Səfir: AZƏRTAC–ın iki beynəlxalq media qurumuna rəhbərlik etməsi ona olan etimadın göstəricisidir - FOTO | 1news.az | Xəbərlər
Siyasət

Səfir: AZƏRTAC–ın iki beynəlxalq media qurumuna rəhbərlik etməsi ona olan etimadın göstəricisidir - FOTO

19:07 - 14 / 02 / 2019
Səfir: AZƏRTAC–ın iki beynəlxalq media qurumuna rəhbərlik etməsi ona olan etimadın göstəricisidir - FOTO

Bu ilin noyabrında Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatında (OANA) sədrlik AZƏRTAC-dan Koreya Respublikasının Yonhap agentliyinə keçəcək. Hazırda tərəflər təşkilatın Seulda keçiriləcək XVII Baş Assambleyasına hazırlıq işləri görürlər.

AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov və Koreya Respublikasının Azərbaycandakı səfiri Kim Tonq Op bununla bağlı məsələləri müzakirə ediblər.

Qeyd olunub ki, 2015-ci ildə əməkdaşlıq müqaviləsi imzalayan AZƏRTAC və Yonhap hazırda uğurlu informasiya mübadiləsi həyata keçirir, OANA-nın fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində birgə səylər göstərirlər. Aslan Aslanov diqqətə çatdırıb ki, bu ilin aprelində Vyetnamda OANA İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək. İclasda Seulda baş tutacaq Baş Assambleyaya hazırlıq məsələləri müzakirə olunacaq. Məlumat verilib ki, Yonhap-ın 2019-2022-ci illər üçün OANA sədrliyinə namizədliyi təşkilatın 2016-cı ilin noyabrında Bakıda keçirilən Baş Assambleyasında 35 ölkədən olan 40-dan artıq üzv agentlik tərəfindən qəbul edilib. Bu məsələdə Yonhap-a AZƏRTAC böyük dəstək verib. AZƏRTAC-ın sədrlik etdiyi Dünya Xəbər Agentlikləri Konqresində də Koreya Respublikasının agentliyi fəal tərəfdaşlardan biri kimi tanınır.

İki ölkə arasında yüksələn xətlə inkişaf edən əlaqələrdən danışan Kim Tonq Op media sahəsində də əməkdaşlığın genişləndiyini deyib. O, AZƏRTAC-ın iki böyük beynəlxalq media qurumuna rəhbərlik etməsini agentliyə olan etimadın göstəricisi olduğunu vurğulayıb. Diplomat Yonhap ilə AZƏRTAC arasındakı səmərəli əməkdaşlıqdan məmnunluğunu ifadə edib.

Paylaş:
508

Son xəbərlər

Bakıda taxta bazarı yanır, əraziyə polislər cəlb olunub - YENİLƏNİBBu gün, 17:40İcma: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddirBu gün, 17:25Cavanşir Məmmədov dəfn olunub - YENİLƏNİB 1Bu gün, 16:41Ceyhun Bayramov İran səfirini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edibBu gün, 16:39Səfir: TDT-nin əsas məqsədi türk dövlətləri arasında əlaqələrin inkişaf etdirilməsidirBu gün, 16:06Ceyhun Bayramov İran səfirini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edibBu gün, 15:47FHN tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirilibBu gün, 15:32Bakıda daha bir müntəzəm marşrut xətti "BakuBus"a verilibBu gün, 15:15Gəncədə yanan ev söndürülüb - YENİLƏNİBBu gün, 14:56Bakıda gömrükçülər xeyli miqdarda aksiz markasız siqaretlər aşkar ediblərBu gün, 14:20Bakıda növbəti ümumşəhər iməcliyi keçirilib - FOTOBu gün, 14:08Dünya bazarlarında neft bahalaşıbBu gün, 13:49Müdafiə naziri Quru Qoşunlarının rəhbər heyəti ilə görüşübBu gün, 13:35TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - YENİLƏNİBBu gün, 13:20Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlılarına lazımi texniki dəstəyin göstərilməsi tapşırığını veribBu gün, 13:03Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya edilibBu gün, 12:45FHN Lənkəranda qanunsuz tikililəri sökübBu gün, 12:40Sabunçuda 34 yaşlı kişi qətl edilibBu gün, 12:14“Həmin gün...” musiqili-poeziya gecəsində - FOTOBu gün, 12:00Sabah hava necə olacaq? - PROQNOZBu gün, 11:53
Bütün xəbərlər