Səhiyyə Nazirliyi 20 yaşlı qızın həkim səhlənkarlığı səbəbindən komaya düşməsinə cavab verib | 1news.az | Xəbərlər
Cəmiyyət

Səhiyyə Nazirliyi 20 yaşlı qızın həkim səhlənkarlığı səbəbindən komaya düşməsinə cavab verib

15:52 - 05 / 12 / 2017
Səhiyyə Nazirliyi 20 yaşlı qızın həkim səhlənkarlığı səbəbindən komaya düşməsinə cavab verib

Səhiyyə Nazirliyi (SN) Bakıda "Grand Hospital”da həkim səhlənkarlığı səbəbindən 1997-ci il təvəllüdlü Ayşən Mirzəyevanın komaya düşməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

1news.az-ın Trend-ə istinadla verdiyi xəbərə görə, bu barədə Nazirlikdən bildirilib ki, klinikada belə bir hadisənin baş verməsindən məlumatsızdırlar.

Nazirlikdən əlavə edilib ki, hadisənin baş verdiyi müəssisə özəl olduğundan araşdırmanın aparılması üçün zərərçəkənin ya qohumları, ya da hüquq-mühafizə orqanları SN-ə müraciət etməlidirlər. Lakin indiyədək nə qohumlar, nə də hüquq-mühafizə orqanları tərəfindən nazirliyə müraciət daxil olmayıb. Bu səbəbdən də SN özəl klinikada baş vermiş hadisə ilə əlaqədar hər hansı araşdırma aparmır.

Qeyd edək ki, yayılan məlumatlara görə, noyabrın 30-da damarın hemangioması diaqnozu ilə xəstəxanaya aparılan 1997-ci il təvəllüdlü Ayşən Mirzəyevaya anju olunub.

Məlumatda daha sonra bildirilib:

"Xəstəxanada çalışan invaziv radioloq İlqar Hüseynov qızın ailəsinə göz qapağının altında olan ləkənin aparılması üçün əməliyyat lazım olduğunu deyib. Həkim həmin hissəyə gedən damarın bağlanılacağını, bununla da problemin həll olunacağını bildirib. Lakin əməliyyat zamanı damarı bağlamaq üçün istifadə olunan material beyinə gedib və orada ilişib qalıb. Bu isə Ayşənin komaya düşməsinə səbəb olub. Həkimlər qızın sağalacağına ümid etmirlər".

S.Xankişiyeva

 

Paylaş:
850

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcəkBu gün, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşübBu gün, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edirBu gün, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaqBu gün, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 2Bu gün, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunurBu gün, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olubBu gün, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTOBu gün, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMATBu gün, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaqBu gün, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!Bu gün, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edirBu gün, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verirBu gün, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edibBu gün, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıqBu gün, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edibBu gün, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayırBu gün, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıramBu gün, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıbBu gün, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdırBu gün, 14:59
Bütün xəbərlər