Yankauskas: Naxçıvan bərpa edilən enerji sahəsində böyük uğurlar əldə edib | 1news.az | Xəbərlər
İqtisadiyyat

Yankauskas: Naxçıvan bərpa edilən enerji sahəsində böyük uğurlar əldə edib

14:00 - 22 / 09 / 2018
Yankauskas: Naxçıvan bərpa edilən enerji sahəsində böyük uğurlar əldə edib

Avropa İttifaqı Azərbaycan tərəfdaşlığı, qarşılıqlı münasibətləri inkişaf edir. Aİ Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır. 

1news.az xəbər verir ki, bunu Naxçıvan Muxtar respublikasında(MR)  təşkil edilən  "Avropa günləri" çərçivəsində keçirilən  mətbuat konfransında Aİ-nin Azərbaycandakı səfiri Kestutis Yankauskas deyib.

O bildirib ki, ilk dəfədir ki, qurum Naxçıvanda belə böyük tədbir keçirir: "Burada Aİ-yə  üzv olan 17 ölkənin səfirliyi 60 nümayəndə ilə təmsil olunur, onların ikisi, Finlandiya və Danimarka qeyri- rezident səfirlikdir".

Diplomat deyib ki, Azərbaycanın neft və  qeyri-neft sektoruna ən böyük sərmayə yatıran tərəfdaş məhz Aİ-dir. Hazırda Azərbaycanda Aİ şirkətlərini  sayı 385-ə çatıb: "Biz Azərbaycanı Cənubi Qafqazda  stabil, əmin-aman, multikultural bir tərəfdaş kimi görürük".

Səfir vurğulayıb ki, Aİ-dən olan bir sıra şirkətlər Naxçıvan MR-da bərpa edilən enerji, kənd təsərrüfatı sahələrinə sərmayə yatırıb. Naxçıvan bərpa edilən enerji sahəsində böyük uğurlar əldə edib. 

Yankauskas əlavə edib ki, "Cənub Qaz Dəhlizi" layihəsinin həyata keçirilməsi Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına mühüm töhfəsi olacaq. Onun sözlərinə görə,  Azərbaycanda günəş enerjisi, su və külək enerjisinin generasiyası kimi sahələrində inkişaf üçün böyük potensial var.

P.Sultanova

Paylaş:
503

Son xəbərlər

Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEOBu gün, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİBBu gün, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİBBu gün, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdiBu gün, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilibBu gün, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbəBu gün, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTOBu gün, 13:54“Yüksəliş” müsabiqəsinin ümumi biliklər imtahanının nəticələri açıqlanıbBu gün, 13:25Euronews Bakı Limanının ekoloji layihələri haqqında geniş video material yayımlayıb - VİDEOBu gün, 13:09Baş Prokurorluqdan sabiq baş pediatrın intiharı ilə bağlı media qurumlarına XƏBƏRDARLIQBu gün, 12:34İcma: ABŞ Dövlət Departamenti insan hüquqlarından sui-isifadə edirBu gün, 12:24Bakıda 3 məktəbin direktorları barəsində intizam tənbeh tədbiri görülüb - SƏBƏBBu gün, 12:1931 dərəcə isti olacaq - Sabahın havasıBu gün, 12:09Bakıda Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin birinci iclası keçirilirBu gün, 12:02Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, Baş planla tanış olublarBu gün, 11:51Qırğızıstan Prezidenti Füzulidə səfərdədir - FOTOBu gün, 11:25Minik avtomobilləri ilə Laçına səfər etmək mümkün olacaq - TəfərrüatBu gün, 11:07Bu il sosial müavinət və təqaüd təyin olunan şəxslərin sayı açıqlanıbBu gün, 10:57Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir - VİDEOBu gün, 10:32May ayının 1-dən balıq ovuna qadağa qüvvəyə minirBu gün, 10:01
Bütün xəbərlər