SOCAR: Şirkətin inkişafını müəyyən edən vektor – Prezident İlham Əliyevin strateji rəhbərliyidir | 1news.az | Xəbərlər
İqtisadiyyat

SOCAR: Şirkətin inkişafını müəyyən edən vektor – Prezident İlham Əliyevin strateji rəhbərliyidir

17:39 - 20 / 04 / 2018
SOCAR: Şirkətin inkişafını müəyyən edən vektor – Prezident İlham Əliyevin strateji rəhbərliyidir

Azərbaycan iqtisadiyyatının əsas hissəsini neft-qaz sektoru təşkil edir.

Bunu aprelin 18-də inauqurasiya nitqi zamanı çıxış edən Prezindent İlham Əliyev qeyd edib:

“Son 15 il ərzində bu sahəyə xüsusi diqqət göstərilirdi və bundan sonra da göstəriləcək. Bu illər ərzində biz doğrudan da tarixi nailiyyətlərə nail ola bilmişik. Ulu öndər Heydər Əliyevin öz əlləri ilə təməlini qoyduğu Bakı-Tbilisi-Ceyhan neft kəməri 2006-cı ildə istifadəyə verildi və beləliklə, biz böyük gəlirlər əldə etməyə başlamışdıq. Ondan bir il sonra Bakı-Tbilisi-Ərzurum qaz kəməri Azərbaycanı qaz ixrac edən ölkəyə çevirib”.  

Prezident İlham Əliyev qeyd edib ki, Cənub Qaz Dəhlizi Azərbaycanın təşəbbüsü ilə həyata keçirilir:

“2012-ci ildə bu layihəyə start verildi. Ondan əvvəlki illər isə demək olar ki, nəticəsiz keçib. Çünki Azərbaycan qazını böyük həcmlərlə Avropa bazarlarına çıxarmaq üçün bir neçə il ərzində müzakirələr gedirdi, amma heç bir nəticə yox idi. Biz bunu görəndə artıq bildik ki, ancaq özümüzə güvənməliyik və tarixi qərarlar qəbul edildi. Çox çətin layihəni uğurla icra edirik. Bu, həm iqtisadi, həm texniki cəhətdən maliyyə tutumlu layihədir.

Cənub Qaz Dəhlizinə qoyulan sərmayə 40 milyard dollara bərabərdir. Bu vəsaitin böyük hissəsi xarici tərəfdaşlar, banklar tərəfindən qoyulur. Ona görə xüsusilə bu da dünyada mövcud olan iqtisadi böhrana təsadüf etdi və bu vəsaiti ölkəmizə cəlb etmək o qədər də asan məsələ deyildi. Biz, əlbəttə, diplomatik, siyasi və iqtisadi yollarla buna nail ola bilmişik”.

Dövlət başçısı “Cənub Qaz Dəhlizi” layihələrinin bu il istifadəyə veriləcək üçünü – “Şahdəniz-2”, “Cənubi Qafqaz Kəməri” və TANAP-ı da vurğulayıb:

“Biz artıq Avropanın, Avrasiyanın enerji xəritəsini dəyişdirmişik. Bundan sonrakı illər ərzində Azərbaycan Avrasiyada çox önəmli enerji resurslarını dünya bazarlarına çıxaran ölkə kimi fəaliyyət göstərəcək. Əlbəttə, bizə əlavə gəlirlər gələcək ki, bu gəlirləri də biz ölkəmizin inkişafına yönəldəcəyik. Biz bu illər ərzində “Azəri-Çıraq-Günəşli” yatağının gələcək işlənilməsi ilə bağlı önəmli addımlar atmışıq, yeni kontrakt imzalanıb. Kontraktın müddəti 2050-ci ilə qədər uzadılıb və biz öz payımızı artıra bilmişik.

Eyni zamanda, 3,6 milyard dollar bonus almışıq və onun birinci hissəsi artıq bu il xəzinəyə daxil olub. Növbəti illərdə biz neft-qaz sektorunda digər perspektiv strukturlar ətrafında tərəfdaşlarla işləyəcəyik. Demək olar ki, neft-qaz sektorunda Azərbaycan istədiyinə artıq nail olubdur və bir-iki ildən sonra Cənub Qaz Dəhlizi tam istifadəyə veriləcək”.

