Sevinc Fətəliyeva: Uşaqlarla bağlı məsələlər Azərbaycanda dövlət siyasətinin prioritetlərindəndir | 1news.az | Xəbərlər
Siyasət

Sevinc Fətəliyeva: Uşaqlarla bağlı məsələlər Azərbaycanda dövlət siyasətinin prioritetlərindəndir

19:53 - 16 / 05 / 2019
Sevinc Fətəliyeva: Uşaqlarla bağlı məsələlər Azərbaycanda dövlət siyasətinin prioritetlərindəndir

Azərbaycanda uşaqlara xüsusi diqqət yetirilir. Uşaq hüquqlarının qorunması, uşaqların sosial müdafiəsi istiqamətində sənədlər qəbul edilib və bunlar nəzərə alınıb. Uşaqlarla bağlı məsələlər dövlət siyasətimizin əsas prioritetlərindəndir. İnsan hüquqlarında uşaq hüquqları hər zaman əsas amil kimi qəbul olunub.

“Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq dəyişiklik edilərək “Operatorların və provayderlərin vəzifələri”nə “uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyadan qorunması üçün internet informasiya ehtiyatlarından təhlükəsiz istifadə imkanlarını təmin etmək”, “Abunəçilərin hüquq və vəzifələri”nə isə “uşaqların sağlamlığına və inkişafına zərər yetirən informasiyadan qorunması üçün tədbirlər görülməsini tələb etmək” müddəaları daxil edilib. “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Qanun qəbul edilib.

Bu fikirləri Avropa Şurasında keçirilən uşaqların onlayn cinsi istismarı və sui-istifadəsinin qarşını almaq və ona qarşı mübarizə aparmaq üçün çoxsahəli əməkdaşlığa dair beynəlxalq konfransda çıxış edən Milli Məclisin deputatı, AŞPA-dakı nümayəndə heyətimizin üzvü Sevinc Fətəliyeva bildirib.

Deputat vurğulayıb ki, qanunun icra olunması və orada qeyd edilən vəzifələrin yerinə yetirilməsi üçün əlaqədar dövlət qurumları tərəfindən genişmiqyaslı işlər aparılır. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzinin yaradılması bu sahədə işlərin daha da təkmilləşdirilməsinə zəmin yaradıb. Bundan əlavə, müntəzəm olaraq, aidiyyəti dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının iştirakı, gənclər və uşaqların fəal şəkildə cəlb edilməsi ilə maarifləndirici tədbirlər keçirilir.

Diqqətə çatdırılıb ki, cinayətkar qüvvələr internet vasitəsilə ən müxtəlif yaşı, etnik və mədəni mənsubluğu olan şəxslərə təsir göstərə bilirlər. Uşaqların cinsi istismarına yalnız təcavüz deyil, intim söhbətlər, yazışmalar, hətta şəkillərə edilən müəyyən şərhlər də daxildir. Yeniyetmələrin diqqət mərkəzində olmaq və ünsiyyət dairəsini genişləndirmək istəyi onların yad insanlarla münasibətlər qurmasına səbəb olur. Bu, real ünsiyyətdən heç də az təhlükəli deyil. Virtual məkanda uşaqlar həm nəzarətsiz, həm də çox həssasdırlar. Bu vəziyyət müxtəlif dövlət strukturlarının bir-biri ilə əlaqəli fəaliyyətini özündə əks etdirən kompleks yanaşma tələb edir. Bu məqsədlə də ölkəmizdə xidmətdən yararlanan istifadəçilərin müvafiq yaş kateqoriyasına aid hər növ təhlükəli məzmunlardan qorunması üçün bir sıra internet xidmət provayderləri tərəfindən “Təhlükəsiz internet” xidməti istifadəyə verilib.

Bildirilib ki, bir çox ölkələrdə internetdən təhlükəsiz istifadə ilə bağlı problemlərlə məşğul olan təşkilatlar mövcuddur. Belə təşkilatların fəaliyyətini dəstəkləmək və maarifləndirmə işlərində onlara yardım etmək vacibdir. Ölkəmizdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitənin təşəbbüsü ilə “Kidsafe” proqramı hazırlanıb. Proqram təminatı uşaqların internet məkanında müdafiəsinə, valideynlərin uşaqların daxil olduğu elektron səhifələr və sorğular haqqında məlumatlandırılmasına xidmət edir. Orta məktəblərdə uşaqların zərərli informasiyalardan qorunması istiqamətində bir sıra dövlət qurumları, eləcə də qeyri-dövlət təşkilatları tərəfindən təlimlər keçirildiyi vurğulanıb.

İnternetdə uşaq təhlükəsizliyi probleminin bütün səviyyələrdə - ailə, regional və beynəlxalq səviyyədə koordinasiyalı bir həll tələb etdiyini deyən S.Fətəliyeva bildirib ki, bu problemin həllində sistemli şəkildə hərəkət etmək, təkcə qanundan deyil, əxlaq normaları, texnoloji imkanlardan istifadə etmək lazımdır. Bu problemin həlli üçün yeni və ən effektiv mexanizm valideynlərin və uşaqların informasiya mədəniyyətinin formalaşması, valideynlər və uşaqlar arasında rəqəmsal və nəsillərarası boşluğun aradan qaldırılmasıdır.

S.Fətəliyeva internet saytlar və sosial şəbəkələrin yaratdığı zorakılıq risklərinin real həyatdakı zorakılıqdan daha təhlükəli olduğunu bildirib.

İki gün davam edəcək konfransda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələri Ceyran Rəhmətullayeva, Taliyə İbrahimova, Xarici İşlər Nazirliyinin Humanitar və sosial məsələlər şöbəsinin birinci katibi Xuraman İsmayılova, Daxili İşlər Nazirliyinin bölmə müdiri Orxan Şabanov, Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr şöbəsinin direktor müavini Aynur Sabitova da iştirak edir.

AZƏRTAC

Paylaş:
958

Son xəbərlər

Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənibBu gün, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaqBu gün, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıbBu gün, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdiBu gün, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEOBu gün, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edibBu gün, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edibBu gün, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək veribBu gün, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEOBu gün, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyilBu gün, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”Bu gün, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunduBu gün, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıbBu gün, 13:10Türkiyədən ilhamlanmış “Beynəlxalq Sıfır Tullantı Günü” ilə tullantısız gələcək - FOTOBu gün, 12:58“Azneft”in rəhbərini işdən çıxardı - Yeni təyinatBu gün, 12:41Mərkəzi Bank: Azərbaycanda manata inam qorunub saxlanılıbBu gün, 12:38Sabah qərb küləyi əsəcək - ProqnozBu gün, 12:22“Azərbaycan” gəmi-bərəsi yenidən istismara qaytarılıb - FOTOBu gün, 12:15Meşə fondu torpaqlarında bayram günlərində 100 mindən artıq ağac əkilibBu gün, 12:12Sumqayıtda qanunsuz tikili sökülüb - VİDEOBu gün, 12:10
Bütün xəbərlər