“Silahlanma xəstəliyi”: Ermənistan Azərbaycanla “silah yarışından” nə əldə edir? | 1news.az | Xəbərlər
Siyasət

“Silahlanma xəstəliyi”: Ermənistan Azərbaycanla “silah yarışından” nə əldə edir?

12:25 - 06 / 04 / 2018
“Silahlanma xəstəliyi”: Ermənistan Azərbaycanla “silah yarışından” nə əldə edir?

Aprelin gəlişi ilə Ermənistanı 2016-cı ilin şanlı döyüşlərinin kölgəsi narahat edir.

Bəlkə də bu, son zamanlar erməni siyasi dairələrində Azərbaycanın hərbi arsenalı ilə bağlı narahatlıqları geniş müzakirə mövzusuna çevrilib.

Azərbaycanın aldığı yeni silah xəbərləri ilə erməni tərəfini əsməcə tutur. Bakının Rusiya istehsalı olan döyüş sursatlarını alması eşidən kimi, Ermənistan təlaş içində “strateji dərəbəyindən” hətta köhnə, paslanmış da olsa silah alır.

Bu qorxu hətta erməni mətbuatında da nəzərə çarpır. Hətta bunula bağlı Azərbaycanın Rusiyadan silah alışı ilə bağlı etirazedici dərclər də yer alır.

Yaxın günlərdə “Sputnik Ermənistan” “Jamanak” qəzetinə istinadla Moskvanın eermənistana üçüncü müdafiə kreditinin ayrılması planlarından yazıb:

“Jamanak”ın yaydığı məlumata görə, yeni kredit son zamanlar Rusiya, Türkiyə, İsrail və hətta Pakistan istehsalı hərbi məhsullarına üstünlük verən Azərbaycana cavab olacaq. Azərbaycan KİV səviyyəsində Rusiya silahlarının keyfiyyətindən narazılığını da bildirir”.

Prinsipial fərq

Azərbaycanın silah alma coğrafiyası olduqca genişdir. Ölkənin hansı hərbi arsenal ilə – Türkiyə, Rusiya, İsrail, Pakistan CAR və ya digər ölkələrdən alınan silahlarla müdafiə sistemini gücləndirməsinin heç bir əhəmiyyəti yoxdur.

Məsələ burasındadır ki, Azərbaycan seçir və alır. Yəni əldə etdiyi silahları öz hesabına alır. Ermənistanın isə bu cür seçimi yoxdur. Prinsipial fərq də bundan ibarətdir.

Azərbaycanın guya Rusiya silahlarının rədd etməsi xəbərinə gəlincə, yayılan şayiələrə ölkənin Müdafiə Nazirliyi bunun təxribat xarakter daşıdığını və həqiqətə uyğun olmadığını bildirib:

“Azərbaycan müəyyən istehsalçı ölkələrdən müxtəlif növ silahların alınması və əldə edilməsinə xüsusi diqqət yetirir. İşğal olunmuş ərazilərimizin azad edilməsi məqsədilə biz döyüş potensialımızın artırılması üçün lazım olan ən yaxşı, keyfiyyətli və effektiv hərbi vasitələri diqqətlə seçərək əldə edirik.

Azərbaycan Ordusunun silahlanmasına qəbul edilən Rusiya istehsalı olan yeni silahlar müasir silah sistemlərinin yüksək tələblərinə cavab verir, eləcə də, qoşunlarımızın, xüsusilə müdafiənin ön xəttində döyüş tapşırığı yerinə yetirən bölmələrimizin manevr və atəş imkanlarını xeyli artırır”.

Öz gücü ilə

Bundan əlavə, Azərbaycanın özünün hərbi-sənaye kompleksi də mövcuddur. 2005-ci ildə yaradılan Müdafiə Sənayesi Nazirliyi qısa zamanda müasir hərbi texnika, silah və döyüş sursatları istehsal etməklə yanaşı, silah idxalı asılılığını da azaldıb. Azərbaycanda 30-a yaxın hərbi zavodlar fəaliyyət göstərir ki, burada 1200 adda hərbi təyinatlı məhsullar istehsal edilir. Bu da ölkəmizin hərbi istiqamətdə dünya miqyasında layiqli yer tutmasına imkan verir.

