Sarkisyan aprel məğlubiyyəti ilə bağlı bu gün izahat verəcək | 1news.az | Xəbərlər
Siyasət

Sarkisyan aprel məğlubiyyəti ilə bağlı bu gün izahat verəcək

10:41 - 10 / 07 / 2019
Sarkisyan aprel məğlubiyyəti ilə bağlı bu gün izahat verəcək

2016-cı il aprel döyüşlərində Ermənistanın məğlubiyyətini araşdırmaq məqsədilə yaradılmış parlament komissiyasının qapalı iclası keçirilib.

1news.az xəbər verir ki, bu barədə  “Johovurd” nəşri yazıb.

Nəşrin məlumatına görə,  toplantı dinləmə qurğuları olmayan xüsusi kabinetdə keçirilib. İclasdan əvvəl iştirakçıların məlumatları sızdırmalarının qarşısını almaq üçün telefonları alınıb. Lakin, “Johovurd” qapalı iclasdakı müzakirələrin bəzi detallarını əldə edə bilib.

Məlum olub ki, komissiya artıq Müdafiə Nazirliyinə parlamentdə hesabat verəcək şəxslərin siyahısını göndərib. Siyahıya Ermənistanın sabiq prezidenti Serj Sarkisyan da daxildir. Üçüncü prezident Serj Sarkisyan iyulun 10-da aprel döyüşləri barədə məlumat vermək üçün parlamentə dəvət olunacaq.

Dağlıq Qarabağdakı separatçı rejimin nümayəndələri də 2016-cı il hadisələri ilə əlaqədar məlumat vermək üçün parlamentə çağrılacaqlar.

Xatırladaq ki, bu il mayın 20-də baş nazir Nikol Paşinyan bəyan etmişdir ki, 2016-cı ilin aprel döyüşləri ilə bağlı bütün şərtləri araşdırmaq üçün parlament komissiyası yaradılacaq.

Parlamentin spikeri Ararat Mirzoyan isə mayın 31-də komissiyanın formalaşdırılmasını elan edib.

P.Sultanova

Paylaş:
554

Son xəbərlər

“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdiBu gün, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEOBu gün, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edibBu gün, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edibBu gün, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək veribBu gün, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEOBu gün, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyilBu gün, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”Bu gün, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunduBu gün, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıbBu gün, 13:10Türkiyədən ilhamlanmış “Beynəlxalq Sıfır Tullantı Günü” ilə tullantısız gələcək - FOTOBu gün, 12:58“Azneft”in rəhbərini işdən çıxardı - Yeni təyinatBu gün, 12:41Mərkəzi Bank: Azərbaycanda manata inam qorunub saxlanılıbBu gün, 12:38Sabah qərb küləyi əsəcək - ProqnozBu gün, 12:22“Azərbaycan” gəmi-bərəsi yenidən istismara qaytarılıb - FOTOBu gün, 12:15Meşə fondu torpaqlarında bayram günlərində 100 mindən artıq ağac əkilibBu gün, 12:12Sumqayıtda qanunsuz tikili sökülüb - VİDEOBu gün, 12:10Ombudsman Xankəndidə erməni əsilli sakinlərlə görüşübBu gün, 11:59Ermənistanın Baş naziri “mühacir Qarabağ hökumətini” tanımadığını bildiribBu gün, 11:53Ağdərədə odlu silah-sursat aşkarlandıBu gün, 11:46
Bütün xəbərlər