Səfir ABŞ-ın məşhur radiosunda Kəlbəcərin işğalından danışıb | 1news.az | Xəbərlər
Siyasət

Səfir ABŞ-ın məşhur radiosunda Kəlbəcərin işğalından danışıb

09:20 - 25 / 04 / 2018
Səfir ABŞ-ın məşhur radiosunda Kəlbəcərin işğalından danışıb

ABŞ-da məşhur və geniş auditoriyaya malik olan Con Batçelor Şou radio verilişi canlı yayımda Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanovdan müsahibə alıb.

1news.az-a səfirlikdən verilən məlumata görə, müsahibə zamanı aparıcı səfir Süleymanovdan 25 ildir ki, Ermənistan tərəfindən işğal olunmuş Kəlbəcərlə bağlı xatiriələrini bölüşməyi xahiş edir.

O, səfir Süleymanovun gənc yaşlarında Kəlbəcərdə zaman keçirməsini xatırladaraq,  Kəlbəcər, onun təbiəti barədə fikirlərini sorğu edir.

Səfir Süleymanov atasının geoloq olduğunu, mineral yataqlarının kəşf edilməsi məqsədilə Kəlbəcərə səfər etdiyini və onun da atası ilə birlikdə Kəlbəcərdə zaman keçirdiyini bildirir. Kəlbəcərin olduqca gözəl bir yer olduğu, burdakı dağların, kanyonların dünyanın ən gözəl təbiət mənzərələrindən biri olduğunu diqqətə çatdırır. O, bu gözəl rayonun hazırda Ermənistanın işğalı altında olduğunu, etnik təmizləməyə məruz qaldığını və burada yaşayan əhalinin məcburən tərk edilməyə məruz qaldığını bildirir.

Aparıcı həmin dövrdə Kəlbəcərdəki həyat şəraiti, oradakı evlər, əhalinin yaşayışı barədə sual verir. Səfir Süleymanov əsasən kənd təsərrüfatının inkişaf etdiyi bu ərazinin öz originallığı ilə yadda qaldığını bildirir. Burada tikilən evlərin daşdan, əsasən çay daşından olması, rayonun ümumilikdə çox yaşıl, o cümlədən dağlıq ərazi olmasını diqqətə çatdırır. Kəlbəcərdən keçən Tərtərçay və onun ətrafındakı kanyonun füsunkar olmasını vurğulayır. Səfir bu ərazinin həm də olduqca zəngin təbii sərvətlərə malik olmasını diqqətə çatdırır, Kəlbəcərdə qızıl, mis yataqlarının olmasına vurğu edir. Gənc yaşlarında gördüyü qızıl mədənlərinin hazırda Ermənistan tərəfindən qeyri-qanuni şəkildə istismar edildiyini təəssüf hissi ilə qeyd edir.

Daha sonra aparıcı Kəlbəcərdə yaşayan əhalinin aqibəti ilə maraqlanır, onların harada və necə olmalarını sorğu edir.

E.Süleymanov Kəlbəcərdə yaşayan əhalinin həmin ərazidən çıxarıldığını, onların hazırda Kəlbəcər dağlarının digər tərəfində salınmış qaçqın düşərgələrində yaşadığını qeyd edir. Bu xüsusda səfir Amerika yazıçısı Tomaz Qoltzun çəkdiyi Kəlbəcərdən çıxmaq məcburiyyətində qalan əhali ilə dolmuş mülki helikopterin fotosunu xatırladır. Bir sıra insanların isə qarlı, soyuq hava şəraitində Murov dağına qaçmağa məcbur olması və onların bir çoxunun ölümlə üzləşməsini ağrı ilə bildirir. Bu hadisənin faciəvi, lakin xalqın qəhrəmanlıq tarixi olmasını qeyd edir. Səfir UNHCR-da (BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı) işlədiyi dövrdə bu insanların bəziləri ilə təmasda olduğunu, onların çox ağır hekayələrinin olduğunu diqqətə çatdırır.

