Səfir: Belçika Azərbaycan- Avropa İttifaqı danışıqlarını tam dəstəkləyir | 1news.az | Xəbərlər
Siyasət

Səfir: Belçika Azərbaycan- Avropa İttifaqı danışıqlarını tam dəstəkləyir

09:37 - 20 / 07 / 2018
Səfir: Belçika Azərbaycan- Avropa İttifaqı danışıqlarını tam dəstəkləyir

Bakıda Belçikanın milli bayramı - müstəqilliyinin 188-ci, kral Filipin taxt-taca çıxmasının 5-ci ildönümü ilə əlaqədar rəsmi qəbul təşkil edilib.

1news.az xəbər verir ki, tədbirdə hökumət rəsmiləri, millət vəkilləri, xarici ölkələrin  Azərbaycandakı səfirləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

 Azərbaycan və Belçikanın dövlət himnləri səsləndirildikdə sonra çıxış edən Belçikanın ölkəmizdəki səfiri Bert Skufs deyib ki, 2018-ci il Azərbaycan və Belçika üçün əlamətdar olub. Bu il Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100-cü ildönümü qeyd edilib. Azərbaycanla Belçika arasında siyasi məsləhətləşmələr keçirilib.

O, Belçikanın 2019-2020-ci illər üçün BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzv seçilməsində Azərbaycanın göstərdiyi dəstəyi vurğulayıb. Ölkəsinin altıncı dəfədir ki, bu təşkilata üzv seçildiyini əlavə edib.

Səfir Ai ilə əməkdaşlığa da toxunub və qeyd edib ki, Belçika Azərbaycanla Aİ arasında davam edən hərtərəfli saziş üzrə danışıqları tam dəstəkləyir. 

Xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev Azərbaycan hökuməti və xalqı adından Belçika xalqını təbrik edib. Bildirib ki, iki ölkə arasında əlaqələr inkişaf edir, ikitərəfli əlaqələrin gündəliyi çox genişdir:

“Bu xüsusda energetika və nəqliyyat sahəsində geniş əməkdaşlığın potensialını vurğulamaq istərdim. Azərbaycanın fəal təşəbbüskarı və iştirakçısı olduğu beynəlxalq layihələrdə, eləcə də ölkəmizdə həyata keçirilən proqramlarda Belçika şirkətləri yaxından iştirak edir. Bunlardan güünəş enerjisi mərkəzlərini göstərmək olar. Azərbaycan Belçikanın kənd təsərüfatı, o cümlədən heyvandarlıq və qida sahəsində əldə etdiyi təcrübədən bəhrələnməkdə maraqlıdır”.

Pərvanə Sultanova

Paylaş:
477

Son xəbərlər

Azərbaycan-Ermənistan sərhədində koordinatların dəqiqləşdirilməsinə başlanılıbBu gün, 11:42Bakıda məktəblilərə tütün məmulatları satanlar cərimələnibBu gün, 11:21Fidan Hacıyevanın Birinci Beynəlxalq Opera Festivalı keçiriləcəkBu gün, 11:12Narkotikin qanunsuz dövriyyəsi barədə aşkarlanan cinayətlərin sayı açıqlandıBu gün, 10:50Bakıda kafedən pul oğurlayan şəxs saxlanılıbBu gün, 10:35Azərbaycanda I rübdə 7 milyard kVt/saatdan çox elektrik enerjisi istehsal olunubBu gün, 10:20Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanırBu gün, 09:57Azərbaycanda zəlzələ olubBu gün, 09:50Xənkəndidə silah-sursat aşkar edildiBu gün, 09:41Ölkə ərazisində sulu qar, yağış yağıb - Faktiki havaBu gün, 09:11Muxtar Babayev Britaniyanın BMT-dəki daimi nümayəndəsi ilə görüşübBu gün, 09:06Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb - FOTOBu gün, 09:04Bakının bir sıra yollarında tıxac yaranıb - SİYAHIBu gün, 08:56Prokurorluq məişət zorakılığından zərərçəkmiş şəxslərlə bağlı müraciət etdi22 / 04 / 2024, 17:55Sahibə Qafarova Gürcüstan Parlamentinin nümayəndəsi ilə münasibətlərin inkişafından danışdı22 / 04 / 2024, 17:35Azərbaycan Prezidenti: Rusiya rəhbərliyinin və ictimaiyyətinin Heydər Əliyevin əziz xatirəsinə ehtiramını yüksək qiymətləndiririk22 / 04 / 2024, 17:22Agentlikdən sosial şəbəkə istifadəçilərinə ÇAĞIRIŞ22 / 04 / 2024, 17:17Putin: Heydər Əliyev BAM layihənin icrasında böyük rol oynayıb22 / 04 / 2024, 17:02ABB-nin baş sponsorluğu ilə alış-veriş festivalı davam edir!22 / 04 / 2024, 16:59Azərbaycan və Rusiya prezidentlərinin təkbətək görüşü olub22 / 04 / 2024, 16:50
Bütün xəbərlər