Səfir: Kəşmir məsələsində Azərbaycandan tam dəstək gözləyirik | 1news.az | Xəbərlər
Siyasət

Səfir: Kəşmir məsələsində Azərbaycandan tam dəstək gözləyirik

11:46 - 14 / 08 / 2019
Səfir: Kəşmir məsələsində Azərbaycandan tam dəstək gözləyirik

1947-ci ildə Pakistan və Hindistan müstəqillik əldə etdukdən sonra Kəşmirin öz müqəddəratını təyinetmə barədə BMT qətnamələri olsa da, Hindistan buna imkan vermədi. Hindistan konstitusiyasına görə, Kəşmirdə sadəcə kəşmirlilər yaşayıb, dövlət işlərində çalışa bilər, öz müqəddəratlarını təyin edə bilərlər.

1news.az xəbər verir ki, bunu Pakistanın Azərbaycandakı səfir Saeed Xan Mohmand mətbuat konfransında deyib.

O bildirib ki, bu il 5 avqust tarixində qarşı tərəf konstitusiyasındakı bu maddələri dəyişib:

“Kəşmiri də iki hissəyə bölüblər. Bu, o deməkdir ki, hindlilər Kəşmirə rahat gəlib  işləyə, yaşaya bilər, Kəşmir öz bayrağlnı dalğalandıra bilməz. Məqsəd Kəşmirin demoqrafik vəziyyətini dəyişməkdir”.

Səfir deyib ki, hazırda vəziyyət belədir ki, Kəşmirdə siyasi liderlər həbsdə və ev həbsindədirlər:

"Əraziyə 38 min əlavə hərbi qüvvə gətiriblər, 600 min daha əvvəl var idi. 9 gündür komendant saatı var,  telefon, internet, bütün kommunikasiya kəsilib. Hindistan tərəfindı olan Kəşmirin dünya ilə əlaqəsi kəsilib. Xəstəxanalar bağlıdır, dərman, yemək tapılmır. Qəlpəli bombalardan istifadə edirlər ki,  partlayanda oyuncağa çevrilir, uşaq götürəndə dı yenidəb partlayır. Qadınların saçlarını kəsirlər.

Kəşmir yer üzündə bir cənnətdir, amma Hindistan silahlı qüvvələri hər şeyi məhv edir. Turizmi məhv ediblər. Bu, qınağa səbəb olub. Hətta Hindistandakı müxalifət  partiyaları, xristian icması buna etiraz edir. Biz bu hərəkətləri qəti qınayırıq. Hindistanla diplomatik münasibətlərimiz ən aşağı səviyyəyə düçüb.  2 milyarda çatan ticarət dövriyyəmiz təxirə salınıb. Səfirimizi geri çağırmışıq, Hindistan səfiri də geri göndərilib. Sabah Hindistanın müstəqillik günüdür bix bunu qara gün elan etmişik. Kəşmirdəki bu hərəkətlər  BMT nizamnaməsinə ziddir. Məqsəd Kəşmirin statusunu dəyişməkdir. Kəşmirdə vəziyyət hazırda çox acnacaqlıdır".

Səfir deyib ki, Azərbaycan XİN-də olub və nazir müavini ilə görüşüb:

"Azərbaycan İKT Kəşmir kontakt qrupun üzvüdür. Azərbaycan bizə dost, qardaş ölkədir. Biz Azərbaycandan bu barədə rəsmi qətnamə qəbul etməsini xahiş etdik. Bilirsiniz ku, biz Qarabağ məsələsində Azərbaycanı tam dəstəkləyirik və Ermənistanı dövlət kimi tanımırıq. Azərbaycandan tam dəstək gözləyirik və əminik ki, qardaş ölkə bu dəstəyi verəcək".

Pərvanə Sultanova

 

Paylaş:
749

Son xəbərlər

2024-2025-ci tədris ili üçün “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilirBu gün, 12:59Məleykə Abbaszadədən gənclərə çağırış: “Ali məktəbə qəbul olmaq üçün yalnız bal toplamaq kifayət etmir”Bu gün, 12:5430 dərəcə isti olacaq - Sabahın HAVASIBu gün, 12:40Azərbaycan Mərkəzi Bankı ilə Visa arasında əməkdaşlıq imkanları müzakirə edilibBu gün, 12:32Məzahir Pənahov parlament seçkilərini müşahidə etmək üçün Maldivə gedirBu gün, 12:27Xocavənddə fermada xeyli sayda partlayıcı qurğu və maddə aşkarlanıbBu gün, 12:20Deputat: “ABŞ sülhməramlı missiyanın çıxmasını alqışlamalı, Azərbaycanı təbrik etməli idi”Bu gün, 11:53FHN: Ötən sutka 4 nəfər xilas edilibBu gün, 11:51Türkiyənin Azərbaycandakı səfirliyinə yeni mətbuat müşaviri təyin olunubBu gün, 11:33“Xəzər səması-2024”birgə taktiki təlimi keçirilib - VİDEOBu gün, 11:20Baş prokuror Ağdaşda vətəndaşları qəbul edəcəkBu gün, 11:06Fransanın növbəti diplomatları qovulub - “Observer Online” yazırBu gün, 10:58AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir - FOTOBu gün, 10:52Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilibBu gün, 10:33Qızıl ucuzlaşıbBu gün, 10:22Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb - FOTOBu gün, 10:15“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır - FOTOBu gün, 10:09İçərişəhərdə “Fotolarda canlanan tarix” adlı fotosərginin bağlanış mərasimi keçirilibBu gün, 09:57Polis 6 kiloqramdan çox narkotik vasitə aşkar edibBu gün, 09:54Azərbaycan neftinin qiyməti 88 dollara düşübBu gün, 09:42
Bütün xəbərlər