Siyavuş Novruzov: Bəziləri dövlət başçısı tərəfindən atılan addımları öz adlarına çıxırlar | 1news.az | Xəbərlər
Siyasət

Siyavuş Novruzov: Bəziləri dövlət başçısı tərəfindən atılan addımları öz adlarına çıxırlar

14:23 - 19 / 02 / 2019
Siyavuş Novruzov: Bəziləri dövlət başçısı tərəfindən atılan addımları öz adlarına çıxırlar

Bəziləri Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən atılan addımları öz adlarına çıxırlar. Həmin şəxslər xalqı aldatmaq üçün belə edirlər.

1news.az-ın Trend-ə istinadən verdiyi xəbərə görə, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin bu gün keçirilən plenar iclasında çıxış edərkən deyib.

O qeyd edib ki, İlham Əliyev prezident seçildiyi gündən islahatların keçirildiyini bəyan etmişdi:

"Ayrı-ayrı sahələrdə insanların təminatı ilə bağlı proqramlar hazırlanmışdı. Lakin bəziləri ucuz düşüncə tərzi ilə insanları aldatmaq, ölkə başçısının atdığı addımları öz adlarına çıxmaq istəyirlər. Bu, onların naşılığıdır. Həmin insanlar vaxtilə büdcəni talamaqla məşğul idilər".

S.Novruzov vurğulayıb ki, Prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində yerlərdə emal müəssisələri açılır, çox böyük proqramlar, vergi və gömrük orqanlarında islahatlar həyata keçirilir: "Vətəndaşlar atılan addımları müsbət qarşılayır. Bu addımlar kiminsə yürüş və ya piket keçirməsinin nəticəsi deyil. Həmin şəxslər, əksinə, bu layihələrin həyata keçirilməsini istəmirlər".

1news.az

Paylaş:
358

Son xəbərlər

"Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib - FOTOBu gün, 19:10Aydın İdarəçi və Sənayeçi İş adamları Dərnəyi MÜSİAD Azərbaycanı ziyarət edib - FOTOBu gün, 19:00Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıbBu gün, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıbBu gün, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edirBu gün, 17:42FHN əməliyyat görüntüləri yayıb - VİDEOBu gün, 17:39Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcəkBu gün, 17:29Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıbBu gün, 17:18Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib - TƏFƏRRÜATBu gün, 17:17Azərbaycan Prezidenti Berlində Almaniya Kansleri ilə görüşəcəkBu gün, 17:15“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görübBu gün, 17:01Xınalığa dolu düşüb - FAKTİKİ HAVABu gün, 16:51İlham Əliyev və Putin Moskvada görüşəcəklərBu gün, 16:43“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTOBu gün, 16:42Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - YENİLƏNİBBu gün, 16:36Binəqədidə yanğında 1 nəfər xəsarət alıbBu gün, 16:15“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti” keçiriləcəkBu gün, 15:54AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olubBu gün, 15:50BŞTİ Bakı Fransız Liseyində təhsil alanların valideynlərinə müraciət edibBu gün, 15:45Bakıda saxta şampun, yuyucu vasitə və spirtli içkilər istehsal edən sex aşkarlanıb - FOTOBu gün, 15:43
Bütün xəbərlər