Səfir Əli Əlizadə Pakistanın yeni ombudsmanı ilə görüşüb | 1news.az | Xəbərlər
Siyasət

Səfir Əli Əlizadə Pakistanın yeni ombudsmanı ilə görüşüb

09:38 - 25 / 04 / 2018
Səfir Əli Əlizadə Pakistanın yeni ombudsmanı ilə görüşüb

Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə bu ölkənin qadınların təcavüz hallarından müdafiəsi üzrə yeni təyin olunmuş federal müvəkkili Kaşmala Tariq ilə görüşüb.

1news.az-a səfirlikdən verilən məlumata görə, Əli Əlizadə Azərbaycanın insan hüquqları üzrə Müvəkkilinin fəaliyyəti, seçilməsi, insan hüquqlarının pozulmasına dair şikayətlərə baxılması, müvəkkil aparatı və regional mərkəzləri, insan hüquqları sahəsində görülən maarifləndirmə işləri, Azərbaycanda insan hüquq və azadlıqlarının təmin olunması istaqəmətində aparılan islahatlar, qəbul olunmuş və həyata keçirilən dövlət proqramları haqqında məlumat verib.

Azərbaycanın 20 faiz torpaqlarının təcavüzkar Ermənistan tərəfindən işğal olunması nəticəsində 1 milyondan artıq qaçqın və məcburi köçkünün hüquqlarının pozulduğunu, lakin özlərini insan hüquqları sahəsində qabaqcıl hesab edən bir çox aparıcı xarici təşkilatların və dövlətlərin bu cür hallara laqeyid yanaşdığını, qaçqın və məcburi köçkünlərin pozulmuş hüquqlarının bərpası və təmininin vacib amil olduğunu bildirən səfir Əli Əlizadə  Pakistanın Azərbaycanın ədalətli mövqeyini daim dəstəklədiyini bildirmiş və buna görə müvəkkilə təşəkkür edib.

Pakistanın qadınların təcavüz hallarından müdafiəsi üzrə federal müvəkkili Kaşmala Tariq qadınların insan hüquqlarının və azadlıqlarının təmin olunması sahəsində Pakistanda həyata keçirilən işlər haqqında məlumat verərək, ədalətsiz münaqişələr nəticəsində kütləvi əziyyət çəkən insanların hüquqlarının bərpasının daha vacib olduğunu və ikili yanaşmalar nəticəsində bunun uzun zaman çəkməsinin təəssüfverici olduğunu qeyd edib.

Müvəkkil Azərbaycanın inkişafı və gözəlliyi ilə bağlı əldə etdiyi məlumatlardan məmnun qaldığını, Azərbaycan Respublikasının insan hüquqları üzrə Müvəkkili və aparatı, eləcə də Azərbaycan səfirliyi ilə sıx işləməkdə maraqlı olduğunu və fəaliyyəti dövründə əlaqələrin daha da genişlənməsində səylərin artırılacağını vurğulayıb.

1news.az

 

Paylaş:
444

Son xəbərlər

“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdiBu gün, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEOBu gün, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edibBu gün, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edibBu gün, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək veribBu gün, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEOBu gün, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyilBu gün, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”Bu gün, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunduBu gün, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıbBu gün, 13:10Türkiyədən ilhamlanmış “Beynəlxalq Sıfır Tullantı Günü” ilə tullantısız gələcək - FOTOBu gün, 12:58“Azneft”in rəhbərini işdən çıxardı - Yeni təyinatBu gün, 12:41Mərkəzi Bank: Azərbaycanda manata inam qorunub saxlanılıbBu gün, 12:38Sabah qərb küləyi əsəcək - ProqnozBu gün, 12:22“Azərbaycan” gəmi-bərəsi yenidən istismara qaytarılıb - FOTOBu gün, 12:15Meşə fondu torpaqlarında bayram günlərində 100 mindən artıq ağac əkilibBu gün, 12:12Sumqayıtda qanunsuz tikili sökülüb - VİDEOBu gün, 12:10Ombudsman Xankəndidə erməni əsilli sakinlərlə görüşübBu gün, 11:59Ermənistanın Baş naziri “mühacir Qarabağ hökumətini” tanımadığını bildiribBu gün, 11:53Ağdərədə odlu silah-sursat aşkarlandıBu gün, 11:46
Bütün xəbərlər