"SOCAR Trading" Kanadadakı ofisini bağlayır
SOCAR Trading" Kanadanın Kalqari şəhərində yerləşən ofisini bağlamaq barədə qərar qəbul edib.
1news.az bu barədə "Reuters" agentliyinə istinadən məlumat verir.
Məlumata görə, şirkət növbəti 3-4 ay ərzində bütün kommersiya və yardımçı bölmələrini ABŞ-ın Texas ştatında yerləşən Hyuston şəhərinə köçürəcək.
Qeyd edək ki, "SOCAR Trading" Kanada bazarına 2015-ci ildə çıxıb. 2016-cı ilin sonunda isə SOCAR-ın törəməsi Hyustondakı ofisini bağlayıb.
1news.az
857