Səfir: “Azərbaycanlılar İtaliyaya daha çox turist kimi səyahət edirlər” | 1news.az | Xəbərlər
Siyasət

Səfir: “Azərbaycanlılar İtaliyaya daha çox turist kimi səyahət edirlər”

12:52 - 16 / 02 / 2018
Səfir: “Azərbaycanlılar İtaliyaya daha çox turist kimi səyahət edirlər”

İtaliya ATƏT sədri kimi Minsk qrupunun həmsədrlərinin fəaliyyətini yaxından izləyir.

1news.az xəbər verir ki, bunu İtaliyanın Azərbaycandakı səfiri Auqusto Massari mətbuat konfransında deyib. O bildirib ki, iki ölkə prezidentlərinin Cenevrə və XİN rəhbərlərinin Krakovda keçirilən dialoqlarında pozitiv nəticələr əldə olunub. İtaliya bu dialoqların daha yüksək səviyyədə keçiriləcəyinə və daha pozitiv nəticələr əldə olunacağına ümid edir.

Azərbaycanla İtaliya arasında münasibətlərə toxunan səfir iki ölkə arasında əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayıb. O bildirib ki, bu gün Münhen təhlükəsizlik konfransı çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarov həmkarı Ancelona Alfano ilə görüş keçirəcək:

“Bu da bizim münasibətlərin səviyyəsini göstərir. Bizim Azərbaycanla əlaqələrimiz siyasi, iqtisafi və digər sahələrdə inkişaf etməkdədir. İtaliya 1992-ci ildə Azərbaycanla əməkdaşlığa başlayan ilk ölkələrdən biri olub”.

Auqusto Massari Azərbaycanla İtaliya arasında turizm sahəsində də əməkdaşlığın yüksək səviyyədə olduğunu söyləyib. Ötən il səfirlik tərəfindən azərbaycanlılara 10 mindən  çox viza verildiyini diqqətə çatdıran səfirin sözlərinə görə, bunun çoxu biznes vizası olsa da, turizmlə bağlı da var:

“Azərbaycanlılar İtaliyaya daha çox turist kimi səyahət edirlər. Bu tendensiya artmaqdadır. Ümid edirik ki, İtaliyadan da bura  gələnlərin sayı artacaq. Çünki Azərbaycanda həqiqətən də  bu sahənin inkişafı üçün böyük işlər görülür”.

P.Sultanova

Paylaş:
657

Son xəbərlər

Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma ləğv edilirBu gün, 17:48Sahibə Qafarova: Fransa öz tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqazda davam etdirmək istəyirBu gün, 17:44ADY: Azərbaycanda piyada diqqətsizliyi ağır qəzaya səbəb olubBu gün, 17:40Taleh Kazımov Dünya Bankı və IMF-in yaz toplantılarında iştirak edirBu gün, 17:22Sahibə Qafarova: Fransanın xalqların hüquqlarını kobud şəkildə pozması qəbuledilməzdirBu gün, 16:52Baş prokuror Çinə səfər edibBu gün, 16:49Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilibBu gün, 16:06Nazir: “Məktəblərdə daha ciddi fəsadların qarşısı məhz “Məktəblinin dostu” layihəsi əsasında alınıb”Bu gün, 16:00Milli Məclisdə Yeni Kaledoniya nümayəndələrinin iştirakı ilə konfrans keçirilirBu gün, 15:42Rüstəm Ağayev: “Məktəblinin dostu” tərəfindən 11 mindən çox şagirdə ilkin yardım göstərilibBu gün, 15:3815 məktəbdə “Məktəblinin dostu” layihəsi ilə bağlı sorğu keçirilibBu gün, 15:32Marketdən 8 min manatlıq spirtli içki oğurlayan şəxs saxlanılıbBu gün, 14:58Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!Bu gün, 14:35Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi svetoforlarla bağlı vətəndaşlara müraciət edibBu gün, 14:31Azərbaycan QHT-ləri Vardanyanla bağlı Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıbBu gün, 14:26Azərbaycan və Yeni Kaledoniya parlamentləri əməkdaşlıq memorandumu imzalayıbBu gün, 13:48ABB-dən cəmi bir günə tender qarantiyasıBu gün, 13:29Polis Bakıda qanunsuz miqrasiyaya qarşı tədbirlər həyata keçirib, 21 əcnəbi saxlanılıbBu gün, 13:23AFFA İntizam Komitəsi iki kluba texniki məğlubiyyət veribBu gün, 13:18FHN Bakı Avropa liseyində təlim keçibBu gün, 13:13
Bütün xəbərlər