“Bu gün Azərbaycan dünyada hərbi-sənaye kompleksinə sahib aparıcı ölkələr siyahısına daxildir”, – Prezident İlham Əliyevin bu fikirlərinin arxasında uzun illər və ciddi işlər hesabına Azərbaycanın silaha ola tələbatının ödənilməsi deyil, həmçinin 10-dan çox ölkəyə ixracı da dayanır.

Bütün bunlar Azərbaycan Ordusunun gücünü artıraraq, onu regionda ən güclülərdən biri etdi.  Eləcə də, döyüş qabiliyyətli və texniki təchizat baxımında dünyanın ən güclü orduları arasında 50-ci yerdə qərarlaşmağa imkan verdi.

Alternativsiz

Ermənistana gəlincə, müxalifətçilərin dilindən Rusiyanın ünvanına Azərbaycanı silahlaması ilə bağlı ittihamlara baxmayaraq, erməni rəhbərliyi Moskva qarşısında yaltaqlanmağa davam edir.

“Rusiya – silah əldə etmək baxımında Ermənistanın əsas müttəfiqi və tərəfdaşıdır. Silahlanma yarışında Ermənistan kəmiyyət siyasətini yürütməyərək, silahların keyfiyyətinə üstünlük verir”, - bunu Ermənistan prezidenti bəyan edib.

Gəlin keyfiyyətindən bəhs edək. Ermənistanın daha əvvəl Rusiyadan 200 milyonu müdafiə krediti zamanı əldə etdiyi silah və hərbi texnikalara sərf edilib. Yeni kredit artıq mövcud olan silah və hərbi texnikaların müasirləşdirilməsinə sərf edilməlidir”, - bu haqda “Sputnik Ermənistan”a hərbi ekspert David Arutunyan bəyan edib. Bunun nə demək olduğu hər kəsə bəllidir.

“Köhnə tüfəng”

Ermənistanın ekspert dairələrindən tez-tez erməni hərbi arsenalının köhnəliyindən, Rusiyadan əldə etdiyi silahların istifadə müddətinin bitməsini eşidirik. Həmçinin bunu, Azərbaycanın Müdafiə Naziriliyi daha əvvəl yaydığı məlumatda təsdiqləyib ki, aprel döyüşləri zamanı erməni tərəfinin atdığı mərmilər partlamayıblar və daha sonra azərbaycanlı mütəxxəsislər tərəfindən zərərsizləşdirilib.

Hələ ötən il erməni mətbuatının Rusiyanın ayırdığı kredit müqaviləsinə əsaslanaraq yazmışdı ki, Ermənistana satılmış silahların bir çoxu köhnədir.  

Nümunə üçün, “Lragir.am” nəşri aydınlaşdırıb ki, ən yeni alınmış silah növü “Solntsepyok” və “Smerc” yayılım atəşli raket sistemləridir.

“Birincisi – “Buratino” sisteminin 1987-ci il nümunəsinin 2001-ci il modifikasiyasıdır. İkincisi də – 1987-ci il sistemi olsa da, Ermənistana 2004-cü il modifikasiyalı 9М531 raketləri satılıb.

Bununla yanaşı, Azərbaycana satılan “Solntsepyok”lar isə tamamilə yenidir, dağ ərazilərində keçmək imkanına sahibdir. Belə ki, bu raketlər T-90 tanklarının bazasında istehsal edilib. Ermənistana satılanla isə T-72 köhnə tanklarının bazasında edilib”.

Həmçinin erməni tərəfinə satılmış hava müdafiə sistemi “İqla-S” və passiv radar sistemi “Avtobaza-M” həmin illərin istehsalıdır.

Qalan silahlar isə daha köhnədir. Misal üçün, tankəleyhinə vasitə “Konkurs” 1974-cü ilin istehsalıdır və sonuncu dəfə 1991-ci ildə yenilənib. RMQ-26 əl qumbaraları 1985-ci ildə modofikasiya edilib. Həmçnini Ermənistana göndərilən B-84 tank mühərrikləri (1966-cı il) və BMP UTD-20 (1984-cü il) mühərrikləri də çox köhnədir.

Həmçninin “Pansir-S”, S-300-PMU2 “Favorit”, tankəleyhinə “Xrizantema” və “Kornet”, özüyeriyən artilleriya sistemləri “Msta-S” və “Vena” və ya M-17, M-35 vertolyotları da yeni deyil...

