Səməd Seyidov: Mən belə bir Avropa Şurasında olmaq istəmirəm | 1news.az | Xəbərlər
Siyasət

Səməd Seyidov: Mən belə bir Avropa Şurasında olmaq istəmirəm

15:46 - 26 / 04 / 2018
Səməd Seyidov: Mən belə bir Avropa Şurasında olmaq istəmirəm

Azərbaycanı utandırmaq üçün istənilən cəhdin özü elə korrupsiyadır.

1news.az  xəbər verir ki, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Avropa Şurası Parlament Assambleyasının yaz sessiyasında çıxışı zamanı deyib.

S.Seyidov Azərbaycandan olduğu üçün fəxr etdiyini qeyd edib: “Fikrimcə, vurğulamaq vacibdir ki, ölkəmi utandırmaq üçün edilən hər bir cəhd, ölkəmi günahlandırmaq elə özü korrupsiyadır. Çünki Azərbaycan bu təşkilata demokratik dəyərlər naminə daxil olub. Əgər siz korrupsiya axtarırsınızsa, o zaman digər ölkələr haqqında, bu assambleyada iclas edənlər haqqında da düşünmək lazımdır. Niyə yalnız Azərbaycan? Axı bir ay bundan əvvəl bu iclas zalında siz Ermənistan xalqı tərəfindən korrupsiyaya görə qovulan Serj Sarkisyanı alqışlayırdınız. Ermənistanın çox demokratik ölkə olduğunu, Sarkisyanın isə Ermənistan xalqını bu təşkilatda təmsil edən demokrat olduğunu təsdiq edənlərdən soruşmaq istəyirəm - cənab Sarkisyan haradadır? Niyə siz özünüzə bu sualları vermək istəmirsiniz?"

O, Azərbaycanın müharibə şəraitində olduğunu xatırladıb:

"Biz ərazilərimizi itirmişik. Bizim bir milyondan çox qaçqın və məcburi köçkünümüz var. Biz bura, bu təşkilata ona görə gəlmişik ki, burada hüququn aliliyini tapaq. Lakin bunun əvəzinə yeni terminologiya görürük. Mənim adımı da korrupsiyada hallandırırlar. Mənim adım araşdırma oqranının məruzəsində də keçir, orada bildirilir ki, Seyidovun korrupsiyaya aidiyyəti yoxdur. Mənim adımım həmin sənəddə çəkilməsini dünyaya izah etmək çox çətindir. Bu, böyük ədalətsizlikdir".

S.Seyidov Azərbaycanın öz ləyaqəti uğrunda mübarizə aparacağını və qalib gələcəyini deyib:

"Çünki biz azadlıq, demokratiya haqqında, Avropa Şurasına deyil, bütün dünyaya aid olan dəyərlər haqqında düşünürük. Mən 18 il əvvəl Avropa Şurasına gələndə lap əvvəldən demişdim ki, bu mənim Şuramdır. Amma indi düşünürəm ki, yox, bu sizin Şuranızdır. Mən belə bir Avropa Şurasında olmaq istəmirəm".

Qeyd edək ki, aprelin 23-də Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) yaz sessiyası başlayıb.

Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞ PA-dakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və bir qrup deputat sessiyada iştirak edir.

1news.az 

 

 

Paylaş:
459

Son xəbərlər

Cavanşir Məmmədovla vida mərasimi keçirilirBu gün, 15:56Ceyhun Bayramov İran səfirini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edibBu gün, 15:47FHN tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirilibBu gün, 15:32Bakıda daha bir müntəzəm marşrut xətti "BakuBus"a verilibBu gün, 15:15Gəncədə yanan ev söndürülüb - YENİLƏNİBBu gün, 14:56Bakıda gömrükçülər xeyli miqdarda aksiz markasız siqaretlər aşkar ediblərBu gün, 14:20Bakıda növbəti ümumşəhər iməcliyi keçirilib - FOTOBu gün, 14:08Dünya bazarlarında neft bahalaşıbBu gün, 13:49Müdafiə naziri Quru Qoşunlarının rəhbər heyəti ilə görüşübBu gün, 13:35TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - YENİLƏNİBBu gün, 13:20Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlılarına lazımi texniki dəstəyin göstərilməsi tapşırığını veribBu gün, 13:03Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya edilibBu gün, 12:45FHN Lənkəranda qanunsuz tikililəri sökübBu gün, 12:40Sabunçuda 34 yaşlı kişi qətl edilibBu gün, 12:14“Həmin gün...” musiqili-poeziya gecəsində - FOTOBu gün, 12:00Sabah hava necə olacaq? - PROQNOZBu gün, 11:53Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 11:40Bakıda oğlan sevgilisini qısqanclıq zəminində qətlə yetirib - YENİLƏNİBBu gün, 11:22Azərbaycan neftinin qiyməti 89 dollara çatıbBu gün, 11:10Kamaləddin Qafarov: “Şirvan suvarma kanalının yenidən qurulması aqrar sektoru inkişaf etdirəcək”Bu gün, 10:55
Bütün xəbərlər