Şəmistan Əlizamanlı: Ərdoğanın mənim mahnımı seçməsi çox xoşdur – MÜSAHİBƏ | 1news.az | Xəbərlər
Müsahibə

Şəmistan Əlizamanlı: Ərdoğanın mənim mahnımı seçməsi çox xoşdur – MÜSAHİBƏ

16:00 - 14 / 02 / 2019
Şəmistan Əlizamanlı: Ərdoğanın mənim mahnımı seçməsi çox xoşdur – MÜSAHİBƏ

Məlum olduğu kimi, hərbi vətənpərvərlik mahnılarının mahir ifaçısı Şəmistan Əlizamanlının “Bismillah” mahnısı bu il martın 31-də Türkiyədə keçiriləcək seçkilərdə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) seçki mahnısı olaraq seçilib.

Şəmistan Əlizamanlı 1news.az-a müsahibəsində bu mahnının seçilməsi, Türkiyədəki fəaliyyəti, eləcə də gələcək planlarından danışıb.

- Şəmistan müəllim, ifa etdiyiniz mahnının AKP-nin seçki mahnısı olaraq seçilməsini necə qarşıladınız?

- Əlbəttə ki, mən bunu çox müsbət qarşıladım. Yaradıcı insan üçün bu, bir uğurdur. Türkiyə kimi böyük bir ölkənin prezident seçkilərinin təbliğat kampaniyasında bu mahnının səsləndirilməsi çox xoşdur.

“Bismillah”ın musiqisi mənə aiddir, amma sözlərini Türkiyədən göndəriblər. Ona uyğun da musiqini yazdıq.

Bundan əvvəl “Diriliş Ertoğrul” serialında Əhməd Cavadın sözlərinə yazılmış mahnı ifa etmişəm. Bir neçə aydır ki, Türkiyə telekanallarında prezident Ərdoğanın çıxışları o mahnının fonunda təqdim edilir. Bu şeir isə ümumi seçki təbliğatına istiqamətlənib.

Onu da deyim ki, “Diriliş Ertoğrul” filmində sözləri yenə Əhməd Cavada aid olan yeni bir mahnı da ifa etmişəm. Gələn həftənin üçüncü günü həmin mahnı səslənəcək.

- “Bismillah”a musiqi yazarkən  sözlərdə hər hansı dəyişiklik etdinizmi?

- Xeyr, şeir necə idi, elə də musiqi bəstələndi. Bu, öncədən yazılmışdı. Mən “Diriliş Ertoğrul” serialında Əhməd Cavadın sözlərinə yazılmış “Bismillah” mahnısını oxumuşdum. Yəni, mənim ifamda bu mahnının musiqisindən istifadə edildi.

- Məhz sizi seçmələri musiqinin, səsinizin gözəlliyindən irəli gəlir, yoxsa başqa səbəb var?

- Yox, başqa səbəb yoxdur. Sadəcə musiqini bəyənib qəbul ediblər. Yəni, qayda belədir ki, seçki öncəsi musiqilər təqdim edilir, sənətçilər mahnıları ilə müraciət edirlər. Bunu həyata keçirən şirkət son anda onların arasından seçdiklərini ölkə prezidentinə təqdim edir. Mənə belə söylədirlər. O, hansını bəyənirsə, bundan da istifadə edirlər.

- Türkiyədən yeni yaradıcı dəvətlər almısınızmı?

- Türkiyədən dünən dönmüşəm. Bilirsiniz ki, “Diriliş Ertoğrul” serialında çəkilirəm. Bununla yanaşı həm filmlərlə, həm də mahnılarla bağlı yeni dəvətlər var.

- Bununla bağlı daha ətraflı məlumat verə bilərsinzi?

- Hələ açıqlama vermək istəmirəm. İnşallah daha sonra bu barədə danışacam.

- Azərbaycanda hansı yeni işləriniz, gələcək planlarınız var?

- Azərbaycanda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə “Vətənin müdafiəsinə hazıram!” adlı layihəmiz var və bu deviz altında tədbirlər həyata keçiririk. Bu gün Qobustan  rayonuna yola düşürük. Sabah orda İcra Hakimiyyəti və Dövlət Xidməti ilə birgə tədbirimiz olacaq. Mən də həmin tədbrin sonunda konsert proqramı ilə çıxış edəcəm.

- Azərbaycanla müqayisə etsək, Türkiyədə ifalarınız nə dərəcədə sevilir?

- Mənim ifalarım Türkiyədə çox məşhurdur. Neçə illərdir “Turan elləri var olsun” mahnısından Türkiyə prezidentinin çıxışlarında istifadə olunur. Telekanallar bundan geniş istifadə edib və mənə çoxsaylı təşəkkürlər gəlib. Əlbəttə, Türkiyədə bizi çox izləyirlər. Necə ki, biz onlarla maraqlanırıq, qarşı tərəf də bizə o cür münasibət bəsləyir.

