Səhiyyə Nazirliyinə ötən il 23, 4 min müraciət daxil olub | 1news.az | Xəbərlər
Cəmiyyət

Səhiyyə Nazirliyinə ötən il 23, 4 min müraciət daxil olub

18:08 - 02 / 01 / 2018
Səhiyyə Nazirliyinə ötən il 23, 4 min müraciət daxil olub

Vətəndaşların səhiyyə ilə əlaqədar müraciətlərinin təcili həlli məqsədilə yaradılmış Elektron Səhiyyə Mərkəzinə ötən il ərzində daxil olan 23,4 min müraciətin xeyli hissəsi yerindəcə həll edilib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, qurumun “Qaynar xətt” əlaqə mərkəzinə il ərzində daxil olan 1120 şikayət araşdırılaraq lazımi tədbirlər görülüb. Bundan başqa keçən il ölkəmizin 12 regionunda səhiyyə naziri vətəndaşların qəbul edərək onların müraciətlərini dinləyib və həmin məsələlərin həlli istiqamətində göstərişlər verib.

Elektron xidmətlərdən istifadənin asanlaşdırılması məqsədilə 20 adda elektron xidmət təkmilləşdirilib, interfeysi yenilənərək istifadəyə verilib. Yeni “Davamlı tibbi təhsil tədbirlərin akkreditasiyası üçün müraciət” elektron xidməti yaradılıb.

Nazirliyə daxil olmuş müraciətlər arasında minnətdarlıq məktublarının sayı əvvəlki illə müqayisədə iki dəfə artıb.

1news.az

Paylaş:
685

Son xəbərlər

Siyavuş Novruzov: “Bəzi şəxslər Azərbaycanda da terrorun olmasını istəyirdi”Bu gün, 12:02Növbəti köç karvanı Füzuliyə çatıb - YENİLƏNİBBu gün, 11:55Azərbaycanda ötən gün 50 kiloqramdan artıq narkotik aşkarlanıbBu gün, 11:51FHN: Ötən sutka 39 yanğına çıxış olub, 57 nəfər təxliyə edilibBu gün, 11:39Sahibə Qafarova iclasda erməni həmkarı ilə görüşündən danışdıBu gün, 11:29Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələriBu gün, 11:20Azərbaycanlı şagird Harvard Universitetinə qəbul olubBu gün, 11:18PAŞA Qrup şirkətləri tərəfindən Novruz bayramı ərəfəsində növbəti sosial aksiya keçirilib - FOTOBu gün, 11:09Milli Məclisin iclası başlayıb, 21 məsələ müzakirə olunacaq - SİYAHIBu gün, 11:02Quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinq keçiriləcəkBu gün, 10:56Azərbaycanda ilk sosial televiziya fəaliyyətə başlayacaqBu gün, 10:44Xankəndidə avtomat və qumbaralar aşkarlanıbBu gün, 10:35Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıbBu gün, 10:23NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıbBu gün, 10:01Xırdalanda partladıcı və qumbaralar tapılıb - VİDEOBu gün, 09:46Azərbaycan neftinin qiyməti 89 dolları ötübBu gün, 09:44Ötən gün vətəndaşlardan götürülən silahların sayı açıqlandıBu gün, 09:29Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 09:22Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülübBu gün, 09:08Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində çətinliklər yaranıbBu gün, 08:58
Bütün xəbərlər