SOCAR AQŞ Banqladeşin “BAPEX” şirkəti ilə Anlaşma Memorandumu imzalayıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

SOCAR AQŞ Banqladeşin “BAPEX” şirkəti ilə Anlaşma Memorandumu imzalayıb

10:50 - 20 / 02 / 2018
SOCAR AQŞ Banqladeşin “BAPEX” şirkəti ilə Anlaşma Memorandumu imzalayıb

SOCAR AQŞ və Bangladeş Neft Kəşfiyyatı və Hasilatı Şirkəti (“BAPEX”) arasında Banqladeş Xalq Respublikasının yeni neft-qaz layihələrində birgə iştirak üzrə Anlaşma Memorandumu imzalanıb.

SOCAR-dan 1news.az-a bildirilib ki, Banqladeş hökumətinin Qanunvericilik və Parlament Məsələləri bölməsinin baş katibi Muhəmməd Şahidul Haq və Enerji və Mineral Ehtiyatlar bölməsinin katibi Nazimuddinin Choudurinin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfəri çərçivəsində SOCAR AQŞ şirkətinin baş direktoru Ramin İsayevlə görüşüb. Görüşdə SOCAR AQŞ və BAPEX arasında Banqladeşin yeni neft-qaz layihələrində birgə iştirak üzrə Anlaşma Memorandumu imzalanıb. Memorandumu SOCAR AQŞ-nin baş direktorunun əməliyyatlar üzrə müavini Eldar Yaradanquliyev və “BAPEX” şirkətinin baş meneceri İslam Muhəmməd Novşad imzalayıb.

SOCAR AQŞ daha əvvəl “BAPEX” şirkətinin elan etdiyi beynəlxalq tenderdə qalib gələrək, Banqladeş Xalq Respublikasının “Semutang-Cənub-1”, “Begumganj-4” və “Madarganj-1” qaz yataqlarında qazma və quyu tikintisi xidmətlərini yerinə yetirəcək. İki quyu kəşfiyyat, bir quyu isə qiymətləndirmə məqsədi ilə quruda qazılacaq.

Bakıda imzalanan Anlaşma Memorandumu məhz bu kəşfiyyat və qiymətləndirmə quyuların qazılmasından sonra əməkdaşlığın genişləndirilməsi perspektivi baxımından mühüm əhəmiyyət kəsb edir.

Anlaşma Memorandumunun imzalanma mərasimində iştirak edən Banqladeş Hökumətinin Enerji və Mineral Ehtiyatlar bölməsinin katibi Nazimuddin Couduri bildirib: “İki ölkə arasında enerji sahəsində əməkdaşlıq üçün xeyli perspektivlər mövcuddur. Bugünkü imzalanma mərasimi iki müəssisə və nəticədə iki ölkə arasında əməkdaşlığın yeni vüsət almasına və dərinləşməsinə xüsusi təkan verəcək”.

“BAPEX” şirkətinin baş meneceri İslam Muhəmməd Novşad qeyd edib: “Azərbaycan neftçilərinin zəngin təcrübəsi bizim regionun neftçiləri üçün həmişə ən yaxşı məktəb olub. SOCAR AQŞ-nin milli qazma sənayesindəki innovativ imici və imza atdığı ilklər bugünkü əməkdaşlığın gerçəkləşməsində önəmli rol oynayıb. Əminəm ki, gələcəkdə də SOCAR AQŞ ilə digər birgə layihələrin icrasında çalışmaqda davam edəcəyik”.

SOCAR AQŞ-nin baş direktoru Ramin İsayev isə deyib: “SOCAR AQŞ ölkəmizdən mal və xidmətlərin ixracının artırılmasında dövlət siyasətimizə uyğun olaraq, qazma sahəsində xidmətlərin göstərilməsi ilə əlaqədar “BAPEX” şirkətinin elan etdiyi beynəlxalq tenderdə iştirak edərək qalib gəlib və müvafiq müqavilə imzalanıb. Biz hər il təxminən 7 faizdən çox artan iqtisadiyyata malik Banqladeşin neft-qaz yataqlarının işlənməsində iştirakımızı yüksək qiymətləndirir və “BAPEX” ilə gələcək əməkdaşlığımızı genişləndirmək niyyətindəyik”.

Xatırladaq ki, SOCAR-AQŞ MMC qazma xidmətləri göstərən birgə müəssisə kimi SOCAR və Abşeron Qazma Şirkəti tərəfindən 2007-ci ildə təsis edilib. Müəssisənin əsas fəaliyyəti müasir texnika və texnologiyalardan istifadə etməklə quyu tikintisinə dair tam xidmətlər paketini təklif etməkdən ibarətdir. SOCAR AQŞ bu günə kimi 200 min metrdən çox qazma işləri yerinə yetirib, 67 quyunu sifarişçiyə təhvil verib. Hazırda şirkət Azərbaycanda 4 quyunun qazılmasını həyata keçirir. 2018-ci il ərzində SOCAR AQŞ Xəzərin Azərbaycan sektorunda 18 quyunun qazılması planlaşdırılır.

Əsasən 2008-ci ildən qaz hasilatına başlamış və təqribən 360 milyard kubmetr qaz ehtiyatlarına malik olan Banqladeş Xalq Respublikasında SOCAR AQŞ tərəfindən yerinə yetiriləcək qazma işləri, Azərbaycan neftçilərinin beynəlxalq miqyasda öz peşəkar xidmətlərini təklif etmək və məhz göstərilən xidmətlər sayəsində ölkəmizə əlavə gəlirin qazandırılması üçün münbit zəmin yaradır.

1news.az

 

Paylaş:
814

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEOBu gün, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıbBu gün, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandıBu gün, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİBBu gün, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıbBu gün, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edibBu gün, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTOBu gün, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİBBu gün, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıbBu gün, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandıBu gün, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılırBu gün, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edibBu gün, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTOBu gün, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEOBu gün, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİBBu gün, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİBBu gün, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdiBu gün, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilibBu gün, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbəBu gün, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTOBu gün, 13:54
Bütün xəbərlər