- Şəmistan müəllim, siz həm də Azərbaycanın ən ağır müharibə şəraitində olduğu dövrdə öz ifalarınızla gənclərə, yeniyetmələrə vətənpərvərlik ruhu aşılamısınız. Sizin ifalarınız vətənpərvərliyi təbliğ edirdi. Bugünkü  gənclərdə, yeniyətmələrdə bu ruh aşılana bilirmi?

- Bəli, vətənpərvərlik ruhu bu gün də çox yüksəkdir. Həmişə deyirəm ki, 2016-cı ilin aprel döyüşlərində ordumuz uzun illərdən sonra düşmənə ağır zərbələr endirdi. Öz gücünü, qüvvətini göstərdi. O günlər yadınızdadır, xalqımız birləşmişdi, hətta ölkəmizdən kənarda yaşayan soydaşlarımız tərəfindən minlərlə müraciət olmuşdu ki, gəlib torpaqlarımızı işğaldan azad etmək istəyirlər. Yəni, bu ruh daha da yüksəlməkdədir. Nə qədər ki, torpaqlarımızı işğalda azad etməmişik, ruhdan düşə bilmərik.

Əlbətə ki, biz o qələbəni təmin edəcəyik. Ordumuz qüdrətlidir, istənilən döyüş əməliyyatını yerinə yetirməyə hazırdır. Düşünürəm ki Ali Baş Komandan əmr verdiyi anda biz öz torpaqlarımızı qısa  zaman ərzində düşməndən azad edəcəyik.

- Bəzən belə fikirlər səslənir ki, Türkiyədə Azərbaycandan olan yaradıcı insanlara yer verilmir. Bu yanaşma ilə razısınızmı?

- Mən bu fikirlə razı deyiləm, bu doğru deyil. Türkiyə böyük ölkədir, 80 milyondan çox əhalisi var. Bu ölkədə bir- birindən gözəl, istedadlı sənətkarlar var. Yəni, kənardan kimlərinsə dəvət olunmasına ehtiyac yoxdur. Mən o filmə “Turan elləri var olsun” mahnısına görə dəvət aldım. Bu mahnını çox bəyənmişdilər. Buna görə də yaradıcılıq işimə orda davam edim.

P.S.

Paylaş:
3092

Sizin üçün xəbərlər

Son xəbərlər

Azərbaycan və Bolqarıstan prezidentlərinin geniş tərkibdə görüşü olub - YENİLƏNİB 1Bu gün, 15:53Azərbaycan və İsrail XİN nümayəndələri görüşübBu gün, 15:48Masazırda saxta spirtli içkilər hazırlayan dəstə üzvləri saxlanılıb - FOTO - VİDEOBu gün, 15:39Lənkəranın Şağlasər kəndində Birinci Qarabağ müharibəsinin şəhidi ilə vida mərasimi keçirilirBu gün, 15:36İsmayıllıda Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - YENİLƏNİB 1Bu gün, 15:17Mayın 15-dən MİQ üçün elektron sənəd qəbuluna başlanılacaqBu gün, 15:13Bolqarıstan prezidenti və birinci xanımın şərəfinə rəsmi nahar verilibBu gün, 15:11Bolqarıstanın birinci xanımı Azərbaycan milli mətbəxinin nümunələri ilə tanış olubBu gün, 15:03Hərbçilərə növbəti dəfə daimi mənzillər verilib - FOTOBu gün, 14:49Lənkəranın Kərgəlan kəndində Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilibBu gün, 14:34Sabah Bakının bəzi küçə və prospektlərində hərəkət məhdudlaşdırılacaqBu gün, 14:28Rumen Radev: Bolqarıstan ilə Azərbaycanı ənənəvi dostluq və qarşılıqlı etimada əsaslanan əlaqələr birləşdirirBu gün, 14:18TƏBİB: Zaqatalada zəhərlənməyə görə gətirilənlərdən 32-si evə buraxılıbBu gün, 14:13“Şərq-Qərb və əks istiqamət üzrə daha böyük həcmdə yüklərin daşınması münasibətlərimizi daha da gücləndirəcək” - PrezidentBu gün, 14:03Prezident: Son vaxtlar Azərbaycan ilə Bolqarıstan arasında ticarət dövriyyəsi bir neçə dəfə artıbBu gün, 14:02Bir sıra fərdi yaşayış evlərinin həyətlərini su basıbBu gün, 14:01Prezident: Azərbaycan qazının Bolqarıstana ixracı ildən-ilə artmaqdadırBu gün, 13:56İlham Əliyev və Prezident Rumen Radev mətbuata bəyanatlarla çıxış ediblərBu gün, 13:54Azərbaycan DİM Dialoqunu sülh və dostluq platformasına çeviriBu gün, 13:51Azərbaycan-Bolqarıstan sənədləri imzalanıb - FOTOBu gün, 13:49
Bütün xəbərlər