Səfir: Qarabağ münaqişəsinin həllinə köməyi davam etdirməyə hazırıq
Rusiya ATƏT-in Minsk qrupu çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin həllinə köməyini davam etdirməyə hazırdır.
1news.az xəbər verir ki, bunu Rusiyanın Azərbaycandakı yeni səfiri Mixail Boçarnikov mətbuat konfransında deyib.
Diplomat qeyd edib: "Bizim məqsədimiz münaqişə tərəflərinə hərtərəfli kömək göstərməkdir ki, onlar öz aralarında razılığa gələ bilsinlər. Hazırda danışıqlar prosesində tərəflərin bir-biri ilə tanış olması üçün müəyyən addımlar atılır.
Münaqişə tərəfləri üçün məqbul olan bizim üçün də məqbuldur".
1news.az
436