“Səməni” beynəlxalq sərgi-müsabiqəsi keçirilib – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Səməni” beynəlxalq sərgi-müsabiqəsi keçirilib – FOTO

16:25 - 20 / 03 / 2018
“Səməni” beynəlxalq sərgi-müsabiqəsi keçirilib – FOTO

Martın 19-da Heydər Əliyev Mərkəzinin parkında “Səməni” beynəlxalq sərgi-müsabiqəsi keçirilib.

1news.az-ın məlumatına görə, sərgidə müasir incəsənət nümunələri – baharın rəmzi olan səməni və Novruz bayramına həsr olunmuş monumental əsərlər təqdim edilib.

Sərginin açılış mərasimində çıxış edən Xalq rəssamı, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarov burada yer alan əsərlərin rəssamların yüksək istedadından xəbər verdiyini söyləyib.

“Bu əsərlərə baxdıqca bizdə nə qədər yaradıcı gənclərin olduğu müşahidə edilir. Onların istedadına valeh olmamaq mümkün deyil. Bu gənclər Azərbaycan xalqının milli bayramlarına həsr edilən beynəlxalq sərgilər, yaxud başqa bir əlamətdar hadisə münasibətilə keçirilən sərgilər üçün çox gözəl əsərlər yarada bilirlər. Təqdim edilən sərgi mövzunu orijinal yaradıcılıq formasında rəmzləşdirməkdə rəssamların yüksək istedadını və bacarığını nümayiş etdirir”- deyə, Ömər Eldarov bildirib.

Mərkəzin parkında Azərbaycan və digər ölkələrdən olan rəssam və heykəltəraşların 20-dək əsəri nümayiş edilir. Açılış mərasimində sərgidə təqdim olunan ən yaxşı 3 əsərin müəllifi mükafatlandırılıb: 1-ci yeri Sabit Zamanov,  2-ci yeri Nərmin Abdullayeva, 3-cü yeri isə Orxan Qarayev və yeni zelandiyalı Renate Verbrugge qazanıb. 

Layihə milli adət-ənənələri, dəyərləri yaşatmaq və yeni nəslə çatdırmaq, eyni zamanda müasir incəsənətin inkişafına dəstək məqsədi daşıyır.

Qonaqlar modern, bayram ovqatına öz çalarını qatan «Səməni» əsərləri ilə tanışlıqla yanaşı, parkda təşkil olunan bayram şənliyində iştirak ediblər.

Xatırladaq ki, Heydər Əliyev Mərkəzi 2014 və 2015-ci illərdə də Novruz bayramına həsr olunmuş layihə həyata keçirərək “Səməni” beynəlxalq incəsənət müsabiqəsi və sərgisi təşkil etmişdi.

Beləliklə, bu bayram günlərində də şəhər sakinləri və qonaqlar Heydər Əliyev Mərkəzinin parkında Novruz atributlarını fərqli format və baxış bucağından görə biləcəklər.

Sərgiyə giriş sərbəstdir.

 

1news.az

Paylaş:
1248

Son xəbərlər

Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdırBu gün, 14:59Azərbaycan Prezidenti: Son müddət Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayırBu gün, 14:55İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçirirlər - CANLIBu gün, 14:53Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olunub - FOTOBu gün, 14:42“Sahibkarlar Günü”nə həsr olunmuş konfrans keçirilibBu gün, 14:23İlham Əliyevin Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə təkbətək görüşü keçirilib - FOTO - YENİLƏNİBBu gün, 14:19Bakıda körpə pəncərədən düşərək ölübBu gün, 13:59AFFA “Qarabağ” klubunu cərimələyibBu gün, 13:51Bu il martın sonuna manatın real effektiv məzənnəsi azalıbBu gün, 13:32İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİBBu gün, 13:26Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırdı - FOTO - YENİLƏNİBBu gün, 13:13“SABAH.incubation” “Green Hackathon” tədbirini uğurla tamamladı - FOTOBu gün, 13:08Azərbaycanda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcəkBu gün, 13:02Şənbə gününün havası açıqlandı: 32 dərəcə isti olacaqBu gün, 12:47“Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi”Bu gün, 12:42Azərbaycan Prezidenti: Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyikBu gün, 12:26XİN: Avropa Parlamentinin qətnaməsi əsassızdırBu gün, 12:19İlham Əliyev: COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədirBu gün, 12:07Şirvanda narkotikə görə 6 nəfər saxlanıldıBu gün, 12:02Kamaləddin Qafarov: “Azərbaycan-Rusiya əlaqələri sürətlə inkişaf etdirilir”Bu gün, 11:52
Bütün xəbərlər