Smartfondan həddən artıq istifadə uşaqlarda inkişaf pozğunluğu yaradır | 1news.az | Xəbərlər
Cəmiyyət

Smartfondan həddən artıq istifadə uşaqlarda inkişaf pozğunluğu yaradır

17:24 - 20 / 02 / 2019
Smartfondan həddən artıq istifadə uşaqlarda inkişaf pozğunluğu yaradır

Müasir dövrdə inkişaf etmiş ölkələrdə uşaq və yeniyetmələr hər gün vaxtlarının təxminən səkkiz saatını smartfon, mavi ekran, kompüter və ya tablet qarşısında keçirirlər.

Tibb mütəxəssisləri bununla bağlı həyəcan təbili çalaraq, valideynləri diqqətli olmağa çağırırlar. Çünki smartfondan həddən artıq istifadə uşaqlarda inkişaf pozğunluğu yaradır. Müasir dövrdə uşaqlarda daha çox müşahidə edilən söz ehtiyatı kasadlığı, nitq qüsuru, fikrini sərbəst ifadə edə bilməmək, diqqətini mövzuya cəmləməkdə çətinlik və s. kimi nöqsanlar smartfon istifadəsi ilə birbaşa əlaqəlidir. “Smartfon uşaqları” sadəcə olaraq sərbəst ünsiyyət imkanlarında məhrum olmurlar, onlar, həmçinin özlərini həmyaşıdlarından, qohum və valideynlərindən təcrid edərək, vaxtlarını elektron media vasitələri ilə keçirməyə üstünlük verirlər.

AZƏRTAC xəbər verir ki, Vyana Tibb Universitetinin uşaq psixiatriyası üzrə mütəxəssisləri bu vəziyyətdə olan uşaqlara alternativlər irəli sürməklə, onların elektron media vasitələrindən asılılığını azaltmağı tövsiyə edirlər. Valideynlər birgə gəzintilər, fəal idman və ya masa oyunları sayəsində uşaqların marağını başqa istiqamətə yönəldə, onların sosial fəallığının artmasına kömək edə bilərlər.

Eyni zamanda, ekspertlər valideynləri bəzi vərdişlərə son qoymağa da çağırıblar. Məsələn, bir çox gənc valideyn nadinclik edən uşağını sakitləşdirmək üçün ona smartfon və ya tabletlə oynamağa icazə verir. Maşınla yol gedərkən, evdə qonaq olarkən və ya valideynlər dincəlmək istəyərkən smartfon sakitliyin bərqərar olması üçün uğurlu zəmanətə çevrilib.

Almaniya hökumətinin internet üzrə məsləhətçisi Yulia fon Vayler isə bu mövzuda daha radikal addımların tərəfdarıdır. Müxtəlif ölkələrdə 14-16 yaşadək uşaqlara spirtli içkilər və tütün məhsullarından istifadənin qanunla qadağan olduğunu xatırladan Y. fon Vayler eyni qaydanın elektron media istehlakına da tətbiq olunmasını təklif edir. Fransa məktəblərində şagirdlərin smartfondan istifadəsinin qadağan edilməsi digər ölkələrin də belə bir addım atması üçün stimul ola bilər və uşaqları smartfon asılılığından qoruyar.

“Bitkom” İnformasiya Texnologiyaları Birliyinin baş direktoru Bernhard Rohleder isə bildirib ki, qadağalar müasir dövrdə rəqəmsallaşmaya verilən düzgün cavab sayıla bilməz. Uşaq və gənclərə məsuliyyətli şəkildə mobil telefon və elektron media vasitələrlə rəftarı aşılamaq, onlara suveren və anlayışlı şəkildə rəqəmsal imkanlardan istifadəni öyrətmək və bu zaman onları müşayiət etmək lazımdır.

1news.az

Paylaş:
499

Son xəbərlər

Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verirBu gün, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edibBu gün, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıqBu gün, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edibBu gün, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayırBu gün, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıramBu gün, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıbBu gün, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdırBu gün, 14:59Azərbaycan Prezidenti: Son müddət Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayırBu gün, 14:55İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçirirlər - CANLIBu gün, 14:53Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olunub - FOTOBu gün, 14:42“Sahibkarlar Günü”nə həsr olunmuş konfrans keçirilibBu gün, 14:23İlham Əliyevin Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə təkbətək görüşü keçirilib - FOTO - YENİLƏNİBBu gün, 14:19Bakıda körpə pəncərədən düşərək ölübBu gün, 13:59AFFA “Qarabağ” klubunu cərimələyibBu gün, 13:51Bu il martın sonuna manatın real effektiv məzənnəsi azalıbBu gün, 13:32İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİBBu gün, 13:26Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırdı - FOTO - YENİLƏNİBBu gün, 13:13“SABAH.incubation” “Green Hackathon” tədbirini uğurla tamamladı - FOTOBu gün, 13:08Azərbaycanda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcəkBu gün, 13:02
Bütün xəbərlər