Şirvanda qadın cinsi əlaqə üçün evə çağırdığı oğlanın başına oyun açdı - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Şirvanda qadın cinsi əlaqə üçün evə çağırdığı oğlanın başına oyun açdı - VİDEO

10:13 - 19 / 10 / 2018
Şirvanda qadın cinsi əlaqə üçün evə çağırdığı oğlanın başına oyun açdı - VİDEO

Şirvanda polis vətəndaşa qarşı dələduzluq edərək 4500 manat pulunu mənimsəyən dəstə üzvlərini saxlayıb.

1news.az Baku.ws-ə istinadla  xəbər verir ki, Hacıqabul rayon sakini Şahmar Əhmədov oktyabrın 16-da Şirvan Şəhər Polis Şöbəsinə ərizə ilə müraciət edərək, bir neçə gün əvvəl şəhər ərazisində ona məxsus 4500 manat pulun talanmasını bildirib.

Keçrilən istintaq əməliyyat tədbirlərilə hadisənin Şirvan şəhər sakinləri Elmir Əmirov, Orxan Əliyev, Elvin Quliyev, Səbuhi Qasımov və Sabirabad rayon sakini Simuzər Zeynalova tərəfindən törədildiyi müəyyən edilib.

Sabirabad rayon sakini Simuzər Zeynalova vətəndaş Şahmar Əhmədovun pulunu ələ keçirmək məqsədi ilə, onu kirayədə yaşadığı ünvana intim münasibət üçün dəvət edib və Şahmar Əhmədov hamam otağında olarkən Simuzər Zeynalova Şahmar Əhmədova məxsus 4500 manat pulu ələ keçirib.

Bundan sonra o, qurupun digər üzvlərinə məlumat verib.

Sonra Orxan Əliyev və Elvin Quliyev ev sahibi qismində mənzilə daxil olaraq, evdə qeyri-etik hərəkətlərin olmasını əsas gətirərək Simuzər Zeynalovanın evdən qaçmasına şərait yaradıblar.

Saxlanılan Simuzər Zeynalovanın törətdikləri cinayətlərini etiraf etməsi barədə video yayıb.

“Mənə dedilər ki, belə bir adam var, onunla görüşməlisən. Mən də dedim ki, mən heç kimlə görüşmürəm, ancaq “fırlayıram”. Bu məqsədlə Şahmar Əhmədovu evə apardım.

Sonra o hamama gedəndə, pulunu götürdüm. Sonra Emilə zəng vurdum ki, bu oğlanı evdən çıxartmaq lazımdır. Emil və Orxan gəldilər. Orxan Şahmara bir şillə vurdular. Sonra evdə “heys-beys” etdilər. Mən də evdən qaçdım”, - deyə Simuzər Zeynalova bildirib.

Saxlanılan dəstə üzvləri əməllərini etiraf edərək əldə olunan məbləğin dəstə üzvləri arasına bölündüyünü bildiriblər.

Faktla bağlı Şirvan ŞPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

1news.az

 

Paylaş:
10393

Son xəbərlər

İctimai-iaşə obyektlərinin sahiblərinə çağırışBu gün, 12:15“N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib - FOTOBu gün, 12:14Siyavuş Novruzov: “Bəzi şəxslər Azərbaycanda da terrorun olmasını istəyirdi”Bu gün, 12:02Növbəti köç karvanı Füzuliyə çatıb - YENİLƏNİBBu gün, 11:55Azərbaycanda ötən gün 50 kiloqramdan artıq narkotik aşkarlanıbBu gün, 11:51FHN: Ötən sutka 39 yanğına çıxış olub, 57 nəfər təxliyə edilibBu gün, 11:39Sahibə Qafarova iclasda erməni həmkarı ilə görüşündən danışdıBu gün, 11:29Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələriBu gün, 11:20Azərbaycanlı şagird Harvard Universitetinə qəbul olubBu gün, 11:18PAŞA Qrup şirkətləri tərəfindən Novruz bayramı ərəfəsində növbəti sosial aksiya keçirilib - FOTOBu gün, 11:09Milli Məclisin iclası başlayıb, 21 məsələ müzakirə olunacaq - SİYAHIBu gün, 11:02Quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinq keçiriləcəkBu gün, 10:56Azərbaycanda ilk sosial televiziya fəaliyyətə başlayacaqBu gün, 10:44Xankəndidə avtomat və qumbaralar aşkarlanıbBu gün, 10:35Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıbBu gün, 10:23NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıbBu gün, 10:01Xırdalanda partladıcı və qumbaralar tapılıb - VİDEOBu gün, 09:46Azərbaycan neftinin qiyməti 89 dolları ötübBu gün, 09:44Ötən gün vətəndaşlardan götürülən silahların sayı açıqlandıBu gün, 09:29Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 09:22
Bütün xəbərlər