Həmçinin prezident qazlaşdırmanın bu ilin sonuna qədər Azərbaycanda 95 faizə çatacağını da qeyd edib:

“Hesab edirəm ki, bu, dünya miqyasında ən yüksək göstəricilərdən biridir və biz bundan sonra da bu işlərlə məşğul olacağıq.

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) nümayəndələri 1news.az-a verdiyi şərhlərində dövlət başçısının nitqi ilə bağlı öz fikirlərini bölüşüblər.

“İnauqurasiya nitqi zamanı çıxış edən Azərbaycan Prezindenti cənab İlham Əliyev ölkə iqtisadiyyatda qeyri-neft sektorunun əhəmiyyətini qeyd edib. Dövlət başçısı bundan sonra da bu sahədə diqqət ayrılacağını vurğulayıb. Həqiqətən də neft-qaz hasilatı yalnız dövlətin gəlir mənbəyi deyil, ümumilikdə iqtisadiyyatın dayağıdır.

Son 15 il ərzində dövlət Neft Şirkətinin inkişaf vektorunu ölkə başçısı İlham Əliyevin həyata keçirdiyi uzunmüddətli inkişaf strategiyası təyin edir”, – SOCAR-ın mətbuat xidmətinin rəhbəri İbrahim Əhmədov bildirib.

Bununla da, SOCAR ölkədə zəngin neft-qaz yataqlarının hasilatı hesabına yerli neftçıxarma şirkətindən transmilli şirkətə çevrilib.

“Nümunə üçün, cari ildə SOCAR Azərbaycanda azotla zəngin gübrə – karbamid istehsalına başlayacaq. Emal sənayesinin digər sahələrindən biri kimi bu il yeni növ polimerlərin (polipropilen və yüksək sıxlıqlı polietilen) istehsalına başlanılacaq. Daha əvvəl Prezidentin qeyd etdiyi kimi, polimer məhsulunun yüksək səviyyədə istehsalı Azərbaycan bazarlarında orta və kiçik biznes sahəsi üçün imkanlar yaradacaq. Bununla da biznes sahibləri SOCAR şəbəkəsinə qoşulacaq. Bu ssenarinin uğurla həyata keçirilməsi on minlərlə yeni iş yerlərinin açılmasına imkan yaradacaq”, - İ.Əhmədov bildirib.  

“Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İbrahim Kərbəlayev qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən ölkənin qazlaşdırlması ilə bağlı qarşıya qoyulmuş öhdəlik həyata keçirilir:

Regionların inkişafı ilə bağlı dövlət proqramı çərçivəsində yaşayış məntəqlələrinin qazlaşdırılması, eləcə də digər infrastruktur layihələri ölkədə dayanıqlı inkişaf üçün əhəmiyyət kəsb edir. Dövlətin dəstəyilə 2009-2018-ci illər ərzində 1435 kənd və qəsəbə qazlaşdırlıb. 2018-ci ilin 1 aprelinə qədər həyata keçirilmiş layihələr nəticəsində ölkədə yaşayış məntələqinin qazlaşdırılmasının səviyyəsi 93,9% təşkil edib.

“Prezident İlham Əliyev martın 5-də “Yaşayış məntəqələrinin qazlaşdırılması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, 2018-ci ilin sonuna kimi ölkədə qazlaşma səviyyəsinin 95 faizə çatdırılması istiqamətində işlərin davam etdirilməsi məqsədilə SOCAR-a 100 milyon manat ayrılıb. Təsdiqlənmiş proqrama əsasən respublikanın 42 rayonunun 79 yaşayış məntəqəsi qazlaşdırılacaq”, deyə İbrahim Kərbəlayev qeyd edib.

