Sobçak debat zamanı Jirinovskiyə su atıb - VİDEO | 1news.az | Xəbərlər
Dünya

Sobçak debat zamanı Jirinovskiyə su atıb - VİDEO

19:47 - 28 / 02 / 2018
Sobçak debat zamanı Jirinovskiyə su atıb - VİDEO

Rusiyada prezidentliyə namizədlərin “Rossiya 1” telekanalında debatında qalmaqal baş verib.

1news.az-ın APA-ya istindən verdiyi məlumata görə, Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski prezidentliyə digər namizəd Sergey Baburin çıxış edən zaman yüksək tonla onu yalan danışmaqda ittiham edib.

Prezidentliyə namizədlərdən jurnalist Kseniya Sobçak V. Jirinovskini sakit olmağa çağırıb. V. Jirinovski isə K. Sobçakı təhqir edib, onu “axmaq”, “kirli iyrənc qadın” adlandırıb.

K. Sobçak buna cavab olaraq stəkandakı suyu V. Jirinovskinin üstünə atıb. Ancaq V. Jirinovski yenə də təhqirlərini dayandırmayıb. K. Sobçak isə V. Jirinovskiyə onun metodu ilə cavab verdiyini bildirib.

Prezidentliyə namizədlər arasında bu qalmaqal Uzaq Şərqdə “Rossiya 1” telekanalının efirində nümayiş etdirilib. Ancaq debat digər regionlarda nümayiş etdirilərkən qalmaqal hissəsi çıxarılıb.

1news.az

Paylaş:
801

Son xəbərlər

Gəncədə yanğın hadisəsi baş veribBu gün, 14:43Bakıda gömrükçülər xeyli miqdarda aksiz markasız siqaretlər aşkar ediblərBu gün, 14:20Bakıda növbəti ümumşəhər iməcliyi keçirilib - FOTOBu gün, 14:08Dünya bazarlarında neft bahalaşıbBu gün, 13:49Müdafiə naziri Quru Qoşunlarının rəhbər heyəti ilə görüşübBu gün, 13:35TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - YENİLƏNİBBu gün, 13:20Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlılarına lazımi texniki dəstəyin göstərilməsi tapşırığını veribBu gün, 13:03Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya edilibBu gün, 12:45FHN Lənkəranda qanunsuz tikililəri sökübBu gün, 12:40Sabunçuda 34 yaşlı kişi qətl edilibBu gün, 12:14“Həmin gün...” musiqili-poeziya gecəsində - FOTOBu gün, 12:00Sabah hava necə olacaq? - PROQNOZBu gün, 11:53Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 11:40Bakıda oğlan sevgilisini qısqanclıq zəminində qətlə yetirib - YENİLƏNİBBu gün, 11:22Azərbaycan neftinin qiyməti 89 dollara çatıbBu gün, 11:10Kamaləddin Qafarov: “Şirvan suvarma kanalının yenidən qurulması aqrar sektoru inkişaf etdirəcək”Bu gün, 10:55Azərbaycan BMT ilə COP29 çərçivəsində “yaşıl enerji” keçidi və iqlim dəyişikliklərinə qarşı mübarizə istiqamətində müzakirələr aparıbBu gün, 10:43Xankəndidə tapança, avtomat və qumbaralar tapılıbBu gün, 10:36Göygöldə idarəetməni itirən sürücü piyadanı vuraraq öldürübBu gün, 10:32Bəzi ərazilərdə şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVABu gün, 10:07
Bütün xəbərlər