Səudiyyə Ərəbistanı yolları bağladı - SƏBƏB
Yəməndən raket atışından sonra Səudiyyə Ərəbistanı bu ölkəyə hava, avtomobil və dəniz yollarını bağlayıb.
1news.az xəbər verir ki, buna baxmayaraq humanitar yardımların Yəmənə daxil olmasına icazə veriləcək.
O da vurğulanıb ki, yolların bağlanmasında məqsəd İrandan Yəmənə silah göndərilməsinin qarşısını almaqdır.
Qeyd edək ki, noyabrın 4-də Yəməndən Səudiyyə Ərəbistanına uzaq mənzilli raketlər atılıb və paytaxt ər-Riyadın Kral Xalid hava limanının yaxınlığında boş əraziyə düşüb. Hadisə nəticəsində ölən və yaralanan olmayıb.
1news.az
928