Siciliya mafiyasının “xaç atası” öldü – FOTO | 1news.az | Xəbərlər
Dünya

Siciliya mafiyasının “xaç atası” öldü – FOTO

16:30 - 17 / 11 / 2017
Siciliya mafiyasının “xaç atası” öldü – FOTO

Parma şəhərindəki ciddi rejimli həbsxanada ömürlük həbs cəzası çəkən Koza Nostra bandasının “xaç atası”, uzun illər Siciliya mafiyasına başçılıq etmiş “Toto” ləqəbli Salvatore Riina cümə gününə keçən gecə 87 yaşında vəfat edib.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, bu barədə İtaliyanın Rai dövlət telekanalı məlumat yayıb.

Məlumata görə, son günlər Riina medikamentoz koma vəziyyətində idi. Cümə axşamı günü 87 yaşı tamam olanda İtaliya ədliyyə nazirinin sərəncamı ilə cinayətkarın yaxın qohumlarının onunla vidalaşmasına icazə verilib.

İki cərrahiyyə əməliyyatından sonra “xaç atası”nın yerləşdirildiyi Parma klinik xəstəxanasının xüsusi şöbəsinə onun arvadı, iki qızı və bu yaxınlarda həbsxanadan buraxılmış kiçik oğlu gəlib. Böyük oğlu Covanni isə atası ilə vidalaşa bilməyib. Belə ki, o da dörd qətl hadisəsinə görə ömürlük həbs cəzası çəkir.

Qəddarlığına görə “Vəhşi” ləqəbi almış Toto Riina tarixə ən qanlı mafiya bosslarından biri kimi daxil olub. Onun əmri ilə Romada, Boloniyada, Florensiyada bir neçə terror aktı törədilib, yüzlərlə insan, o cümlədən əfsanəvi italyan müstəntiqləri Covanni Falkone və Paolo Borsellino öldürülüb.

Riinanı yalnız 1993-cü ildə həbs etmək və məhkəmə qarşısına çıxarmaq mümkün olub. O, təkadamlıq kamerada 25 il cəza çəkib.

Babək Cahandarov

Paylaş:
1406

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcək26 / 04 / 2024, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşüb26 / 04 / 2024, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edir26 / 04 / 2024, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq26 / 04 / 2024, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 226 / 04 / 2024, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur26 / 04 / 2024, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub26 / 04 / 2024, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTO26 / 04 / 2024, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMAT26 / 04 / 2024, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq26 / 04 / 2024, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!26 / 04 / 2024, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir26 / 04 / 2024, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verir26 / 04 / 2024, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edib26 / 04 / 2024, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq26 / 04 / 2024, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edib26 / 04 / 2024, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır26 / 04 / 2024, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıram26 / 04 / 2024, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb26 / 04 / 2024, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdır26 / 04 / 2024, 14:59
Bütün xəbərlər