Səfir: ABŞ Qarabağ münaqişəsinin həll üçün səylərini davam etdirir | 1news.az | Xəbərlər
Siyasət

Səfir: ABŞ Qarabağ münaqişəsinin həll üçün səylərini davam etdirir

13:36 - 21 / 02 / 2018
Səfir: ABŞ Qarabağ münaqişəsinin həll üçün səylərini davam etdirir

“ABŞ-ın Minsk qrupunun həmsədri vəzifəsini davam etdirməsi Birləşmiş Ştatların bu münaqişənin həllinə sadiqliyinin bariz nümunəsidir".

1news.az APA-ya istinadla xəbər verir ki, bu sözləri ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib. O, bu yaxınlarda Minsk qrupunun amerikalı həmsədri Endryu Şoferin Azərbaycana səfər etdiyini xatırladıb: "Bilirsiniz ki, Vaşinqtonda müəyyən vəzifələrin ixtisarı ilə bağlı söhbətlər gedirdi. Məhz Minsk qrupunun həmsədri vəzifəsinin saxlanması Birləşmiş Ştatların bu münaqişənin dinc yolla həll edilməsinə sadiqliyinin bariz nümunəsidir".
 
Səfir bildirib ki, ABŞ-ın 1991-ci ildən azərbaycanlı məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində ayırdığı 125 milyon dollarlıq yardım bu istiqamətdə görülən işlərin bir hissəsidir: "Bununla yanaşı, Azərbaycanın daha güclü, çiçəklənən və inkişaf edən ölkə olması üçün ikitərəfli əlaqələrimizi davam etdiririk. Keçən həftə Amerikanın enerji məsələləri üzrə xüsusi nümayəndəsi Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclasına qatıldı. ABŞ "Əsrin müqaviləsi" adlanan layihəyə - Bakı-Tbilisi-Ceyhan boru kəmərinə dəstək olub. Bütün bu sadaladığım və sadalamadığım məsələlər Azərbaycanın iqtisadi cəhətdən inkişaf edib, güclənməsinə xidmət göstərir. Biz Minsk qrupu çərçivəsində və ikitərəfli formatda da münaqişə tərəflərini bir araya gətirərək problemin dinc yolla həll olunmasına səylər göstərmişik və bu səylərimizi davam etdiririk".

1news.az

Paylaş:
588

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcəkBu gün, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşübBu gün, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edirBu gün, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaqBu gün, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 2Bu gün, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunurBu gün, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olubBu gün, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTOBu gün, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMATBu gün, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaqBu gün, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!Bu gün, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edirBu gün, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verirBu gün, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edibBu gün, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıqBu gün, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edibBu gün, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayırBu gün, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıramBu gün, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıbBu gün, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdırBu gün, 14:59
Bütün xəbərlər