Sevinc Fətəliyeva: Avropa Parlamentinin son qətnaməsi ölkəmizin Avropa İttifaqı ilə münasibətlərinin ruhuna ziddir | 1news.az | Xəbərlər
Siyasət

Sevinc Fətəliyeva: Avropa Parlamentinin son qətnaməsi ölkəmizin Avropa İttifaqı ilə münasibətlərinin ruhuna ziddir

16:52 - 18 / 01 / 2019
Sevinc Fətəliyeva: Avropa Parlamentinin son qətnaməsi ölkəmizin Avropa İttifaqı ilə münasibətlərinin ruhuna ziddir

Azərbaycanın öz inkişafına görə regionun lider dövləti olması, nüfuzlu beynəlxalq tədbirlərin keçirildiyi mərkəz kimi tanınması, həmçinin müstəqil siyasət həyata keçirməsi xaricdəki ermənipərəst, anti-Azərbaycan dairələri ciddi narahat edir. Bunu həzm edə bilməyən, ölkəmizin uğurlarına qısqanclıqla yanaşan həmin dairələr Azərbaycanı müstəqil inkişaf yolundan sapdırmaq üçün hər cür vasitələrə əl atırlar. Yanvarın 17-də Avropa Parlamenti (AP) tərəfindən qəbul olunmuş təcili “qətnamə” də bu kampaniyanın tərkib hissəsidir.

Bunu 1news.az-a açıqlamasında Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva Avropa Parlamentində Azərbaycanla bağlı dinləmələr və qəbul olunmuş “qətnamə”yə münasibət bildirərkən deyib.

S.Fətəliyeva bildirib ki, Azərbaycanla Avropa İttifaqı arasında fəal tərəfdaşlıq əlaqələri mövcuddur və bu əlaqələr davamlı olaraq inkişaf edir. Avropa Parlamentində Azərbaycanla bağlı dinləmələr və qəbul olunmuş “qətnamə” ölkəmizin Avropa İttifaqı ilə münasibətlərinin ruhuna ziddir:

“Qətnamə”nin qeyri-obyektiv və qərəzli olduğunu deyən komitə sədrinin müavini söyləyib ki, bu tədbiri təşkil edənlər anti-Azərbaycan qüvvələrdir. Çünki bu qüvvələr Azərbaycanın beynəlxalq nüfuzuna kölgə salmağa çalışırlar. Qəbul olunmuş “qətnamə” Mehman Hüseynov məsələsindən istifadə edərək və bu məsələni qəsdən şişirdərək Azərbaycana qarşı planlaşdırılan məkrli ssenarinin uğursuz nəticəsidir. Sənədin müəlliflərindən biri olan Avropa Parlamentinin üzvü, eyni zamanda, Avronest Parlament Assambleyasının həmsədri Rebekka Harms məsələ ilə bağlı guya azərbaycanlı həmkarları ilə təmaslar qurmağa çalışdığını iddia edib. Amma bu iddianın heç bir əsası yoxdur.

Bütövlükdə, həmin dinləmələrə diqqət yetirdikdə bəlli olur ki, bu, erməni lobbisi və anti-Azərbaycan dairələrin sinxron fəaliyyətinin məhsuludur. Bu cür təxribatçı cəhdlər və manipulyasiya xarakterli səylər dəfələrlə qeydə alınıb və uğursuzluğa düçar olub. Məqsəd ölkəmizin nüfuzuna zərbə vurmaq, eləcə də Avropa İttifaqı ilə genişlənən münasibətlərə xələl gətirməkdir. Azərbaycan müstəqil siyasət həyata keçirir, ölkəmizin beynəlxalq mövqeyi mütəmadi olaraq möhkəmlənir. Hər hansı bir qurum vasitəsilə ölkəmizə qarşı aparılan təzyiq kampaniyası iflasa məhkumdur. Əgər həmin dairələr saxta iddialarla müstəqil siyasətimizə təsir edəcəklərini düşünürlərsə, tamamilə yanılırlar. Çünki Azərbaycan elə güclü, qüdrətli dövlətdir ki, onunla qətnamə dili ilə danışmaq, təzyiq etmək mümkün deyil”.

Milli Məclisin deputatı onu da qeyd edib ki, əgər həqiqətən də Avropa Parlamentinin dinləmələrdə iştirak edən üzvləri üçün insan haqları amili önəmlidirsə, niyə onlar Azərbaycandakı qaçqın və məcburi köçkünlərin problemlərinə diqqət yetirmirlər:

“Məlumdur ki, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində bir milyondan çox insan doğma torpaqlarından didərgin düşüb. Məhz bu işğal səbəbindən insanlar öz torpaqlarında yaşamaq kimi fundamental hüquqlarından məhrum olublar. Avropa Parlamentində insan hüquqlarından danışanlar bu insanların haqlarının bərpa olunması istiqamətində addım atmalıdırlar. Diqqətdən yayınmayan digər bir məqam isə Avropa Parlamentinin qəbul etdiyi bu “qətnamə” barədə ilk məlumatın erməni mətbuatında işıqlandırılmasıdır. Görünür, “qətnamə”nin qəbulunu məhz onlar gözləyirdilər. Beləliklə, bu məsələdə rolu olanların kimliyi bir daha ortaya çıxır: həmin “sənəd”in qəbulu erməni lobbisinin və anti-Azərbaycan dairələrin məkrli planlarının tərkib hissəsidir”.

1news.az

Paylaş:
379

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEOBu gün, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıbBu gün, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandıBu gün, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİBBu gün, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıbBu gün, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edibBu gün, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTOBu gün, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİBBu gün, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıbBu gün, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandıBu gün, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılırBu gün, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edibBu gün, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTOBu gün, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEOBu gün, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİBBu gün, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİBBu gün, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdiBu gün, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilibBu gün, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbəBu gün, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTOBu gün, 13:54
Bütün xəbərlər