Sevinc Fətəliyeva: Paşinyan siyasi klounluqla məşğuldur | 1news.az | Xəbərlər
Siyasət

Sevinc Fətəliyeva: Paşinyan siyasi klounluqla məşğuldur

16:24 - 21 / 09 / 2018
Sevinc Fətəliyeva: Paşinyan siyasi klounluqla məşğuldur

Təəssüf ki, Ermənistanın yeni hakimiyyəti Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün çalışmaq əvəzinə, Azərbaycana qarşı əsassız fikirlər səsləndirməklə məşğuldur. Nikol Paşinyanın populist çıxışlarının əsas məqsədi diqqəti Ermənistanda baş verən ağır sosial-iqtisadi vəziyyətdən yayındırmaqdır. Məhz buna görə də siyasətdən uzaq Ermənistan rəhbərliyi bu cür sensasiyalı bəyanatlarla çıxış edərək siyasi klounluqla məşğuldur.

1news.az xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında Yeni Azərbaycan Partiyasının beynəlxalq münasibətlər şöbəsinin müdiri, Milli Məclisin deputatı Sevinc Fətəliyeva bildirib. O qeyd edib ki, Paşinyan nəinki özündən əvvəlkilərin səhvlərini təkrarlayır, hətta daha da kobud səhvlərə yol verərək Azərbaycanın daxili işlərinə qarışır. Beynəlxalq ictimaiyyət, xüsusilə Minsk qrupu ölkələrinin rəhbərləri Paşinyanı təxribatçı əməllərdən çəkinməyə çağırmalıdır. Ermənistanın yeni rəhbərliyi qeyri-etik davranış nümayiş etdirərək həddini aşır və ölkəmizin daxili işlərinə qarışmağa cəhd edir.

Bu gün Azərbaycanın beynəlxalq arenada qazandığı uğurlar, gündən-günə artan nüfuzu problemlər məngənəsində boğulan düşməni qıcıqlandırır və məntiqsiz açıqlamalar səsləndirməyə vadar edir. Prezident İlham Əliyevin onlara ünvanladığı tutarlı cavab işğalçı ölkənin rəhbərliyini ayıltmalı, nəyin nə olduğunu dərk etməlidirlər. Əks təqdirdə, vəziyyət daha da gərginləşərək ağır nəticələrə səbəb olacaq və bunun məsuliyyəti bütünlüklə Ermənistan rəhbərliyinin üzərinə düşəcək.

1news.az

Paylaş:
294

Son xəbərlər

“Əlavə kassasiya qaydasında verilən şikayətlər əksər hallarda təmin olunmur” - Vəkillərdən ŞƏRHBu gün, 13:20Deputatdan TƏKLİF: “Təcili tibbi yardım helikopterləri alınsın”Bu gün, 12:54Azərbaycan cəmiyyəti işğalda olan kəndlərin azad ediləcəyinə inanır? - SORĞUBu gün, 12:41Şənbə günü hava necə olacaq?Bu gün, 12:38Ramazan bayramı günlərində Bakı-Qəbələ qatarları hər gün hərəkətdə olacaqBu gün, 12:28Qızıl və gümüşün bahalaşması davam edirBu gün, 12:21İctimai-iaşə obyektlərinin sahiblərinə çağırışBu gün, 12:15“N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib - FOTOBu gün, 12:14Siyavuş Novruzov: “Bəzi şəxslər Azərbaycanda da terrorun olmasını istəyirdi”Bu gün, 12:02Növbəti köç karvanı Füzuliyə çatıb - YENİLƏNİBBu gün, 11:55Azərbaycanda ötən gün 50 kiloqramdan artıq narkotik aşkarlanıbBu gün, 11:51FHN: Ötən sutka 39 yanğına çıxış olub, 57 nəfər təxliyə edilibBu gün, 11:39Sahibə Qafarova iclasda erməni həmkarı ilə görüşündən danışdıBu gün, 11:29Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələriBu gün, 11:20Azərbaycanlı şagird Harvard Universitetinə qəbul olubBu gün, 11:18PAŞA Qrup şirkətləri tərəfindən Novruz bayramı ərəfəsində növbəti sosial aksiya keçirilib - FOTOBu gün, 11:09Milli Məclisin iclası başlayıb, 21 məsələ müzakirə olunacaq - SİYAHIBu gün, 11:02Quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinq keçiriləcəkBu gün, 10:56Azərbaycanda ilk sosial televiziya fəaliyyətə başlayacaqBu gün, 10:44Xankəndidə avtomat və qumbaralar aşkarlanıbBu gün, 10:35
Bütün xəbərlər