1news.az

Səudiyyəli qadınlara daha bir hüquq verildi

17 İyul saat 16:02 ~ 1 dəqiqəlik oxu 111
Səudiyyəli qadınlara daha bir hüquq verildi

Səudiyyə Ərəbistanının nüfuzlu Aviasiya Akademiyası ilk dəfə olaraq qız tələbələrin qəbuluna başlayıb.

1news.az-ın xarici mətbuata istinadla verdiyi xəbərə görə, zərif cinsin yüzlərlə nümayəndəsi Səudiyyənin şərqindəki Əd-Damam şəhərində yerləşən akademiyaya qəbul olmaq üçün sənədlərini təqdim edib.

Dərslər bu ilin sentyabrında başlayacaq. Bu akademiyada pilotlarla yanaşı, təyyarələrin təmir olunması və naviqasiya sistemlərinin idarə olunması üçün mütəxəssislər hazırlanır.

Əd-Damamdakı akademiyanın icraçı direktoru Osman əl-Matirinin sözlərinə görə, üç il müddətində tələbələr akademik və praktiki təhsil alır.

S.Xankişiyeva

 

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Dünya BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2018 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net