Həmçinin yuxarıda sadalanan hərbi texnika Rusiyanın hərbi anbarlarında çoxdan çürüyüb və bu cür məhsulların satılması Rusiya tərəfi üçün olduqca uğurlu sövdələşmədir.

Müqayisə üçün qeyd edək ki, Ruisya Azərbaycana son illər 150 tank satıb ki, bunlardan 94-ü T-90S-lər dağ şəraiti üçün nəzərdə tutularaq 1000 at gücünə sahibdir. Həmçinin yeni növ BTR-80 və BMP-3 də satılıb.

Eləcə də,  Azərbaycana satılan “Kornet” tankəleyhinə raketlər 1998-ci il istehsalı, özüyeriyən artilleriya sistemləri “Xrizantema-S” isə 2005-ci il istehsalıdır. Bu da Ermənistana satılan silah növlərindən xeyli müasirdir.

Kredit müqaviləsinə əsasən, Ermənistana heç bir uçan aparat – nə təyyarə, nə də vertolyot satılmayacaq. Məsələ burasındadır ki, 5 il öncə Rusiya Azərbaycana 1000-dən çox “İqla-S” hava hücumu əleyhinə raketlərlə təchiz edib.

Eləcə də, Azərbaycana 2009-cu il istehsalı olan S-300PMU2 “Favorit” zenit-raket kompleksinin 2 divizionu satılıb. Nəticədə Azərbaycanın hava hücumundan müdafiə sistemi o qədər gücləndirilib ki, müharibə zamanı Ermənistan HHQ-nin tətbiqi mümkünsüz oldu. Həmçinin nəinki ön cəbhə, hətta Ermənistanın hava məkanın böyük hissəsi daha çox təhlükə altında qala bilər.

Qeyd edək ki, Ermənistana satılan 2010-cu ildə satılan və 1982-ci il istehsalı olan S-300PS Azərbaycana satılanlardan geridə qalır. Məsələ burasındadır ki, S-300PMU2 “Favorit” uzaqmənzilliliyi baxımında S-300PS-dən iki dəfə güclüdür. Belə ki, S-300PMU2 “Favorit”  hədəfə çatmaq üçün 6 dəfə qüvvətlidir və təyyarələri vurmaq gücünə sahibdir.

“Təəssüflər olsun ki, bizə satılan “İqla-S” və ya “Avtobaza-M” hava məkanında disbalansı qoruya bilməyəcək. Belə ki, hər ikisi də güclərdə fərqi bir qədər azaldır”, – deyə erməni nəşri qeyd edir.

“Qərb sizə kömək edəcək?”

Serj Sarkisyanın “Ermənistan Azərbaycan kimi yeni silah əldə etmək üçün maliyyə imkanlarına sahib deyil” etirafında təəccüblü heç nə yoxdur. Bu fonda erməni dairələrinin Rusiyadan silah almağı dayandırmaq və Qərbdən hərbi silahla təchizatla bağlı “çağırış və təhdidləri” istehzadan başqa bir şey deyil. Bəs yaxşı, bunu hansı vasitə ilə İrəvan əldə edəcək, Sarkisyanın “gözəl gözləri” sayəsində?

Burada xatırlatmaq yerinə düşər ki, Ermənistanın Kollektiv Təhlükəsizlik Müqavilə Təşkilatı ilə imzalanmış razılaşmaya əsasən, ölkə təşkilatın icazəsi olamdan üçüncü dövlətdən hərbi infrastruktur əldə edə bilməz.

Həmçinin Ermənistan Avrasiya İqtisadi Birliyinə (AİB) qoşulmaqla üçüncü ölkələrdən almaq istədiyi silahla bağlı gömrük rüsumlarını artırdı.

AİB ilə imzalanan razılaşmaya əsasən, üçüncü dövlətlərdən alınan silah və döyüş sursatları zamanı təşkilatın büdcəsinə bütün gömrük rüsumları ödənilməlidir. Ödənişlərdən yalnız 1%-i Ermənistanın büdcəsinə, 99%-i isə AİB-nin digər ölkələrinə qalır.

Rusiyanın Ermənsitana silah təchizatı ilə bağlı məsələyə gəlincə, Rusiya müdafiəyə sərf etdiyi xərcləri azaldıb. Belə olan halda Moskva çətin ki, erməni dostlarını yeni silahlarla “sevindirsin”.

