Seçkilərlə bağlı hər şey burada: “Sechki - 2018” Müstəqil Media Mərkəzi | 1news.az | Xəbərlər
Siyasət

Seçkilərlə bağlı hər şey burada: “Sechki - 2018” Müstəqil Media Mərkəzi

17:30 - 22 / 03 / 2018
Seçkilərlə bağlı hər şey burada: “Sechki - 2018” Müstəqil Media Mərkəzi

Məlum olduğu kimi, aprelin 11-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyasının “Sechki - 2018” Müstəqil Media Mərkəzi fəaliyyətə başlayıb.

Yüksək tələblərə cavab verən zəruri texniki avadanlıqlarla təchiz edilmiş Mərkəzin yaradılmasında başlıca məqsəd seçkiləri geniş, operativ və obyektiv işıqlandırmaq, eləcə də seçkilərdə şəffaflığın təmin edilməsi üçün yerli və beynəlxalq kütləvi informasiya vasitələrinin nümayəndələrinə seçkilərlə bağlı məlumat əldə etməkdə və operativ şəkildə ictimaiyyətə çatdırmaqda yardım göstərməkdir.

Burada media təmsilçiləri üçün kompüterlər, telefon və faks aparatları quraşdırılıb, həmçinin onlar pulsuz və fasiləsiz internetdən də istifadə edə bilərlər. Prezident seçkiləri dövründə 24 saat ərzində fəaliyyət göstərəcək Müstəqil Media Mərkəzi mətbuat konfransları keçirmək və bəyanatlar vermək üçün də açıqdır. Prezidentliyə qeydə alınmış namizədlər öz seçkiqabağı təşviqat materiallarını Mərkəzdə yerləşdirə bilərlər.

Mərkəzin www.sechki-2018.az internet səhifəsi də artıq Azərbaycan, rus və ingilis dillərində mütəmadi fəaliyyət göstərir. Bu səhifədə seçki prosesi ilə bağlı səlahiyyətli şəxslərin və ekspertlərin rəyləri, açıqlama və bəyanatları yerləşdirilir, həmçinin seçkilərlə bağlı foto və video görüntülər təqdim edilir.

“Qanunvericilik” bölməsində Azərbaycan Respublikasının Konstitusiyası, Seçki Məcəlləsi, seçki prosesi ilə bağlı qərarlar, təlimatlar və əsasnamələrlə tanış olmaq mümkündür.

“Namizədlər” bölməsində aprelin 11-də keçiriləcək prezident seçkilərində namizəd kimi iştirak edəcək şəxslərin siyahısı yerləşdirilib.

“Müşahidə” bölməsində seçkiləri müşahidə edəcək beynəlxalq və yerli təşkilatlar, qurumlar haqqında məlumatlar qeyd olunub.

Bundan başqa saytda “Seçkilər və media”, “Exit Poll” və “Multimedia” bölmələri də fəaliyyət göstərir.

Buradan birbaşa MSK-nın və “Seçkilər” İnformasiya Mərkəzinin saytlarına keçmək mümkündür.

Eyni zamanda səhifədən seçki prosesini onlayn izləyə və seçici siyahısı ilə tanış ola bilərsiniz.

“Seçki - 2018” Müstəqil Media Mərkəzinin əlaqə məlumatlarını təqdim edirik:

Tel.: (+99412) 565-50-31

Ünvan: “Hilton” hotelinin “ONYX” zalı

Email: [email protected]

1news.az

Paylaş:
620

Son xəbərlər

Sevinc Fətəliyeva: Azərbaycan mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilibBu gün, 20:49Fransa aviaşirkəti Bakıda qəza enişi etdi - FOTOBu gün, 18:33Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilibBu gün, 17:49RİNN Naxçıvanda radiomonitorinq keçiribBu gün, 17:43Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunurBu gün, 17:35Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib, cinayət işi başlanıldı - YENİLƏNİBBu gün, 17:2810 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaqBu gün, 17:25Ombudsman Britaniya səfirini Azərbaycan torpaqlarında törədilən mina terroru haqqında məlumatlandırdıBu gün, 17:18AAYDA sədri Bakının yollarında aparılan əsaslı təmir-tikinti işlərinə baxış keçirib - VİDEOBu gün, 17:14Bakı 2023-cü ildə ən çox birbaşa xarici investisiyalar yatırılan şəhərlərin reytinqində 3-cü yerdə qərarlaşıbBu gün, 16:57Alimpaşa Məmmədov dəymiş ziyandan 185 min manat ödəyibBu gün, 16:36Şuşaya ilkin mərhələdə köçürülək şəxslərin sayı açıqlandıBu gün, 16:08DİM ilə Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzi arasında yeni anlaşma memorandumu imzalanıbBu gün, 15:54Ayxan Hacızadə: Azərbaycan diplomatiya və multilateralizm yolu ilə sülh, təhlükəsizlik və rifaha töhfə verirBu gün, 15:38Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyasıBu gün, 15:31Azərbaycan-Macarıstan enerji üzrə İşçi Qrupunun iclası keçirilibBu gün, 15:18Prezident: Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 4 dəfə - 100 milyon dollaradək artıbBu gün, 15:07Sabunçuda açıq ərazidə yanğın başlayıbBu gün, 15:03Azərbaycan və Qırğızıstan arasında gömrük sahəsində əməkdaşlıqla bağlı sənədlər imzalanıbBu gün, 14:48ANAMA tələ tipli partlayıcı qurğularla bağlı çarx hazırladı - VİDEOBu gün, 14:43
Bütün xəbərlər