SOCAR Bakı-Tbilisi-Qars dəmir yolu ilə ilk konteyner nəqlini həyata keçirib – FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

SOCAR Bakı-Tbilisi-Qars dəmir yolu ilə ilk konteyner nəqlini həyata keçirib – FOTO

17:23 - 23 / 10 / 2018
SOCAR Bakı-Tbilisi-Qars dəmir yolu ilə ilk konteyner nəqlini həyata keçirib – FOTO

SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi “Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Konteyner” ilə birgə karbamidin Türkmənistanın Marı zavodundan Türkiyəyə çatdırılması üzrə ilk sınaq alışını və nəqlini həyata keçirib.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, nəql Ələt qəsəbəsində yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanında yüklərin vaqonlardan konteynerlərə yenidən yüklənməsi yolu ilə reallaşdırılıb. Ardından yüklənmiş konteynerlər Bakı-Tbilisi-Qars dəmir yolu xətti vasitəsilə Türkiyənin üç müxtəlif istiqamətinə göndərilib və müvəffəqiyyətlə alıcıya çatdırılıb.

Bu konteyner daşımalarının həyata keçirilməsi layihəyə qatılan ölkələrin logistik imkanlarını, layihəyə Mərkəzi Asiya regionunun ölkələrinin, o cümlədən Türkmənistanın cəlb olunduğunu, eləcə də konteyner daşımalarından istifadənin üstünlüyünü bir daha nümayiş etdirib.

Gələcəkdə nəqliyyat xərclərinə qənaət edilməsi və Azərbaycan karbamidinin dünyanın hər yerinə “qapıdan qapıya” metodu əsasında çatdırılması məqsədilə “SOCAR Carbamide” şirkətinin istehsal etdiyi karbamidin də nəql olunması planlaşdırılır.

Qeyd edək ki, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin açılışı 2017-ci il oktyabrın 30-da həyata keçirilib.

Bakı-Tbilisi-Qars dəmir yolu xətti Azərbaycan-Gürcüstan-Türkiyə hökumətlərarası saziş əsasında tikilib. İlkin mərhələdə yükdaşımalarının həcmi illik 6,5 milyon ton səviyyəsində olacaq, gələn ildən bu yol ilə sərnişindaşıma da həyata keçiriləcək.

S.Xankişiyeva

Paylaş:
527

Son xəbərlər

“Yüksəliş” müsabiqəsinin ümumi biliklər imtahanının nəticələri açıqlanıbBu gün, 13:25Euronews Bakı Limanının ekoloji layihələri haqqında geniş video material yayımlayıb - VİDEOBu gün, 13:09Prezidentlər Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblərBu gün, 12:35Baş Prokurorluqdan sabiq baş pediatrın intiharı ilə bağlı media qurumlarına XƏBƏRDARLIQBu gün, 12:34İcma: ABŞ Dövlət Departamenti insan hüquqlarından sui-isifadə edirBu gün, 12:24İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublarBu gün, 12:22Bakıda 3 məktəbin direktorları barəsində intizam tənbeh tədbiri görülüb - SƏBƏBBu gün, 12:1931 dərəcə isti olacaq - Sabahın havasıBu gün, 12:09Bakıda Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin birinci iclası keçirilirBu gün, 12:02Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, Baş planla tanış olublarBu gün, 11:51Qırğızıstan Prezidenti Füzulidə səfərdədirBu gün, 11:25Minik avtomobilləri ilə Laçına səfər etmək mümkün olacaq - TəfərrüatBu gün, 11:07Bu il sosial müavinət və təqaüd təyin olunan şəxslərin sayı açıqlanıbBu gün, 10:57Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir - VİDEOBu gün, 10:32May ayının 1-dən balıq ovuna qadağa qüvvəyə minirBu gün, 10:01Bakıda müxtəlif təyinatlı kəsici-deşici alətlər satan şəxslər saxlanılıb - VİDEOBu gün, 10:00“Azeronline LTD” BM-ə yeni rəhbər təyin olunduBu gün, 10:00Bakı-Ağstafa-Bakı dəmir yolu marşrutu üzrə əlavə qatar təyin edilibBu gün, 09:57AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:35Mikayıl Cabbarov Sahibkarlar Günü ilə bağlı paylaşım edibBu gün, 09:28
Bütün xəbərlər