1news.az

Sevil Nuriyevanın ərini öldürənlər tutuldular - VİDEO - YENİLƏNİB

20 Sentyabr saat 09:34 ~ 2 dəqiqəlik oxu 1340
Sevil Nuriyevanın ərini öldürənlər tutuldular - VİDEO - YENİLƏNİB

Ədalət Partiyasını sədri, sabiq deputat İlyas İsmayılovun oğlu, azərbaycanlı iş adamı, tanınmış jurnalist Sevil Nuriyevanın həyat yoldaşı Etimad İsmayılovu İstanbulda qətlə yetirənlər artıq saxlanılıb.

1news.az bu barədə Türkiyə mətbuatına istinadla xəbər verir.

Türkiyə mediasında onların fotoları və videosu yayımlanıb.

09:14

Ədalət Partiyasının sədri, sabiq deputat İlyas İsmayılovun oğlu, azərbaycanlı iş adamı, tanınmış jurnalist Sevil Nuriyevanın həyat yoldaşı Etimad İsmayılov İstanbulda qətlə yetirilib.

1news.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, iş adamı Floryadakı ofisində başından və  ürəyindən güllə yarası alıb. Onu xəstəxanaya çatdırsalar da, həyatını xilas etmək mümkün olmayıb.

Silahlı hücumu sabiq polis əməkdaşı Gözəl Dəmirov adlı şəxsin törətdiyi bildirilir. Hazırda onun axtarışları aparılır.

Etimad İsmayılov həmçinin, Ədalət Partiyası sədrinin  birinci müavini olub.

Bəzi mənbələr E.İsmayılovla G.Dəmirovun birgə biznesinin (inşaat və təşkilatçılıq) olduğu, ortaqların mübahisəsinin buradan qaynaqlandığını ehtimal edir. Digər versiyada isə bildirilir ki, G.Dəmirovun işləri son vaxtlar yaxşı getmirmiş və maddi sıxıntı çəkirmiş. Ona görə də azərbaycanlı iş adamlarına dəstək üçün xahiş edibmiş. Etimad İsmayılov bu xahişi geri çevirdiyi üçün mübahisə yaranıb.
 
Bütün hallarda bilinən odur ki, G.Dəmirov əsəbiləşdiyi üçün tapançaya əl atmayıb, E.İsmayılovu qətlə yetirmək üçün, məhz killer kimi atəş açıb. Belə ki, iki güllə başına vurduqdan sonra 3-cü gülləni ürəyindən atıb.

Xatırladaq ki, 2011-ci ildə ailə quran S. Nuriyeva ilə E. İsmayılovun İlyas adlı 4 yaşlı oğulları var.

“Müsavat”ın məlumatına görə, Gözəl Dəmirov 90-cı illərin əvvəllərində DİN-də idarə rəisi olub, Bakı Soyuducular Zavodunun direktorunun qardaşıdır, istefada olan polkovnikdir.

O, Türkiyədə iri biznesə malikdir, eyni zamanda Azərbaycanda biznes işləri var. Dəmirovun “Fənərbaxça” klubunun keçmiş prezidenti Əziz Yıldırımla biznes əlaqələrinin olduğu da məlumdur.

1news.az

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Cəmiyyət BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2019 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net