Səudiyyə Ərəbistanında antikorrupsiya əməliyyatı: kral ailəsinin üzvləri həbs olunub | 1news.az | Xəbərlər
Dünya

Səudiyyə Ərəbistanında antikorrupsiya əməliyyatı: kral ailəsinin üzvləri həbs olunub

16:35 - 08 / 11 / 2017
Səudiyyə Ərəbistanında antikorrupsiya əməliyyatı: kral ailəsinin üzvləri həbs olunub

Səudiyyə Ərəbistanında kral ailəsi üzvlərinə və məmurlara qarşı keçirilən antikorrupsiya əməliyyatının ikinici mərhələsi başlayıb.

1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə,bunu “Reuters”ə məlumatlı mənbə bildirib.

Mənbə deyib ki, ikinci dalğada siyasət və ticarət dünyasına yaxın adamlar korrupsiyada şübhəli bilinərək saxlanılıblar.

Məlumata görə, onların bir qismi 2011-ci ildə vəfat etmiş vəliəhd şahzadə Sultan bin-Əbdüləzizin ailəsinin üzvləridir. Qalanları isə krallıqda müxtəlif səviyyədə dövlət vəzifəsində işləyiblər.

Həbs olunan şəxslər krallığın paytaxtı Ər-Riyaddakı “5 ulduz”lu "Ritz Carlton" otelində saxlanılırlar.

Qeyd edək ki, noyabrın 5-də Səudiyyə Ərəbistanının Korrupsiyaya qarşı Mübarizə üzrə Ali Komitəsi 11 şahzadəni, fəaliyyətdə olan 4 naziri və 39 keçmiş hökumət üzvünü həbs edib. Həmin şəxslərin adları açıqlanmasa da, onların qanunsuz silah satışı sazişi və saxta müqavilələr imzalamaqda, çirkli pulların yuyulmasında və korrupsiyada ittiham olunaraq saxlanıldıqları bildirilib. Korrupsiyaya qarşı Mübarizə üzrə Ali Komitə noyabrın 4-də kral Salmanın fərmanı ilə yaradılıb. Komitəyə varis şahzadə Məhəmməd bin Salman başçılıq edir. Komitənin həbslə bağlı order vermək, eləcə də şübhəlilərin ölkədən çıxmağına qadağa qoymaq səlahiyyəti var.

S.Xankişiyeva

 

Paylaş:
693

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcəkBu gün, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşübBu gün, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edirBu gün, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaqBu gün, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 2Bu gün, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunurBu gün, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olubBu gün, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTOBu gün, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMATBu gün, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaqBu gün, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!Bu gün, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edirBu gün, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verirBu gün, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edibBu gün, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıqBu gün, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edibBu gün, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayırBu gün, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıramBu gün, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıbBu gün, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdırBu gün, 14:59
Bütün xəbərlər