SOCAR keçən il hasil etdiyi neftin və qazın həcmini açıqlayıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

SOCAR keçən il hasil etdiyi neftin və qazın həcmini açıqlayıb

15:38 - 22 / 01 / 2018
SOCAR keçən il hasil etdiyi neftin və qazın həcmini açıqlayıb

SOCAR 2017-ci ildə qazma işlərin həcmini artırmaqla, neft və təbii qaz hasilatını stabilləşdirib.

1news.az-ın quruma istinadən verdiyi xəbərə görə, il ərzində SOCAR tərəfindən 138 min metr qazma işi həyata keçirilib ki, bu da əvvəlki ilin müvafiq göstəricisi ilə müqayisədə 30,7% çoxdur. Bu sahədə görülmüş işlərin 93 %-i istismara, 7 %-i kəşfiyyata aid olub.

Ümumiyyətlə, ötən il 81 quyuda qazma işləri uğurla başa çatdırılaraq, mədənçilərə təhvil verilib. 2017-ci ildə SOCAR üzrə hasilat 7,4 milyon ton neft, 6,1 milyard kubmetr qaz təşkil edərək, əvvəlki ilin analoji göstəriciləri ilə müqayisədə, müvafiq olaraq, 1,4% və 3,3 % nisbətində cüzi dəyişib. Ümumiyyətlə, 2017-ci ildə respublika üzrə 38,7 milyon ton neft və 28,6 milyard kubmetr təbii qaz hasil olunub. 

SOCAR üzrə 2017-ci ildə xam neftin ixracı 20,7 milyon ton təşkil edib. Ümumi gəlirlərin artımında neft və neft-kimya məhsulları mühüm yer tutur. 2017-ci ildə SOCAR üzrə Azərbaycandan 1,5 milyon ton neft emalı və neft-kimya məhsulu ixrac edilmişdir. İxrac olunan emal və kimya sənayesi məhsullarının əsas həcmi dizel və təyyarə yanacaqları, yüksək təzyiqli polietilen, koks, propilen, maye qaz və maye piroliz qətranı kimi maddələrin payına düşür. 

Qeyd edək ki, SOCAR üzrə perspektivli neft-qaz sahələrinin və yataqların mövcud potensialı növbəti illərdə neft hasilatının stabil saxlanılmasına və qaz hasilatının artımına şərait yaradır. Hazırkı mərhələdə əvvəldən istismar olunan köhnə yataqlarda hasilatın azalmasının qarşısını almaq məqsədilə aparılan tədbirlər nəticəsində SOCAR üzrə hasilat, davamlı olaraq, dünya neft bazarının tənzimlənməsi üçün zəruri olan və digər hasilatçılarla razılaşdırılmış çərçivələrdə həyata keçirilir, yataqların neftvermə əmsalından tam yararlanmağa nail olunur.

Hasilatın sabitləşdirilməsi üçün yeni quyuların qazılması ilə yanaşı köhnə quyular da bərpa olunaraq, istismar fonduna daxil edilir, neftvermə əmsalının stabilliyi saxlanılır, fəaliyyətsiz quyularda əsaslı təmir, geoloji-texniki tədbirlər vasitəsilə istismarın bərpa olunması layihələri həyata keçirilir. Ləğv edilmiş quyuların bir çoxunda qalıq neft səmərəli texnologiyaların tətbiqi yolu ilə çıxarılır. 

SOCAR mütəxəssisləri köhnə yataqlarda sadalanan üsulları tətbiq etməklə, ayrı-ayrı yataqlar üzrə hətta hasilat artımına da nail olublar. Belə ki, ötən il Azneft İstehsalat Birliyi üzrə “Abşeronneft” NQÇİ və “Bibiheybətneft” NQÇİ neft hasilatını əvvəlki ilə nisbətən müvafiq surətdə 8,7% və 1,9% artırıb. Neft hasilatının stabil saxlanmasında xüsusi çəkisi olan “Neft Daşları” NQÇİ-də 2017-ci ildə 1 milyon ton neft hasil olunub ki, bu da son onilliklər üçün rekord göstəricidir.

1news.az

Paylaş:
703

Son xəbərlər

Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdırBu gün, 14:59Azərbaycan Prezidenti: Son müddət Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayırBu gün, 14:55İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçirirlər - CANLIBu gün, 14:53Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olunub - FOTOBu gün, 14:42“Sahibkarlar Günü”nə həsr olunmuş konfrans keçirilibBu gün, 14:23İlham Əliyevin Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə təkbətək görüşü keçirilib - FOTO - YENİLƏNİBBu gün, 14:19Bakıda körpə pəncərədən düşərək ölübBu gün, 13:59AFFA “Qarabağ” klubunu cərimələyibBu gün, 13:51Bu il martın sonuna manatın real effektiv məzənnəsi azalıbBu gün, 13:32İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİBBu gün, 13:26Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırdı - FOTO - YENİLƏNİBBu gün, 13:13“SABAH.incubation” “Green Hackathon” tədbirini uğurla tamamladı - FOTOBu gün, 13:08Azərbaycanda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcəkBu gün, 13:02Şənbə gününün havası açıqlandı: 32 dərəcə isti olacaqBu gün, 12:47“Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi”Bu gün, 12:42Azərbaycan Prezidenti: Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyikBu gün, 12:26XİN: Avropa Parlamentinin qətnaməsi əsassızdırBu gün, 12:19İlham Əliyev: COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədirBu gün, 12:07Şirvanda narkotikə görə 6 nəfər saxlanıldıBu gün, 12:02Kamaləddin Qafarov: “Azərbaycan-Rusiya əlaqələri sürətlə inkişaf etdirilir”Bu gün, 11:52
Bütün xəbərlər