Səmti Müəyyənetmə İdman Federasiyasının növbəti hesabat-seçki konfransı keçirilib | 1news.az | Xəbərlər
İdman

Səmti Müəyyənetmə İdman Federasiyasının növbəti hesabat-seçki konfransı keçirilib

19:35 - 22 / 11 / 2017
Səmti Müəyyənetmə İdman Federasiyasının növbəti hesabat-seçki konfransı keçirilib

Respublika Velosiped Trekinin inzibati binasında Azərbaycan Respublikası Səmti Müəyyənetmə İdman Federasiyasının növbəti hesabat-seçki konfransı keçirilib.

Federasiyadan 1news.az-a verilən məlumata görə, konfransda federasiya nümayəndələri ilə yanaşı, Gənclər və İdman Nazirliyinin nümayəndələri, milli komandanın üzvləri, hakimlər və klub təmsilçiləri iştirak ediblər.

Konfransda çıxış edən federasiya prezidenti Mirəli Kazımov ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulan idman siyasətinin bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilməsindən və idmana göstərilən diqqət və qayğıdan söz açıb. O, ötən beş il ərzində federasiya tərəfindən görülmüş işlər, əldə edilmiş uğurlar barədə məlumat verib.

Konfransda federasiyanın baş katibi Zaur Seyidov, vitse-prezident Nizami Mursakulov, rəyasət heyətinin üzvləri Xəyyam Məmmədov, Şəhriyar İsmayılov və Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşı Pərvin Şərifov çıxışlarında federasiyanın ötən illərdə gördüyü işlərdən, gələcək planlardan danışıblar.

Sonra federasiyanın növbəti 4 il üçün yeni rəyasət heyətinin seçilməsi ilə bağlı səsvermə keçirilib. Səsvermənin nəticəsinə əsasən Mirəli Kazımov federasiyanın prezidenti, Nizami Mursakulov, Pərvin Şərifov və Aleksandr Mişenko vitse-prezident, Zaur Seyidov baş katib, Xəyyam Məmmədov, Tatyana Solovyova, Tərlan Ramazanov, Şəhriyar İsmayılov, Nataliya Əliyeva və Süleyman Əliyev isə rəyasət heyətinin üzvləri seçiliblər.

Konfransın sonunda federasiya rəsmiləri tərəfindən 2017-ci ilin ən yaxşı kişi və qadın idmançılarına diplom və qiymətli hədiyyələr təqdim olunub.

1news.az

Paylaş:
557

Son xəbərlər

Cavanşir Məmmədov dəfn olunub - YENİLƏNİB 1Bu gün, 16:41Ceyhun Bayramov İran səfirini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edibBu gün, 16:39Səfir: TDT-nin əsas məqsədi türk dövlətləri arasında əlaqələrin inkişaf etdirilməsidirBu gün, 16:06Ceyhun Bayramov İran səfirini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edibBu gün, 15:47FHN tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirilibBu gün, 15:32Bakıda daha bir müntəzəm marşrut xətti "BakuBus"a verilibBu gün, 15:15Gəncədə yanan ev söndürülüb - YENİLƏNİBBu gün, 14:56Bakıda gömrükçülər xeyli miqdarda aksiz markasız siqaretlər aşkar ediblərBu gün, 14:20Bakıda növbəti ümumşəhər iməcliyi keçirilib - FOTOBu gün, 14:08Dünya bazarlarında neft bahalaşıbBu gün, 13:49Müdafiə naziri Quru Qoşunlarının rəhbər heyəti ilə görüşübBu gün, 13:35TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - YENİLƏNİBBu gün, 13:20Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlılarına lazımi texniki dəstəyin göstərilməsi tapşırığını veribBu gün, 13:03Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya edilibBu gün, 12:45FHN Lənkəranda qanunsuz tikililəri sökübBu gün, 12:40Sabunçuda 34 yaşlı kişi qətl edilibBu gün, 12:14“Həmin gün...” musiqili-poeziya gecəsində - FOTOBu gün, 12:00Sabah hava necə olacaq? - PROQNOZBu gün, 11:53Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 11:40Bakıda oğlan sevgilisini qısqanclıq zəminində qətlə yetirib - YENİLƏNİBBu gün, 11:22
Bütün xəbərlər