Həmçinin o, qeyd edib ki, məcburi köçkünlərin yaşadığı ərazilər üzrə isə il ərzində 3 rayonda 4 qəsəbənin qazlaşdırılması nəzərdə tutulur: Ağdam rayonunun Ergi adlanan ərazidə salınmış qəsəbəsinin (Ağdam, Şuşa və Laçından olan məcburi köçkünlər) və “Mirzələr” qış otlağı ərazisində salınmış yaşayış massivin (Şuşadan olan məcburi köçkünlər), Ağcabədi rayonunun Taxtakörpü adlanan ərazidə salınmış qəsəbəsinin (Laçından olan məcburi köçkünlər), Sabirabad rayonunun Rüstəmli kəndinin ərazisində salınmış qəsəbəsinin (Zəngilandan olan məcburi köçkünlər).

“Proqramın həyata keçirilməsi zamanı Tərtər rayonunun cəbhə xəttinə yaxın 8 yaşayış məntəqəsidə də qazlaşdırılma 100%-ə çatdırılacaq.  

Hazırda Yevlax, Ağcabədi, Ağsu, Beyləqan, Bərdə, Göygöl, Kürdəmir, Quba, Masallı, Neftçala, Saatlı, Sabirabad, Salyan, Şamaxı, Şəmkir, Tərtər, Tovuz, Ucar və Zərdabda qazlaşdırılma işlərinə başlanılıb. Digər yaşayış məntələrində qazlaşdırılma prosesi mərhələli olaraq həyata keçiriləcək. Həmçinin Gədəbəyin Ermənistanla sərhəd rayonunda da 6 kəndin qazlaşdırılmasına başlanılıb. SOCAR və “Azəriqaz” 2018-ci ildə yaşayış məntələrini qazlaşdırılması ilə bağlı proqramın vaxtında həyata keçirilməsi üçün bütün səylərini göstərir”, - deyə İ.Kərbəlayev qeyd edib.

Tərcümə: S.Xankişiyeva

 

Paylaş:
790

Son xəbərlər

Sevinc Fətəliyeva: Azərbaycan mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib24 / 04 / 2024, 20:49Fransa aviaşirkəti Bakıda qəza enişi etdi - FOTO24 / 04 / 2024, 18:33Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib24 / 04 / 2024, 17:49RİNN Naxçıvanda radiomonitorinq keçirib24 / 04 / 2024, 17:43Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunur24 / 04 / 2024, 17:35Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib, cinayət işi başlanıldı - YENİLƏNİB24 / 04 / 2024, 17:2810 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq24 / 04 / 2024, 17:25Ombudsman Britaniya səfirini Azərbaycan torpaqlarında törədilən mina terroru haqqında məlumatlandırdı24 / 04 / 2024, 17:18AAYDA sədri Bakının yollarında aparılan əsaslı təmir-tikinti işlərinə baxış keçirib - VİDEO24 / 04 / 2024, 17:14Bakı 2023-cü ildə ən çox birbaşa xarici investisiyalar yatırılan şəhərlərin reytinqində 3-cü yerdə qərarlaşıb24 / 04 / 2024, 16:57Alimpaşa Məmmədov dəymiş ziyandan 185 min manat ödəyib24 / 04 / 2024, 16:36Şuşaya ilkin mərhələdə köçürülək şəxslərin sayı açıqlandı24 / 04 / 2024, 16:08DİM ilə Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzi arasında yeni anlaşma memorandumu imzalanıb24 / 04 / 2024, 15:54Ayxan Hacızadə: Azərbaycan diplomatiya və multilateralizm yolu ilə sülh, təhlükəsizlik və rifaha töhfə verir24 / 04 / 2024, 15:38Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası24 / 04 / 2024, 15:31Azərbaycan-Macarıstan enerji üzrə İşçi Qrupunun iclası keçirilib24 / 04 / 2024, 15:18Prezident: Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 4 dəfə - 100 milyon dollaradək artıb24 / 04 / 2024, 15:07Sabunçuda açıq ərazidə yanğın başlayıb24 / 04 / 2024, 15:03Azərbaycan və Qırğızıstan arasında gömrük sahəsində əməkdaşlıqla bağlı sənədlər imzalanıb24 / 04 / 2024, 14:48ANAMA tələ tipli partlayıcı qurğularla bağlı çarx hazırladı - VİDEO24 / 04 / 2024, 14:43
Bütün xəbərlər