Və bütün bunlardan sonra Ermənistan silah və hərbi texnikasının çoxunun NATO standartlarına uyğun Azərbaycanla yarışmaq istəyir? Ekspert qiymətlndirmələrinə əsasən, bu sistemlər erməni tərəfinin arsenalında olan analoji sursatları məhv etmək gücünü üstələyir.

Hələ Ermənistanda istənilən mövqeni, hətta küçələri belə dəqiqliklə məhv emək gücünə sahib Azərbaycanda olan reaktiv sistemlərdən bəhs etmirik.

“Əlbəttə ki, bu gün Ermənistanın silahlanmasında Rusiya müasir hərbi sistemləri mövcuddur. Misal üçün, “İsgəndər”. Lakin nəzərə alsaq ki, mövcud hərbi şəraitdə onlar istifadə olunmayıb, bu raketlərin fəaliyyətindən danışmaq çətindir. Ermənistanın S-400 hava hücumundan müdafiə sistemini Azərbaycandan əvvəl əldə etmişdi. Bu da Azərbaycan tərəfindən hava təhlükəsini azaldırdı. Lakin daha sonra Azərbaycan tərəfinin bu sistemlərin mükəmməllərinin əldə edilməsi, Ermənistanın hava məkanını zəiflətdi”, – hərbi ekspert Rəşid Süleymanov vurğulayır.

Yəni Ermənistan regionda güc balansını dəyişdirmək üçün kəmiyyət və keyfiyyət baxımından Rusiyadan silah əldə edə bilməz. Belə ki, müasir silahlar üçün İrəvanın pulu yoxdur. Ermənistan yalnız köhnəlmiş texnikanı ənənəvi hədiyyə kimi qəbul etmək imkanına sahibdir.

Burada aprel döyüşlərindən sonra Almaniyada olan Sarkisyanın mətbuat konfransında Ermənistanın sovet istehsalı olan, ötən əsrin 80-ci illərinə aid silahları ilə döyüşdüyünü bəyan etməsini xatırlatmaq yerinə düşər.

Həmçinin İrəvana SSRİ-nin gücü çatmadığı yükü – ABŞ-a “çatmaq və ötrmək” nə ilə nəticələndiyini də xatırlatmaq yerinə düşər. O zamanlar SSRİ-i öz ehtiyatlarını hesablamayaraq silahlanma yarışına qoşuldu. Həmin dövrlər ölkədə isə çatışmazlıqlar hökm sürürdü.

Regional layihələrədən təcrid olunmuş Ermənistan aqressiv siyasətdən əl çəkərək, erməni xalqının dirçəlməsinə imkan yaratması yaxşı olmazmı?

Tərcümə: S.Xankişiyeva

 

 

Paylaş:
1821

Son xəbərlər

İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİBBu gün, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdiBu gün, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilibBu gün, 14:41Azərbaycanın ilk ombudsmanı vəfat edibBu gün, 14:15Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbəBu gün, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTOBu gün, 13:54“Yüksəliş” müsabiqəsinin ümumi biliklər imtahanının nəticələri açıqlanıbBu gün, 13:25Euronews Bakı Limanının ekoloji layihələri haqqında geniş video material yayımlayıb - VİDEOBu gün, 13:09Baş Prokurorluqdan sabiq baş pediatrın intiharı ilə bağlı media qurumlarına XƏBƏRDARLIQBu gün, 12:34İcma: ABŞ Dövlət Departamenti insan hüquqlarından sui-isifadə edirBu gün, 12:24Bakıda 3 məktəbin direktorları barəsində intizam tənbeh tədbiri görülüb - SƏBƏBBu gün, 12:1931 dərəcə isti olacaq - Sabahın havasıBu gün, 12:09Bakıda Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin birinci iclası keçirilirBu gün, 12:02Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, Baş planla tanış olublarBu gün, 11:51Qırğızıstan Prezidenti Füzulidə səfərdədir - FOTOBu gün, 11:25Minik avtomobilləri ilə Laçına səfər etmək mümkün olacaq - TəfərrüatBu gün, 11:07Bu il sosial müavinət və təqaüd təyin olunan şəxslərin sayı açıqlanıbBu gün, 10:57Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir - VİDEOBu gün, 10:32May ayının 1-dən balıq ovuna qadağa qüvvəyə minirBu gün, 10:01Bakıda müxtəlif təyinatlı kəsici-deşici alətlər satan şəxslər saxlanılıb - VİDEOBu gün, 10:00
Bütün xəbərlər