1news.az

Şəkidə Kiş meşəbəyliyində baş verən yanğın söndürülüb

31 Dekabr saat 15:00 ~ 1 dəqiqəlik oxu 70
Şəkidə Kiş meşəbəyliyində baş verən yanğın söndürülüb

Şəki Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Kiş meşəbəyliyinin 3 saylı dolayının ərazisində baş verən yanğın Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar nazirliklərinin əməkdaşlarının ciddi səyləri nəticəsində söndürülüb.

1news.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, yanğın zamanı 1,2 hektar ərazidə quru ot örtüyü və xəzəl yanıb, ağaclara ziyan dəyməyib.

Yanğının hansı səbəblərdən baş verməsi məqsədilə araşdırma aparılır.

Xatırladaq ki, dekabrın 29-da saat 13:30-da Şəki rayonunun yaylaq ərazisində başlayan yanğın sonradan külək nəticəsində Şəki Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Kiş meşəbəyliyinin 3 saylı dolayının ərazisinə keçib.

S.Xankişiyeva

 

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Cəmiyyət BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2018 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net