Şəxsi pensiya fondunu necə yaratmaq olar? | 1news.az | Xəbərlər
Cəmiyyət

Şəxsi pensiya fondunu necə yaratmaq olar?

15:45 - 15 / 02 / 2018
Şəxsi pensiya fondunu necə yaratmaq olar?

Qocalanda necə dolanmaq olar? Bu sual çoxlarını narahat edir, amma yaşlaşarkən firəvan və ehtiyacsız həyat sürməyin, dövlətdən və qohumlardan asılı vəziyyətə düşməməyin yolunu çoxu bilmir.

Əslində isə buna nail olmaq çətin deyil. Sirr düzgün şəkildə investisiya yatırmaqdadır.

Bu problemin ən populyar həllərindən biri dividend gətirən səhmlərdən ibarət investisiya portfelini, bir sözlə şəxsi pensiya fondunu yaratmaqdır.

Dividendli portfellə iş səhmlərə investisiya yatırmağın ən konservativ üsuludur. O, riskləri məqbul səviyyədə saxlamaqla gəlir əldə etməyə imkan verir.

Səhm hər il öz yiyəsinə dividend, yəni səhmdar cəmiyyəti mənfəətinin bir hissəsini gətirir. Səhmlərin alış-satış qiymətlərinin dəyişməsi dividendlərin həcminə təsir etmir. Bu məbləğ yalnız səhmdar cəmiyyətinin maliyyə göstəricilərindən asılıdır: əgər mənfəət yüksəkdirsə, dividendlər də böyükdür, əgər mənfəət yoxdursa, müvafiq olaraq dividend də olmayacaq.

Şübhəsiz ki, hər bir gəlir özündə risk daşıyır. Amma düzgün şəkildə aparılan dividend siyasəti birjadakı vəziyyətdən asılılığı minimuma endirməyə imkan verir. Məsələn, investisiya portfelinə çox sayda mənfəətli və mütəmadi olaraq dividend ödəyən şirkətlərin səhmlərini toplamaqla, buna nail olmaq olar.

Dividendləri yeni səhmlərin alınmasına yönəltməklə, bu cür investisiya portfelini daim genişləndirmək mümkündür. Planlı şəkildə aparılan təkrar yatırım dividend portfelini elə səviyyəyə çatdırmağa imkan verir ki, ömrün sonunadək işləməyə ehtiyac qalmır. Bu üsul pensiyanın əvəz edilməsi, daşınmaz əmlakın alınması, uşaqların təhsil haqqının ödənilməsi və digər irimiqyaslı planların həyata keçirilməsi üçün gözəl alət ola bilər.

Dividend üzərində qurulmuş investisiya strategiyasının bir neçə bəlli üstünlüyü var. Birincisi, onu həyata keçirmək çox asandır: mütəmadi olaraq yeni səhmlər almaqla portfeli böyütmək lazımdır. Digər üstünlük ondan ibarətdir ki, artıq formalaşmış dividend portfelinin yiyəsini birja kotirovkaları ilə bağlı vəziyyət narahat etmir, çünki o, qiymətlərin dəyişməsindən yox, dividendlərdən pul qazanır. Bundan əlavə, dividend portfelinə bir qayda olaraq öz sahələrinin liderləri olan, iri şirkətlərin səhmləri daxildir. Bu qiymətli kağızlar birja çaxnaşmaları və ya maliyyə böhranlarına qarşı dayanıqlı olurlar.

Dividend portfelləri və “Apple”, “Google”, “Amazon” kimi yaxşı gələcək vəd edən ABŞ şirkətlərinin səhmlərini almaq yolları haqqında ətraflı məlumatı “Şəxsi pensiya fondunu necə yaratmaq olar?” adlı seminarda əldə etmək olar. Ödəniş tələb etməyən bu seminar “AzFinance” şirkətinin ofisində 18 fevral tarixində 11:00-dan 13:00-dək keçiriləcək.

“AzFinance” şirkətinin ofisi N.Nərimanov, 206 ünvanında yerləşir.

Seminarda iştirak etmək üçün əvvəlcədən qeydiyyatdan keçmək lazımdır. Bunun üçün lazımi məlumatları (soyad, ad, ata adı, mobil nömrə) şirkətin Facebook səhifəsinə (https://www.facebook.com/AzFinanceInvest/), [email protected] ünvanına və ya (012) 310 33 11 telefon nömrəsi vasitəsilə göndərmək olar.

Reklam hüququnda

 

Paylaş:
750

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEO25 / 04 / 2024, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb25 / 04 / 2024, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandı25 / 04 / 2024, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıb25 / 04 / 2024, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edib25 / 04 / 2024, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTO25 / 04 / 2024, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB25 / 04 / 2024, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb25 / 04 / 2024, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandı25 / 04 / 2024, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılır25 / 04 / 2024, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib25 / 04 / 2024, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTO25 / 04 / 2024, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEO25 / 04 / 2024, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdi25 / 04 / 2024, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilib25 / 04 / 2024, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbə25 / 04 / 2024, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTO25 / 04 / 2024, 13:54
Bütün xəbərlər