Sosial müavinətlərin məbləği artırıldı | 1news.az | Xəbərlər
Rəsmi

Sosial müavinətlərin məbləği artırıldı

17:11 - 15 / 04 / 2019
Sosial müavinətlərin məbləği artırıldı

Prezident İlham Əliyev  “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, fərmanda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 25 fevral tarixli 992 nömrəli Sərəncamının icrası ilə əlaqədar qərara alıram:

  1. “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 8, maddə 916; 2014, № 3, maddə 251; 2016, № 1, maddə 69; 2018, № 7 (I kitab), maddə 1454) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1.1.1-ci yarımbənddə “73” rəqəmləri “130” rəqəmləri ilə əvəz edilsin;

1.2. 1.1.2-ci yarımbəndin ikinci — dördüncü abzasları aşağıdakı redaksiyada verilsin:

 “I dərəcə əlilliyi olan şəxslərə — 150 manat

II dərəcə əlilliyi olan şəxslərə — 130 manat

III dərəcə əlilliyi olan şəxslərə — 110 manat;”;

1.3. 1.1.3-cü yarımbəndin ikinci — dördüncü abzasları aşağıdakı redaksiyada verilsin:

 “I dərəcə əlilliyi olan şəxslərə — 150 manat

II dərəcə əlilliyi olan şəxslərə — 130 manat

III dərəcə əlilliyi olan şəxslərə — 110 manat;”;

1.4. 1.1.4-cü yarımbəndin ikinci — dördüncü abzasları aşağıdakı redaksiyada verilsin:

 “I dərəcə əlilliyi olan şəxslərə — 150 manat

II dərəcə əlilliyi olan şəxslərə — 130 manat

III dərəcə əlilliyi olan şəxslərə — 110 manat;”;

1.5. 1.1.5-ci yarımbənddə “82” rəqəmləri “150” rəqəmləri ilə əvəz edilsin;

1.6. 1.1.6-cı yarımbənddə “68” rəqəmləri “80” rəqəmləri ilə əvəz edilsin;

1.7. 1.1.7-ci yarımbənd ləğv edilsin;

1.8. 1.1.8-ci yarımbənddə “68” rəqəmləri “100” rəqəmləri ilə əvəz edilsin;

1.9. 1.1.9-cu yarımbənddə “61” rəqəmləri “100” rəqəmləri ilə əvəz edilsin;

1.10. 1.1.11.2-ci yarımbənddə “müharibə əlillərinin, 20 Yanvar hadisələri zamanı əlil olanların, Çernobıl qəzası nəticəsində I və II qrup əlil olmuş” sözləri “müharibə ilə və ya 1990-cı ilin 20 yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin, Çernobıl qəzası nəticəsində I və II dərəcə əlilliyi müəyyən edilmiş” sözləri ilə əvəz edilsin;

1.11. 1.2.2-ci yarımbənddə “109” rəqəmləri “200” rəqəmləri ilə əvəz edilsin;

1.12. 1.2.3-cü yarımbənddə “146” rəqəmləri “300” rəqəmləri ilə əvəz edilsin.

  1. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.
  2. Bu Fərman 2019-cu il aprelin 1-dən tətbiq edilir”.

S.Xankişiyeva

Paylaş:
652

Son xəbərlər

Sevinc Fətəliyeva: Azərbaycan mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib24 / 04 / 2024, 20:49Fransa aviaşirkəti Bakıda qəza enişi etdi - FOTO24 / 04 / 2024, 18:33Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib24 / 04 / 2024, 17:49RİNN Naxçıvanda radiomonitorinq keçirib24 / 04 / 2024, 17:43Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunur24 / 04 / 2024, 17:35Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib, cinayət işi başlanıldı - YENİLƏNİB24 / 04 / 2024, 17:2810 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq24 / 04 / 2024, 17:25Ombudsman Britaniya səfirini Azərbaycan torpaqlarında törədilən mina terroru haqqında məlumatlandırdı24 / 04 / 2024, 17:18AAYDA sədri Bakının yollarında aparılan əsaslı təmir-tikinti işlərinə baxış keçirib - VİDEO24 / 04 / 2024, 17:14Bakı 2023-cü ildə ən çox birbaşa xarici investisiyalar yatırılan şəhərlərin reytinqində 3-cü yerdə qərarlaşıb24 / 04 / 2024, 16:57Alimpaşa Məmmədov dəymiş ziyandan 185 min manat ödəyib24 / 04 / 2024, 16:36Şuşaya ilkin mərhələdə köçürülək şəxslərin sayı açıqlandı24 / 04 / 2024, 16:08DİM ilə Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzi arasında yeni anlaşma memorandumu imzalanıb24 / 04 / 2024, 15:54Ayxan Hacızadə: Azərbaycan diplomatiya və multilateralizm yolu ilə sülh, təhlükəsizlik və rifaha töhfə verir24 / 04 / 2024, 15:38Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası24 / 04 / 2024, 15:31Azərbaycan-Macarıstan enerji üzrə İşçi Qrupunun iclası keçirilib24 / 04 / 2024, 15:18Prezident: Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 4 dəfə - 100 milyon dollaradək artıb24 / 04 / 2024, 15:07Sabunçuda açıq ərazidə yanğın başlayıb24 / 04 / 2024, 15:03Azərbaycan və Qırğızıstan arasında gömrük sahəsində əməkdaşlıqla bağlı sənədlər imzalanıb24 / 04 / 2024, 14:48ANAMA tələ tipli partlayıcı qurğularla bağlı çarx hazırladı - VİDEO24 / 04 / 2024, 14:43
Bütün xəbərlər