Səməd Seyidov: Azərbaycandakı islahatların məqsədi vətəndaşların müdafiəsidir | 1news.az | Xəbərlər
Siyasət

Səməd Seyidov: Azərbaycandakı islahatların məqsədi vətəndaşların müdafiəsidir

17:00 - 27 / 06 / 2019
Səməd Seyidov: Azərbaycandakı islahatların məqsədi vətəndaşların müdafiəsidir

Azərbaycan Respublikası Avropa Şurasına 2001-ci ildə üzv olub. Bu vaxta qədər ölkəmiz sovet irsindən qurtulmaq üçün dövlət idarəçiliyində, məhkəmə sahəsində və iqtisadi sahədə köklü islahatlara başlayıb.

1news.az  xəbər verir ki, bu fikirləri AŞPA-nın yay sessiyası çərçivəsində təşkil olunmuş “Yeni çağırışlar və Azərbaycanda davam edən islahatlar” adlı tədbirdə qurumdakı nümayəndə heyətimizin rəhbəri Səməd Seyidov söyləyib.

Avropa Şurasına üzv olmaq açıq şəkildə ölkəmizdəki ictimai həyatın demək olar ki, hər bir sahəsini əhatə edən davamlı islahatlara böyük təkan verdi. Azərbaycan bu təşkilatın tərkibində bir sıra öhdəliklər götürdü, onları yerinə yetirmək üçün davamlı tədbirlər görülüb və onların əksəriyyəti artıq başa çatıb. Konstruktiv və kömək etmək niyyətli tənqidləri dinləməyə etiraz etmirik. Ancaq qeyd etmək istəyirəm ki, Azərbaycanda başlanan islahatların əsas məqsədi vətəndaşların müdafiəsi, eləcə də onların hüquq və əsas azadlıqlarının tam təmin edilməsidir.

Səməd Seyidov bildirib ki, bu məqsədlərə nail olmaq üçün illər ərzində ardıcıl fəaliyyət planları, qanunvericilik təşəbbüsləri və siyasi qərarlar qəbul olunub. İqlim dəyişikliyi, yeni çağırışlar mütəmadi olaraq yeni addımlar atılmasını və ya mövcud tədbirləri yenidən nəzərdən keçirməyi tələb edir. Vətəndaş cəmiyyətini təmsil edən təşkilatlarla qarşılıqlı əlaqələr ölkədəki islahatların mühüm tərkib hissəsidir.

“Son vaxtlar ölkəmizin və cəmiyyətin gələcəyi üçün bir sıra çox vacib islahatlar həyata keçirilib və belə tədbirlər vasitəsilə Strasburqdakı həmkarlarımızı məlumatlandırmaq istəyirik. Ümid edirəm ki, bu tədbir vətəndaş cəmiyyəti, parlament və hökumət nümayəndələri üçün davam edən islahatların, xüsusilə də ədliyyə sistemində aparılan islahatların perspektivlərini bölüşməyə imkan yaratdı”, - deyə S.Seyidov vurğulayıb.

Nümayəndə heyətimizin rəhbəri diqqəti Azərbaycan Prezidentinin bu sahə ilə bağlı imzaladığı sərəncam və fərmanlara cəlb edib.

1news.az

 

 

Paylaş:
413

Son xəbərlər

Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulması barədə əmr imzalanıbBu gün, 13:34Sumqayıtda qanunsuz tikili sökülüb - VİDEOBu gün, 13:182024-2025-ci tədris ili üçün “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilirBu gün, 12:59Məleykə Abbaszadədən gənclərə çağırış: “Ali məktəbə qəbul olmaq üçün yalnız bal toplamaq kifayət etmir”Bu gün, 12:5430 dərəcə isti olacaq - Sabahın HAVASIBu gün, 12:40Azərbaycan Mərkəzi Bankı ilə Visa arasında əməkdaşlıq imkanları müzakirə edilibBu gün, 12:32Məzahir Pənahov parlament seçkilərini müşahidə etmək üçün Maldivə gedirBu gün, 12:27Xocavənddə fermada xeyli sayda partlayıcı qurğu və maddə aşkarlanıbBu gün, 12:20Deputat: “ABŞ sülhməramlı missiyanın çıxmasını alqışlamalı, Azərbaycanı təbrik etməli idi”Bu gün, 11:53FHN: Ötən sutka 4 nəfər xilas edilibBu gün, 11:51Türkiyənin Azərbaycandakı səfirliyinə yeni mətbuat müşaviri təyin olunubBu gün, 11:33“Xəzər səması-2024”birgə taktiki təlimi keçirilib - VİDEOBu gün, 11:20Baş prokuror Ağdaşda vətəndaşları qəbul edəcəkBu gün, 11:06Fransanın növbəti diplomatları qovulub - “Observer Online” yazırBu gün, 10:58AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir - FOTOBu gün, 10:52Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilibBu gün, 10:33Qızıl ucuzlaşıbBu gün, 10:22Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb - FOTOBu gün, 10:15“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır - FOTOBu gün, 10:09İçərişəhərdə “Fotolarda canlanan tarix” adlı fotosərginin bağlanış mərasimi keçirilibBu gün, 09:57
Bütün xəbərlər