Sədaqət Vəliyeva: Serj Sarkisyan beynəlxalq tribunal qarşısında törətdiyi cinayətlərin cavabını verməlidir | 1news.az | Xəbərlər
Siyasət

Sədaqət Vəliyeva: Serj Sarkisyan beynəlxalq tribunal qarşısında törətdiyi cinayətlərin cavabını verməlidir

19:36 - 24 / 04 / 2018
Sədaqət Vəliyeva: Serj Sarkisyan beynəlxalq tribunal qarşısında törətdiyi cinayətlərin cavabını verməlidir

Ermənistanda xalq zorla konstitusiyanı dəyişib baş nazirliyi ələ keçirən Serj Sarkisyanı hakimiyyətdən qovdu. Erməni xalqı son on ildə ona misli görünməmiş fəlakətlər yaşatmış cinayətkar xuntanı yıxmağı bacardı.

Bunu AZƏRTAC-a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Deputat bildirib ki, ermənilər 20 ildən artıq müddətdə Dağlıq Qarabağ kartı ilə onu girovluqda saxlayan, bütün regional və beynəlxalq layihələrdə iştirakdan məhrum edən, Ermənistanı işğalçı dövlət kimi dünyaya tanıtdıran Qarabağ klanından canını qurtara bildi. “Artıq erməni xalqı Xocalı soyqırımının əsas səbəbkarını hakimiyyətdən qovmaqla öz hakimiyyətini formalaşdırmaq imkanı qazandı. Əgər erməni xalqı bundan sonra legitim hakimiyyət formalaşdırmağı bacarsa, Ermənistanı düşdüyü çüxurdan çıxara bilərlər. Amma bunun üçün Ermənistan, ilk növbədə, işğalçılıq əməllərindən əl çəkməli və regional əməkdaşlığa can atmalıdır”,-deyə deputat vurğulayıb.

Sədaqət Vəliyeva bildirib ki, bütün bunlarla bərabər Sarkisyan beynəlxalq tribunal qarşısında törətdiyi cinayətlərin cavabını da verməlidir. Serj Sarkisyan həm Dağlıq Qarabağ ərazisində azərbaycanlılara qarşı, həm də öz vətəndaşlarına qarşı böyük cinayətlər törədib. Ona görə də onun beynəlxalq tribunalda cəzalandırılmasını erməni xalqı da tələb edə bilər.

1news.az

Paylaş:
472

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcək26 / 04 / 2024, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşüb26 / 04 / 2024, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edir26 / 04 / 2024, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq26 / 04 / 2024, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 226 / 04 / 2024, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur26 / 04 / 2024, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub26 / 04 / 2024, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTO26 / 04 / 2024, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMAT26 / 04 / 2024, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq26 / 04 / 2024, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!26 / 04 / 2024, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir26 / 04 / 2024, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verir26 / 04 / 2024, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edib26 / 04 / 2024, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq26 / 04 / 2024, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edib26 / 04 / 2024, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır26 / 04 / 2024, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıram26 / 04 / 2024, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb26 / 04 / 2024, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdır26 / 04 / 2024, 14:59
Bütün xəbərlər