Sergey Lavrov Qarabağ ətrafındakı vəziyyəti şərh edib | 1news.az | Xəbərlər
Siyasət

Sergey Lavrov Qarabağ ətrafındakı vəziyyəti şərh edib

15:19 - 17 / 04 / 2019
Sergey Lavrov Qarabağ ətrafındakı vəziyyəti şərh edib

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı razılaşmalar kağız üzərində qalmamalıdır.

1news.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov serbiyalı həmkarı İvitsa Daçiçla keçirdiyi birgə mətbuat konfransında deyib.

Rusiyalı diplomat deyib ki, həm Bakı, həm Yerevan bu razılaşmaların kağız üzərində qalmamasında maraqlıdır:

“Biz burada mənim iştirakımla və sonradan ATƏT Minsk qrupunun həmsədrlərinin və ATƏT-in hazırkı sədrinin nümayəndəsinin qoşulması ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü keçirdik. Azərbaycanın xarici işlər nazir Elmar Məmmədyarov bildirib ki, görüş zamanı 2016-cı ilin təklifləri müzakirə olunub. Mənim əlavə sözüm yoxdur. Bu təkliflərin məzmununa gəldikdə isə, həmsədr ölkələrin dövlət başçılarının çoxsaylı bəyanatları möhkəmlənmiş yanaşmalar məcrasında hərəkət edir”.

Görüş zamanı qeyd olunmuş humanitar tədbirlərə gəldikdə isə S.Lavrov qeyd edib ki, onlar birgə bəyanatda dəqiq əks olunub:

“Bu tədbirlər tərəflərin xüsusən kənd təsərrüfatı işləri zamanı vəziyyətin sabitləşməsi üçün əlavə səylərini, qarşı tərəfdə əsirlikdə saxlanan şəxslərin yaxınları tərəfindən ziyarət olunmasına kömək göstərilməsini və insanlar arasında təmaslar, xüsusilə KİV nümayəndələrinin səfərlərinə şəraitin yaradılmasını əhatə edir. Hesab edirəm ki, bu, faydalı razılaşmadır. Bakı və Yerevan bu razılaşmaların kağız üzərində qalmamasında maraqlıdır. Biz buna kömək edəcəyik”.

1988-ci ildə Ermənistan Azərbaycana qarşı ərazi iddialarına başladı. Bir müddət sonra isə Ermənistan tərəfindən Azərbaycan ərazilərinə hərbi təcavüz başlandı. Dağlıq Qarabağ və ətraf 7 rayon – Azərbaycan ərazisinin 20 faizi – Ermənistan silahlı qüvvələri tərəfindən işğal olundu. Bu işğal faktı hələ də davam edir.

1994-cü ilin mayında tərəflər atəşkəs rejiminə nail olublar. O dövrdən bu günə kimi ATƏT-in Minsk qrupunun himayəsində - Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə nəticəsiz sülh danışıqları davam edir. İşğal olunmuş Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsi haqqında BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamə isə Ermənistan tərəfindən bu günədək icra olunmayıb.

1news.az

 

Paylaş:
410

Son xəbərlər

Qərbi Azərbaycan İcması: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir19 / 04 / 2024, 21:01"Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib - FOTO19 / 04 / 2024, 19:10Aydın İdarəçi və Sənayeçi İş adamları Dərnəyi MÜSİAD Azərbaycanı ziyarət edib - FOTO19 / 04 / 2024, 19:00Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıb19 / 04 / 2024, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb19 / 04 / 2024, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEO19 / 04 / 2024, 17:42FHN əməliyyat görüntüləri yayıb - VİDEO19 / 04 / 2024, 17:39Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcək19 / 04 / 2024, 17:29Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıb19 / 04 / 2024, 17:18Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib - TƏFƏRRÜAT19 / 04 / 2024, 17:17Azərbaycan Prezidenti Berlində Almaniya Kansleri ilə görüşəcək19 / 04 / 2024, 17:15“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb19 / 04 / 2024, 17:01Xınalığa dolu düşüb - FAKTİKİ HAVA19 / 04 / 2024, 16:51İlham Əliyev və Putin Moskvada görüşəcəklər19 / 04 / 2024, 16:43“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTO19 / 04 / 2024, 16:42Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - YENİLƏNİB19 / 04 / 2024, 16:36Binəqədidə yanğında 1 nəfər xəsarət alıb19 / 04 / 2024, 16:15“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti” keçiriləcək19 / 04 / 2024, 15:54AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub19 / 04 / 2024, 15:50BŞTİ Bakı Fransız Liseyində təhsil alanların valideynlərinə müraciət edib19 / 04 / 2024, 15:45
Bütün xəbərlər