1news.az

Selena Qomes “İlin qadını” seçildi – FOTO

1 Noyabr saat 12:31 ~ 1 dəqiqəlik oxu 889
Selena Qomes “İlin qadını” seçildi – FOTO

Müğənni, aktrisa və prodüser Selena Qomes “Billboard” jurnalı tərəfindən “İlin qadını” seçilib.

1news.az-ın Gazeta.ru-ya istinadən verdiyi xəbərə görə, mükafatlandırma mərasimi noyabrın 30-da Los-Ancelesdə keçiriləcək “Qadınlar musiqidə” adlı tədbir çərçivəsində baş tutacaq.

“The Hollywood Reporter-Billboard Media Group”un prezidenti

Con Amato bildirib ki, Selena Qomes hit-paradlarda liderlik etməklə yanaşı ictimai fəaliyyətlə də məşğul olur.

Qeyd edək ki, daha əvvəlki qaliblər arasında Ledi Qaqa, Teylor Svift, Pink, Keti Perri, Beyons və Madonna kimi məşhurlar var.

Babək Cahandarov

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Şou-biznes BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2017 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net