Səfir Sekuta: İlham Əliyevin yenidən prezident seçilməsi sabitlik və inkişaf üçün müsbət haldır - FOTO | 1news.az | Xəbərlər
Siyasət

Səfir Sekuta: İlham Əliyevin yenidən prezident seçilməsi sabitlik və inkişaf üçün müsbət haldır - FOTO

09:37 - 18 / 04 / 2018
Səfir Sekuta: İlham Əliyevin yenidən prezident seçilməsi sabitlik və inkişaf üçün müsbət haldır - FOTO

Azərbaycanın ABŞ-dakı səfirliyində nüfuzlu Donald Ramsfeld Fondunun (Rumsfeld Foundation) Mərkəzi Asiya, Cənubi Qafqaz, Əfqanıstan və Monqolustan ölkələri əhatə edən proqramı çərçivəsində sözügüdən dövlətlərin nümayəndələrinin iştirakı ilə tədbir təşkil olunub.

1news.az-a ölkəmizin ABŞ-dakı səfirliyindən verilən məlumata görə, tədbirdə diplomatik korpusun, eləcə də ABŞ Administrasiya rəsmiləri, Vaşinqtonun analitik mərkəzlərinin nümayəndələri, Dövlət Departamentinin Qafqaz və Regional Münaqişələr ofisinin direktoru Alisia Allison, ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Endryu Şofer, ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta, Ramsfeld Fondunun icraçı direktoru Sara Tonuçi və digərləri iştirak ediblər.

Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov qonaqları salamlayaraq öz çıxışında Ramsfeld Fondunun proqramında iştirak edən nümayəndələrin səfirliyə gəlişinin ənənəyə çevrildiyini müsbət məqam kimi qeyd edib. Səfir Azərbaycanın ümummilli lideri Heydər Əliyevin region çərçivəsində əməkdaşlığa xüsusi əhəmiyyət verdiyini bildirdi və Azərbaycanın indiki siyasətinin irimiqyaslı layihələr həyata keçirməklə həm özünün, həm də qonşu ölkələrin rifahına töhfə verməkdən ibarət olduğunu diqqətə çatdırdı.

Eyni zamanda ölkəmizin təşəbbüsü ilə Azərbaycan, Gürcüstan, Mərkəzi Asiya, Xəzər dənizi və Qara dəniz regionlarını birləşdirən nəhəng neft-qaz və nəqliyyat layihələrinin regiondaxili əməkdaşlıq və bu ölkələrin rifahının və müstəqilliyinin gücləndirilməsi baxımından vacib olduğu vurğulanıb.

Səfir qeyd edib ki, D.Ramsfeld ABŞ Müdafiə katibi vəzifəsində işləyərkən  regionun strateji əhəmiyyətini anlayıb, regionla sıx əməkdaşlıq edib və Azərbaycanla ABŞ arasında münasibətlərin inkişafına töhfə verib.

Azərbaycanın 100 il bundan öncə müsəlman dünyasında ilk demokratik respublikası yaratması təcrübəsi bütün region üçün faydalı təcrübə olduğunu qeyd edən səfir xalqlarımızın bir-birimizin təcrübəsindən öyrənilməsini vacib olduğunu və bu xüsusda, Ramsfeld Fondunun bu ilki regional konfransın məhz Bakıda keçirilməsi əhəmiyyətli olduğunu vurğulayıb.

Öz növbəsində ABŞ-ın Azərbaycandakı keçmiş səfiri R. Sekuta çıxışında qeyd edib ki, bu yaxınlarda Azərbaycanda prezident seçkilərinin keçirilməsini və cənab İlham Əliyevin yenidən prezident seçilməsinin sabitlik və inkişaf üçün müsbət bir haldır və ölkəmizlə tərəfdaşlığı irəli aparmaq və əməkdaşlıq üçün yeni imkanların yaradır.

Səfir Sekuta bu il Azərbaycan Demokratik Respublikasının 100 illiyinin qeyd olunduğunu və  Azərbaycanla ABŞ arasında münasibətlərin keçmiş 26 ili ərzində bir çox işlər görüldüyünü deyib və prezident seçkilərindən sonra yaranmış imkanlardan istifadə edərək əməkdaşlığın yeni mərhələyə çatdırılması və daha da genişləndirilməsinə ümid etdiyini bildirib.

Ramsfeld Fondunun proqramı iştirakçıları adından çıxış edən Azərbaycan nümayəndəsi Sərxan Həşimov Ramsfeld Fonduna və Azərbaycan səfirliyinə minnətdarlığını bildirərək, regional əməkdaşlığın olduqca vacib olduğunu və Azərbaycanın reginonun lideri olaraq dost və tərəfdaş xalqları ilə birlikdə gələcəyə ümidlə baxmasını qeyd edib.

P.Sultanova

Paylaş:
391

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcək26 / 04 / 2024, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşüb26 / 04 / 2024, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edir26 / 04 / 2024, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq26 / 04 / 2024, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 226 / 04 / 2024, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur26 / 04 / 2024, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub26 / 04 / 2024, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTO26 / 04 / 2024, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMAT26 / 04 / 2024, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq26 / 04 / 2024, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!26 / 04 / 2024, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir26 / 04 / 2024, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verir26 / 04 / 2024, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edib26 / 04 / 2024, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq26 / 04 / 2024, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edib26 / 04 / 2024, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır26 / 04 / 2024, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıram26 / 04 / 2024, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb26 / 04 / 2024, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdır26 / 04 / 2024, 14:59
Bütün xəbərlər