1news.az

Samux sakini iş yoldaşını qətlə yetirib

16 İyun saat 15:31 bir dəqiqəlik oxu 18
Samux sakini iş yoldaşını qətlə yetirib

Samux rayonunda qətl hadisəsi baş verib.

1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, hadisə ötən gecə rayonun Ağasıbəyli kəndində qeydə alınıb.

Kənddə yerləşən qazpaylayıcı stansiyada nəzarətçi işləyən, 1988-ci il təvəllüdlü Rəşad Məhərrəmov iş yoldaşı 1966-cı il təvəllüdlü Əhmədov İntiqam İmamverdi oğlu ilə birgə kafedə yemək yeyəndən sonra onu bıçaqlayaraq qətlə yetirib.

Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

R.Məhərrəmov saxlanılıb.

Faktla bağlı Samux rayon Prokurorluğunda araşdırma aparılır.

S.Xankişiyeva

 

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Cəmiyyət BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2018 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net