“Sevgidolu” işəgötürən:  Biz evdə tək olacağıq – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Sevgidolu” işəgötürən:  Biz evdə tək olacağıq – FOTO

15:19 - 08 / 08 / 2018
“Sevgidolu” işəgötürən:  Biz evdə tək olacağıq – FOTO

“SMM-lə məşğul olan xanımlar, bu üzü yaxşı yadda saxlayın. Əvvəlcə sosial şəbəkədə iş təklif edir, daha sonra isə şəxsi ismarış bölməsinə yazaraq əməkhaqqını mütləq evdən almağı, ikili fikirlər yazır”.

Bu fikirləri Səbinə Quliyeva adlı jurnalist Facebook-da peyda olmuş “sevgi bəxş edən” Fariz haqqında yazıb.

Facebook-dakı adı Fariz Babayev, şəxsiyyət vəsiqəsində isə Faiz Bastrakov adlı biri guya iş təklif edir. Onun yazdığı paylaşımları və şəxsi ismarış yerinə yazılarının skrinşotunu diqqətnizə çatdıracağıq. Guya bu, iş təklif edir və əməkhaqqını isə mütləq şəkildə evdən almağı bildirir.

“Biz evdə tək olacağıq”, – deyərək xanımları təklifi yaxşıca düşünməyi də məsləhət görür.

Xarici görkəmindən məmnun olan bu şəxs potensial əməkdaşların maaşlarını 700 manat olacağını da bildirir. Hətta bu pulu bir həftəyə və ya bir aya qazanacaqlarını da əmin edir.

Söhbət əsnasında aydın oldu ki, gənc adam evlidir və Facebook-da bir neçə profili var. Hətta bu “məşhur” ümidini itirməyərək “iş təklif” etməkdə də davam edir. Belə ki, onun müəllifi olduğu statuslar bir neçə qrupda paylaşılıb. Kimilərinə saytda admin olmağa, kiməsə ev işlərini (özü də səhər saatlarında yalnız) təklif edir, kimilərəsə kirpi satır. Düzdü kirpini almaq üçün bir az şəhərətrafına çıxmaq lazımdır – Sulutəpəyə.  Lakin öpücüklərə görə Yasamala qədər getmək olar.

Səbinə Quliyevanın statusu Farizin “ulduz” həyatına son qoydu. Sosial şəbəkələr “sevgidolu” işəgötürənlə necə rəftar etməyi düşünür. Kimiləri onu tapıb iş təklif etdiyi xanımların qardaş və ataları ilə romantik görüşdürməyi təklif edir. Lakin onu müdafiə edənlər də var: gənc adam heç kəsə pislik etməyib, o ki, iş təklif etməklə yanaşı, “pulsuz sevgi” də təklif edib kimi fikirlər də səsləndirilib.

Bəziləri isə onun məşhur dələduz olduğunu, saxta kompüter avadanlıqları satan, əslində isə soyğunçu olduğunu bildirir. Hətta onu polis axtardığı kimi fikirlər də yazılıb. Lakin sonuncu fikirlə razılaşmırıq. Çünki Fariz-Faiz açıq şəkildə öz nömrəsini, ünvanını qeyd edir, gizlənmir. Əgər onu həqiqətən də polis axtarırsa, Facebook-dan tapa bilər. Düzü, bütün bu qalmaqallardan sonra hazırda onu nömrəsinə zəng çatmır.

Həqiqətən də çox iyrənc bir vəziyyətdir. Bu insan öz “təkliflərini” iş elanları ilə birgə olan qruplarda paylaşır. Həmin o qruplara işə ehtiyacı olan minlərlə gənc daxil olur. Təsəvvür edin, kasıb bir ailənin saf tələbə qızı bu elanlardan yararlanaraq ailəsinə yardım etmək üçün bu fırıldaqçının toruna düşür.

Cinayət Məcəlləsinə əsasən, Fariz hər şeyi çoxbilmişcəsinə ölçüb-biçib: “açıq şəkildə xəbərdarlıq edir”, əgər qız təklifə razılaşırsa, deməli xanım nə etdiyini bilir. Yəni zorakılıq faktı yoxdur, hər şey öz xoşuna baş verir.

Sözsüz ki, bir çox xanımlar onun vəd etdiyi işin tez bir zamanda söhbətin nədən getdiyini yaxşı bilir. Həddi-buluq yaşını keçmiş, müəyyən yaşda xanımlar ondan yaxa qurtara bilər. Lakin gənc qızları “Fariz” qorxuda və iyrənc əməllərinə alət edə bilər.

Təəssüflər olsun ki, bu cür elanlara görə qanunla cəza tədbiri seçilməyib, lakin onu öhdəsindən onu təhdid edən kişilər gələ bilər. Paylaşımlarından belə görünür ki, o, bu təhdidlərə şübhə ilə yanaşır. Onun yazılarından belə çıxır ki, haqlıdır və cəzasıdır. Məsələnin ən pis tərəfi isə, onu fikirləri ilə razılaşanlar da var.

Tərcümə: S.Xankişiyeva

 

Paylaş:
3454

Son xəbərlər

Prezidentlər Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblərBu gün, 12:35Baş Prokurorluqdan sabiq baş pediatrın intiharı ilə bağlı media qurumlarına XƏBƏRDARLIQBu gün, 12:34İcma: ABŞ Dövlət Departamenti insan hüquqlarından sui-isifadə edirBu gün, 12:24İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublarBu gün, 12:22Bakıda 3 məktəbin direktorları barəsində intizam tənbeh tədbiri görülüb - SƏBƏBBu gün, 12:1931 dərəcə isti olacaq - Sabahın havasıBu gün, 12:09Bakıda Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin birinci iclası keçirilirBu gün, 12:02Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, Baş planla tanış olublarBu gün, 11:51Qırğızıstan Prezidenti Füzulidə səfərdədirBu gün, 11:25Minik avtomobilləri ilə Laçına səfər etmək mümkün olacaq - TəfərrüatBu gün, 11:07Bu il sosial müavinət və təqaüd təyin olunan şəxslərin sayı açıqlanıbBu gün, 10:57Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir - VİDEOBu gün, 10:32May ayının 1-dən balıq ovuna qadağa qüvvəyə minirBu gün, 10:01“Azeronline LTD” BM-ə yeni rəhbər təyin olunduBu gün, 10:00Bakıda müxtəlif təyinatlı kəsici-deşici alətlər satan şəxslər saxlanılıb - VİDEOBu gün, 10:00Bakı-Ağstafa-Bakı dəmir yolu marşrutu üzrə əlavə qatar təyin edilibBu gün, 09:57AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:35Mikayıl Cabbarov Sahibkarlar Günü ilə bağlı paylaşım edibBu gün, 09:28ABŞ qüvvələrinin Nigerdən çıxarılması müzakirə olunacaqBu gün, 09:21Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 09:03
Bütün xəbərlər