Siqaret çəkən uşaq: nə üçün Azərbaycanda bir çox valideynlər buna biganədir? – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Siqaret çəkən uşaq: nə üçün Azərbaycanda bir çox valideynlər buna biganədir? – VİDEO

10:55 - 20 / 09 / 2018
Siqaret çəkən uşaq: nə üçün Azərbaycanda bir çox valideynlər buna biganədir? – VİDEO

Azyaşlı uşağın toy mərasimində oynayaraq siqaret çəkməsini əks etdirən video sosial şəbəkələrdə ən geniş müzakirə olunan mövzuya çevrilib.

Video 1news.az-ın Facebook səhifəsində yerləşdirildikdən sonra insanların sərt tənqidinə səbəb olub.

Heç kəsi tənqid etməyə çalışımırıq. Lakin siqaretlə oynayan balaca uşağı görcək, insanın ağlına gələn ilk fikir – azyaşlının böyüklərin biganəliyinin qurbanı olması gəlir.

Bütün bunlarla bağlı intellektual səviyyənin aşağı olmasına, qonaqlardan kiminsə uşağa siqaret verməsi kimi fikirlər yürütmək də olar. Lakin əslində burada böyük sosial problem var. Belə ki, bir çox valideynlər, hətta övladlarını çox istəyənlər belə bu cür hərəkətlərin uşaqların sağlamlığına və psixikası zərərli olmasını udundurlar. Həmçinin problemin digər tərəfi də var – dövlət qurumları, qohumlar, yaxınları bunun düzgün olmadığını göstərməməsidir.  

Videodakı hadisədə uşağın sağlamlığıdır. Belə ki, siqaret çəkərkən uşağın ağciyərlərinə çoxlu nikatin daxil olur. Bu haqda onun yaxınları düşünürmü? Yoxsa onlar “balaca kişini” izləməkdən zövq alır? Bu cür həcmdə nikatinin qəbul edilməsi onun nəfəs borusuna, sinir sisteminə və əqli inkişafına zərərini düşünmürlərmi?

Bu cür hallar cəmiyyətimizdə dəfələrlə təkrarlanıb. Bu qəbildən digər hadisələri də qeyd etmək olar. Nümunə üçün – bəzən atalar balaca uşaqlarını Qurban bayramı zamanı heyvanların kəsilməsi mərasiminə aparır ki, oğlu kişi kimi böyüsün. Axı 9 və ya 10 yaşlı uşaq gördüyü mənzərədən nə anlaya bilər?! Bəlkə heyvanların kəsilməsindən ciddi psixoloji zərbə alaraq bu mənzərəni uzun müddət unuda bilmədi. Və ya uşaqları söyüş söyməyə öyrədilir.

“Hamısı yahşı oğlanlardı”: Araq içən uşaqlar  – VİDEO

Sosial şəbəkələrdə sağlıq deyən uşaqlarla bağlı qərar verildi - RƏSMİ

Bütün bunlar lazımi dövlət qurumları üçün həyəcan siqnalıdır. Söhbət ayrı-ayrə hadisələrdən deyil. Məsələ burasındadır ki, uşaqları qəribə əyləncələri üçün oyuncağa çevirən böyüklərin düşünmə stereotiplərini sındırmasədır. Nəticədə isə bu uşaqlar düşünülməmiş addımlar atırlar.

UAFA (“Azərbaycana Birgə Yardım Təşkilatı”) xeyriyyə təşkilatının nümayəndəsi Saleh Nəsirov hadisə ilə bağlı şərh verərkən bildirib ki, əgər ölkədə uşaqların müdafiəsi sistemi, ailələrlə birbaşa çalışan peşəkar sosial işçilər, cəmiyyətin sosial inkişafı və problemləri ilə məşğul olan lazımi təhsil keyfiyyəti yoxdursa, burada dəyərlərdən, əxlaqdan, mənəviyyatdan və sosial inkişafdan danışmaq yerinə düşmür:

“Elə bir sosial müdafiə sistemi qurulmalıdır ki, bu cür hallar hətta Azərbaycanın ən ucqar yerlərində belə təkrarlanmasın. Əgər sistem yoxdursa, xaos başlayır. Bu, çox ciddi məsələdir”.