Aparıcının onların hazırda geri qayıtmaq, öz evlərinə geri dönmək istəklərinin olub olmaması sualını səfir Süleymanov cavablandıraraq, iki azərbaycanlının, o cümlədən Rusiya vətəndaşı olan həmvətənlərimizin öz valideynlərinin məzarını ziyarət etmək üçün Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə keçməsi, lakin Ermənistan tərəfindən əsir götürülərək hələ də geri qayıtmamasını xatırladır. Səfir bildirir ki, Kəlbəcərdə olmuş heç bir insan buradan geri dönmək istəmir və məcburi köçmüş azərbaycanlılar əlbəttə ki, vətənlərinə qayıtmaq istəyirlər. O, Kəlbəcərdə olmasından uzun illər ötsə də, hələ də bu ecazkar yerin təsiri altında olduğunu bildirir, onun gözəlliyini Amerikanın əfsanəvi Qrand Kanyonu (Grand Canyon) ilə müqayisə edir.

Aparıcı Sovet İttifaqının dağılmasına təsadüf edən, 80-ci illərin sonundan başlayan münaqişənin 1994-cü ilin may ayında atəşkəslə başa çatmasını, lakin hələ də nəticəsiz qaldığını bildirir, təmas xəttində atəşkəsin pozulması hallarını xatırladır. O, Azərbaycanın münaqişənin nəticəsiz qalması barədə BMT və ATƏT-ə müraciətlər etməsinə toxunur.

Azərbaycan səfiri münaqişənin həlli yolunda müəyyən irəliləyiş gözlədiyini, sülhün regiondakı bütün ölkələrin xeyrinə olduğunu bildirir. E.Süleymanov azərbaycanlılar və ermənilərin Azərbaycan torpaqlarında birlikdə, əvvəllər olduğu kimi yaşayacağına ümidini ifadə edir. O, bildirir ki, Kəlbəcərin Ermənistan tərəfindən işğalı ilə Azərbaycanın beynəlxalq sərhədləri Ermənistan silahlı qüvvələri tərəfindən kobud şəkildə pozulmuşdur və məhz Kəlbəcərin işğalı nəticəsində BMT Təhlükəsizlik Şurası dərhal Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmasını tələb edən qətnamə qəbul etmişdir. Səfir Süleymanov Rusiya ilə yanaşı münaqişənin həllində ABŞ-ın da fəal olmasının vacibliyini vurğulayır. O, bəzən ABŞ-ın Azərbaycana kifayət qədər diqqət yetirməməsini, bəzən isə buna Amerikadakı bəzi maraq qrupları, erməni lobbiçilərinin mane olduqlarını bildirir.

C.Batçelor sonda Kəlbəcərdən olan insanların vətənlərinə geri qayıtmaq istəyində olduqlarını, bir gün səfir Elin Süleymanovun onu gənclik illərində atası ilə gəzdiyi Kəlbəcər torpaqlarına aparacağına ümid etdiyini bildirir.

Müsahibənin tam versiyasını https://audioboom.com/posts/6783064-the-tragedy-of-the-dishomed-in-the-unending-nagorno-karabakh-war-elinsuleymanov  internet səhifəsindən əldə etmək olar.

Qeyd edək ki, Con Batçelor Şou gündəlik həyatda aktual olan beynəlxalq hərbi, siyasi və iqtisadi mövzulara həsr olunur, ABŞ-da federal ABC Radio Şəbəkəsinə daxil müxtəlif ştat və şəhərlərdə geniş çeşidli radio kanallar tərəfindən həm canlı, həm də audio yazısı geniş yayımlanır. Həftənin hər günü yayımlanan bu şou ABŞ-da milyonlarla dinləyici auditoriyasına malikdir.

1news.az

Paylaş:
540

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcəkBu gün, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşübBu gün, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edirBu gün, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaqBu gün, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 2Bu gün, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunurBu gün, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olubBu gün, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTOBu gün, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMATBu gün, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaqBu gün, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!Bu gün, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edirBu gün, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verirBu gün, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edibBu gün, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıqBu gün, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edibBu gün, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayırBu gün, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıramBu gün, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıbBu gün, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdırBu gün, 14:59
Bütün xəbərlər