Səfir: BƏƏ Azərbaycanda yardım proqramlarını gələcəkdə də davam etdirəcək | 1news.az | Xəbərlər
Siyasət

Səfir: BƏƏ Azərbaycanda yardım proqramlarını gələcəkdə də davam etdirəcək

11:32 - 25 / 04 / 2018
Səfir: BƏƏ Azərbaycanda yardım proqramlarını gələcəkdə də davam etdirəcək

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) dövləti regional və beynəlxalq müstəvidə humanitar, eləcə də inkişafa istiqamətlənmiş yardımlara böyük əhəmiyyət verir. Qeyd etmək lazımdır ki, BƏƏ bu sahədə bir sıra uğurlar əldə edib.

2017-ci ildə BƏƏ dövləti beşinci dəfə idi ki, ümummilli gəlirə nisbətdə Rəsmi İnkişaf Yardımı (RİY) sahəsində 1.31% ilə ən böyük beynəlxalq donorlar arasında birinci yeri tutub. Bu göstərici isə donor ölkələrinin səylərinin ölçülməsi üçün BMT tərəfindən təsis edilmiş qlobal standartın, yəni 0.7%-in iki qatı deməkdir.

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının İnkişafa Yardım Komitəsinin açıqlamasına görə, ikinci yerdə 1.01% ilə İsveç, üçüncü yerdə 1% ilə Lüksemburq, dördüncü yerdə 0.99% ilə Norveç, beçinci yerdə 0.72% ilə Danimarka, altıncı yerdə 0.7% ilə Britaniya gəlir.

2017-ci ildə BƏƏ tərəfindən edilən rəsmi inkişaf yardımlarının ümumi məbləği 19.32 milyard dirhəm (5.26 milyard ABŞ dolları) həcmində olub ki, bu da, 2016-cı il ilə müqayisədə 18.1% artım deməkdir. Bu məbləğin böyük bir hissəsi (54%) dünyanın 147 ölkəsinə (40 minimal inkişaf göstəricisi olan ölkələr) geri qaytarılmayan qrantlar formasında verilib.

Asiya qitəsində yerləşən ölkələrə 43% yəni 8.28 milyard dirhəm məbləğində, Afrika qitəsinə isə 28% yəni 5.44 milyard milyard dirhəm məbləğində yardım edilib.

2017-ci ildə edilmiş RİY-in 94%-dən çoxu inkişaf üçün yardıma yönəldilib. Xüsusilə, ictimai proqramlara dəstək sektoruna edilən yardımlar 68%, yəni 12.38 milyard dirhəm təşkil edib, Yəmən, İordaniya, Mərakeş, Sudan, Fələstin, Serbiya kimi dövlətlərin ictimai xərclərinin, inkişaf planlarının qarşılanması üçün və çoxsaylı inkişaf etməkdə olan ölkələrdə infrostruktur layihələrinin maliyyələşdirilməsinə töhfə verib. Regional humanitar yardımın artıq səviyyədə ayrılmasına baxmayaraq, BƏƏ dəstək təmin etmək məqsədi ilə lazımi maliyyə mənbələri ayırmaqla müxtəlif hadisə və böhranlara cavab verərək, qlobal şəkildə müxtəlif humanitar işlərə dəstək olmağa davam edir.

BƏƏ-nin Bakıdakı səfirliyi BƏƏ Qırmızı Aypara Cəmiyyəti ilə əməkdaşlıq çərçivəsində Azərbaycan Qırmızı Aypara Cəmiyyəti vasitəsi ilə bir sıra yardım proqramları həyata keçirir: bunların arasında ictimai, o cümlədən tibbi yardımlar, sosial proqramlar çərçivəsində ehtiyacı olan şəxslərə və xəstələrə yardımlar olunur. Bu yardımlar təkcə paytaxt Bakıda deyil, o cümlədən digər şəhərlərdə də həyata keçirilir. Səfirlik gələcəkdə də bu kimi köməkliklərin göstərilməsində səylərini davam etdirəcək.

Mohamed Ahmed Alqubaisi

BƏƏ-nin Azərbaycan Republikasındakı səfiri 

 

 

Paylaş:
564

Son xəbərlər

Məşhur azərbaycanlı maliyyəçisi Fərid Əlizadə Vyanada vəfat edibBu gün, 14:09Müdafiə Nazirliyi: Tank bölmələrində yarış keçirilib - VİDEOBu gün, 14:02Daha 39 ailəyə Füzuzildə mənzillərinin açarı təqdim olunub - YENİLƏNİBBu gün, 13:55Elnur Məmmədov Njdenin təlimatlarının Ermənistanda yaşadıldığını BƏM-in hakimlərinin diqqətinə çatdırıbBu gün, 13:40QDİƏT-in turizm üzrə təhsil müəssisələrinin 1-ci görüşündə “Bakı Bəyannaməsi” qəbul edilibBu gün, 13:30Sabahın havası açıqlandıBu gün, 12:52ABB-nin ATM-lərində yenilik!Bu gün, 12:41Vətəndaşları hərbi xidmətdən yayındırmaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayırBu gün, 12:26Ceyhun Bayramov çexiyalı həmkarı ilə görüşübBu gün, 12:16Milli Məclis Azərbaycanla Albaniya arasında viza tələbinin ləğvinə razılıq veribBu gün, 12:07“McDonald’s Azərbaycan” və DSMF qazi övladları üçün seminar təşkil ediblər - FOTO - VİDEOBu gün, 12:06Azərbaycan-Ermənistan sərhədində koordinatların dəqiqləşdirilməsinə başlanılıbBu gün, 11:42Bakıda məktəblilərə tütün məmulatları satanlar cərimələnibBu gün, 11:21Fidan Hacıyevanın Birinci Beynəlxalq Opera Festivalı keçiriləcəkBu gün, 11:12Narkotikin qanunsuz dövriyyəsi barədə aşkarlanan cinayətlərin sayı açıqlandıBu gün, 10:50Bakıda kafedən pul oğurlayan şəxs saxlanılıbBu gün, 10:35Azərbaycanda I rübdə 7 milyard kVt/saatdan çox elektrik enerjisi istehsal olunubBu gün, 10:20Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanırBu gün, 09:57Azərbaycanda zəlzələ olubBu gün, 09:50Xənkəndidə silah-sursat aşkar edildiBu gün, 09:41
Bütün xəbərlər