Həmçinin 1news.az məsələ ilə bağlə Daxili İşlər Nazirliyindən də şərh aldı. Nazirlikdə videonu şərh edərkən bildirilib ki, hadisə araşdırılacaq, uşağın valideynləri cəzalandırılacaq.

Uşağın valideynlərini tapmaq və cəzalandırmaq məsələsi çətin deyil, bu, asanlıqla həyata keçəcək. Lakin bu, problemi kökündən həlli demək deyil. Uşaq hüquqlarının qorunması və müdafiəsi üçün effektiv fəaliyyət sistemi olmalıdır ki, bu cür hallar Azərbaycanın heç bir yerində təkrarlanmasın.

Uşağın valideynləri anlamalıdır ki, onlar yalnız cərimələnməyəcək, həmçinin ictimai qınaqla üzləşəcək. Uşağa siqaret uzadan şəxs düşünməlidir ki, bu, hərəkətinə görə cəzalandırılacaq.

Bunu ləngitmədən, tez bir zamanda həyata keçirmək lazımdır. Uşaqların sağlamlığını və psixikasını zədələmək olmaz. Çünki uşaqlar bizim gələcəyimizdir!

Tərcümə: S.Xankişiyeva

 

 

Paylaş:
4169

Son xəbərlər

Kyokuşinkay karate üzrə Bakı birinciliyi keçirilibBu gün, 17:05Abşeronda narkotiklə bağlı əməliyyat keçirilib, xaricdəki narkotacirlərin səs yazıları açıqlanıb - VİDEOBu gün, 17:03Sabirabadda 28 yaşlı gənci elektrik cərəyanı vuraraq öldürübBu gün, 16:58ABŞ səfiri Qırmızı Qəsəbədə olubBu gün, 16:48Muxtar Babayev Yaponiyanın ətraf mühitin mühafizəsi naziri ilə iqlim maliyyəsini müzakirə edibBu gün, 16:36Səbail rayonu ərazisində avtoxuliqanlıq edən sürücü saxlanılıbBu gün, 16:33Bu ay temperatur iqlim normasından 12 dərəcə yuxarı olubBu gün, 16:24Azərbaycan şahmatçısı Avropa çempionu olubBu gün, 16:11Ötən həftə azad olunmuş ərazilərdə aşkarlanan minaların sayı açıqlandıBu gün, 15:55“Volkswagen Azərbaycan” yenilənmiş 2024 ci il “Touareg” avtomobilinin təqdimat mərasimini keçirib – FOTO – VİDEOBu gün, 15:50Bakıda bazarda ciddi nöqsanlar aşkarlanıb - FOTOBu gün, 15:29TƏBİB: Qazaxda minaya düşən DSX hərbçisinin vəziyyəti ağırdır - YENİLƏNİBBu gün, 15:19Qadını şantaj edərək pul istəyən şəxs tutulduBu gün, 15:00İlham Əliyev Malayziyanın Parlament Senatının prezidentini qəbul edib - YENİLƏNİBBu gün, 14:36DİM isti hava şəraiti ilə əlaqədar imtahan saatını dəyişdiribBu gün, 14:25Çin Xalq Respublikası ilə mədəni əməkdaşlıq məsələləri müzakirə olunubBu gün, 14:19FOMO BAKU klubu dünyanın 100 ən yaxşı klubu siyahısına daxil oldu! - FOTO - VİDEOBu gün, 14:16Ceyhun Bayramov Qətərə işgüzar səfərə yola düşübBu gün, 14:10İlham Əliyev: Azərbaycan-Çin münasibətlərində son vaxtlar böyük canlanma baş veribBu gün, 13:54Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib - YENİLƏNİBBu gün, 13:35
Bütün xəbərlər