanıbBu gün, 13:34Sumqayıtda qanunsuz tikili sökülüb - VİDEOBu gün, 13:182024-2025-ci tədris ili üçün “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilirBu gün, 12:59Məleykə Abbaszadədən gənclərə çağırış: “Ali məktəbə qəbul olmaq üçün yalnız bal toplamaq kifayət etmir”Bu gün, 12:5430 dərəcə isti olacaq - Sabahın HAVASIBu gün, 12:40Azərbaycan Mərkəzi Bankı ilə Visa arasında əməkdaşlıq imkanları müzakirə edilibBu gün, 12:32Məzahir Pənahov parlament seçkilərini müşahidə etmək üçün Maldivə gedirBu gün, 12:27Xocavənddə fermada xeyli sayda partlayıcı qurğu və maddə aşkarlanıbBu gün, 12:20Deputat: “ABŞ sülhməramlı missiyanın çıxmasını alqışlamalı, Azərbaycanı təbrik etməli idi”Bu gün, 11:53FHN: Ötən sutka 4 nəfər xilas edilibBu gün, 11:51Türkiyənin Azərbaycandakı səfirliyinə yeni mətbuat müşaviri təyin olunubBu gün, 11:33“Xəzər səması-2024”birgə taktiki təlimi keçirilib - VİDEOBu gün, 11:20Baş prokuror Ağdaşda vətəndaşları qəbul edəcəkBu gün, 11:06Fransanın növbəti diplomatları qovulub - “Observer Online” yazırBu gün, 10:58AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir - FOTOBu gün, 10:52
Bütün xəbərlər