SOCAR İstiqrazlarının sahibləri 12.5 milyon dollar qazandı | 1news.az | Xəbərlər
İqtisadiyyat

SOCAR İstiqrazlarının sahibləri 12.5 milyon dollar qazandı

12:45 - 17 / 04 / 2019
SOCAR İstiqrazlarının sahibləri 12.5 milyon dollar qazandı

Dollarda illik 5 faiz gəlir gətirən və faizləri hər 3 aydan bir ödənilən SOCAR İstiqrazlarının sayca 10-cu faiz ödənişi edilib və bununla da, istiqraz sahiblərinin ümumi gəliri 12 milyon 500 min dollara yüksəlib.

2021-ci ilədək dövriyyəsi davam edəcək olan SOCAR İstiqrazları üzrə qarşıdakı rüblərdə daha 10 dəfə faiz ödənişi ediləcək ki, bunun da müqabilində, istiqraz sahibləri əlavə 12 milyon 500 min dollar qazanmış olacaqlar (toplamda 25 milyon dollar.)

1news.az-ın “SOCAR Capital” şirkətindən verilən məlumata əsasən, 17 aprel tarixində SOCAR İstiqrazları üzrə 2019-cu ilin  ikinci faiz ödənişi həyata keçirildi. Hər istiqraz üçün 12.5 dollar olmaqla, ümumilikdə 1 milyon 250 min dollar vəsaitin bir həftə əvvəldən Milli Depozit Mərkəzinin (MDM) Mərkəzi Bankdakı hesabına köçürüldüyü bildirilib.

Əsas xüsusiyyətləri SOCAR-ın nominal qiymətdən geri alma zəmanəti, likvidliyin yüksək olması, alğı–satqı əməliyyatlarının asanlığı və faiz ödənişlərinin qrafikə uyğun aparılması olan SOCAR İstiqrazlarının təkrar bazar əməliyyatlarının ümumi həcmi hazırda 172 milyon dolları ötüb və Bakı Fond Birjasında ən çox alınıb–satılan qiymətli kağızdır – 2019-cu ilin ilk rübündə 120-dən çox, ümumilikdə isə 1700 əqd bağlanıb. Hətta böyük tələbat nəticəsində SOCAR İstiqrazlarının market–meyker satış qiyməti 1046 dollara yüksəlmişdir.

1 və 5 saylı “ASAN Xidmət” mərkəzlərindən də əldə edilməsi mümkün olan və 5 illik müddətə buraxılan SOCAR İstiqrazlarının 17 aprel tarixində ümumi faiz ödənişlərinin artıq yarısı yekunlaşmış oldu.

İstiqrazlar üzrə növbəti faiz ödənişinin 17 iyul tarixində baş tutacağı bildirilib.

S.Xankişiyeva

 

 

Paylaş:
761

Son xəbərlər

Qərbi Azərbaycan İcması: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir19 / 04 / 2024, 21:01"Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib - FOTO19 / 04 / 2024, 19:10Aydın İdarəçi və Sənayeçi İş adamları Dərnəyi MÜSİAD Azərbaycanı ziyarət edib - FOTO19 / 04 / 2024, 19:00Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıb19 / 04 / 2024, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb19 / 04 / 2024, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEO19 / 04 / 2024, 17:42FHN əməliyyat görüntüləri yayıb - VİDEO19 / 04 / 2024, 17:39Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcək19 / 04 / 2024, 17:29Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıb19 / 04 / 2024, 17:18Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib - TƏFƏRRÜAT19 / 04 / 2024, 17:17Azərbaycan Prezidenti Berlində Almaniya Kansleri ilə görüşəcək19 / 04 / 2024, 17:15“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb19 / 04 / 2024, 17:01Xınalığa dolu düşüb - FAKTİKİ HAVA19 / 04 / 2024, 16:51İlham Əliyev və Putin Moskvada görüşəcəklər19 / 04 / 2024, 16:43“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTO19 / 04 / 2024, 16:42Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - YENİLƏNİB19 / 04 / 2024, 16:36Binəqədidə yanğında 1 nəfər xəsarət alıb19 / 04 / 2024, 16:15“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti” keçiriləcək19 / 04 / 2024, 15:54AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub19 / 04 / 2024, 15:50BŞTİ Bakı Fransız Liseyində təhsil alanların valideynlərinə müraciət edib19 / 04 / 2024, 15:45
Bütün xəbərlər